Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-301/2024 18.03.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının yarısının aliment tutulması barədə qətnamə çıxarılmasını və cavabdehin Miri-qrand rəsmi sorğu verilərək maaşının dəqiqləşdirilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi olaraq xx.xx.2018-ci ildə 427 saylı akt ilə ailə qurub nikahda olmuşlar. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X4 adlandırdıqları uşaqları doğulmuşlar. Bildirir ki, yoldaşı onları atıb gedərək başqa qadınla ailə qurub, ona heç bir maddi yardım etmir. Ata evində qalır. Yoldaşı Miri-Qrand zavodunda işləyir rəsmi 750 manat maaş alır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək növbəti prossesin onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə hazırlıq iclası zamanı elektron məhkəmə informasiya sistemindən edilmiş sorğu nəticəsində məlum olmuşdur ki, Cavabdeh Miri- Qrand MMC-də qaynaqçı vəzifəsində işləyir və onun aylıq əmək haqqı 345 manatdır. Buna baxmayaraq yenədə iddia tələbini müdafiə edir və iddia tələbi həddində iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2018- ci il tarixli AZ-İİ №283459 serialı X2 surətindən görünür ki, Cavabdeh ilə X7 rəsmi olaraq xx.xx.2018-ci ildə 427 saylı akt ilə qeyd edilən nikah bağlanmışdır. Ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişir. - AA2346874 serialı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2018ci ildə anadan olmuşdur. Atası Cavabdehdur. - AA2346875 serialı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2021ci ildə anadan olmuşdur. Atası Cavabdehdur. - AA4749392 serialı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2023cü ildə anadan olmuşdur. Atası Cavabdehdur. - Elektron məhkəmə informasiya sistemindən edilmiş sorğu nəticəsində əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh Miri-Qrand MMC-də qaynaqçı vəzifəsində işləyir və aylıq əmək haqqı 345 manatdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə həmçinin alimentin tutulma miqdarını araşdıraraq hesab edir ki, tərəflərin birgə nikahlarından üç uşaqları anadan olduğundan və həmin uşaqlar İddiaçı yanında qaldığından, iddiaçı cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarda aliment tutulmasını tələb etdiyindən Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulmalıdır. Belə ki, AM-nin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla üç uşağa görə Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq İddiaçı verilməli, alimеntin tutulmаsı hissəsində qətnаmə dərhаl icrа еdilməli, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla üç uşağa görə Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq İddiaçı verilsin. Аlimеntin tutulmаsına dair qətnаmə dərhаl icrа еdilsin. Tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-301/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-301/2024
18.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver