Məhkəmə qərarları › İş №2(016)-233/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-233/2023

27.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-233/2023 27.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 cavabdeh X4 qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh X4 qarşı “aliment” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X3 məhkəmə iclasında iddia ərizəsinin baxılmasının davamından imtina edir, cavabdeh onlara gəlib uşağın doğumu ilə əlaqədar aldığı müavinat pulunu ona tam həcmdə ödəmiş və öz aralarında barışıb razılaşmışlar, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını, ərizələri nəzərə alaraq hesab edir ki, tərəflər mülki işin baxılmamış saxlanılması barədə ərizə verdiyindən Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən, mülki işin baxılmamış saxlanılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh X4 qarşı “aliment” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar