Məhkəmə qərarları › İş №2(016)-410/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-410/2023

07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-410/2023 07.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı X9, Cavabdeh X1 iştirakları ilə, İddiaçı X9 cavabdeh X2 qarşı “əmlakların evdən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin Ağsu rayonu, Kəndoba kəndində yerləşən evində olan “Fantaziya” sep sirkon qaşlar ilə 585 əyarlı, 9.60 qr çəkidə, 960 manat, “Fantaziya” sırğa sirkon qaşlar ilə-585 əyarlı, 5.00 qr çəkidə, 500 manat, təkqaş üzük sirkon qaş ilə-585 əyarlı, 6.00 qr çəkidə, 600 manat, nişan üzüyü sirkon qaşlar ilə-585 əyarlı, 8.00 qr çəkidə, 800 manat, valideynlərinin hədiyyə etdiyi cehiz əşyaları - “Lexus” yataq mebel dəsti-1.200 manat, “Lexus” qonaq mebel dəsti-1.000 manat, mebel döşəyi-1 ədəd, 120 manat, stul-6 ədəd, 180 manat, divan-kreslo-500 manat olmaqla, cəmi 3.000 manat, 50 manat, pərdə maqnit-3 ədəd, 30 manat, çay qaşığı-1 ədəd, 3.80 manat, boşqab dəsti (ucuzlu)-1 ədəd, 50 manat, armudu stəkan-1 ədəd, 5 manat, nəlbəki-1 ədəd, 7 manat, külqabı-2 ədəd-4 manat, su naboru-1 ədəd, 35 manat, qədəh “Bohemia”-1 ədəd, 50 manat, podnos-1 ədəd, 9 manat, karniz-7.50 manat, oboy-22.50 manat, “Bohemia” güldan-1 ədəd, 24 manat, paltaryuyan-1275 7 kq/2400, 1 ədəd, 650 manat, samovar-1 ədəd, 100 manat olmaqla, cəmi 1.050 manat, “Tefal” tava-1 ədəd, 16 manat, ütü-1 ədəd, 45 manat, vaz nabor-1 ədəd, 130 manat, mikser-1 ədəd, 13 manat, qəndqabı xrustal-2 ədəd, 36 manat, ütü stolu-1 ədəd, 35 manat, güldan-1 ədəd,12 manat, “lotka” konfetqabı-6 manat, meyvəqabı-1 ədəd, 9 manat, konfetqabı-1 ədəd, 10 manat, gecə lampası 1 ədəd, 40 manat, ləpəqabı-1 ədəd, 60 manat, saat-1 ədəd, 50 manat, “obednı”dəsti-1 dəst, 260 manat, ətçəkən-1 ədəd, 90 manat, qazan dəsti-1 ədəd, 235 manat, qazan-çuğun-60 manat, çaynik-1 ədəd, 6 qrafin-1 ədəd, 30 manat, güldibçək-1 ədəd, 20 manat, qədəh-2 ədəd, 50 manat, qəndqabı-2 ədəd, 10 manat, podnos-1 ədəd, 40 manat, ədviyyat qabı-1 ədəd, 40 manat, lampa-1 ədəd, 10 manat, şpilka qablı-1 ədəd, 5 manat, qazan (keramik)-1 ədəd, 50 manat, qəhvədan-1 ədəd, 25 manat, qara salfet qabı-2 ədəd, 4 manat, çaynik altı-1 ədəd, 3 manat, salat taxtası-1 ədəd, 5 manat, salat taxtası-1 ədəd, 4 manat, çılçıraq 8 şamdanlı-1 ədəd, 90 manat, pakrıval-1 ədəd, 210 manat, soba-1 ədəd, 90 manat, dəsmal-4 ədəd, 20 manat, çaydəsmalı-4 ədəd, 8 manat, qətvə-2 ədəd, 30 manat, süfrə (dəri)-1 ədəd, 68 manat, pastel dəsti-1 ədəd, 40 manat, odeyal-1 ədəd, 60 manat, xrustal stəkan-2 ədəd, 30 manat, çömçə dəsti-1 ədəd, 25 manat, bıçaq dəsti-1 ədəd, 45 manat, paltar asılqanı-1 ədəd, 5 manat, çörək qabı-1 ədəd, 23 manat, yarıxrustal qədəh-1 ədəd, 10 manat,qaşıq çemodanı-1 ədəd, 140 manat, “Bohemia” su naboru-1 ədəd, 45 manat, xrustal meyvə qabı-1 ədəd, 45 manat, qəhvədan- 1 ədəd, 15 manat, pərdə tül İran istehsalı 7.50 -112.50 manat, pərdə dekor 12 m-240 manat, kant 14 m-4 manat 20 qəpik, ayı oyuncağı-1 ədəd, 60 manat, suvenir-3 ədəd,15 manat, kant 1 m-30 qəp. cehiz əmlaklarının evdən çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə X1 ona qarşı “cehiz və qızıl-zinət əşyaları” tələbinə dair iddiası təmin edilmiş, cavabdehin Ağsu rayonu, Kəndoba kəndində yerləşən evində olan cehiz və qızıl-zinət əşyalarının naturada və ya qətnamə icra olunduğu zaman mövcud olmadıqda dəyərləri alınaraq ona verilməsi qət edilmişdir. Lakin cavabdeh hələ də həmin əmlakları gəlib götürməmişdir. Həmin əmlakların yaşayış evindən çıxarılmasını tələb edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında göstərdi ki, iddiaçının ünvanında ona aid olan əmlakların hamısı yerində olmadığı səbəbindən ona aid olan həmin əmlakları götürməkdən imtina edir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan JN-412A, Kod: 40910018 olan “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamədən görünür ki, X11 və ailə üzvləri X3, X6, X13, X7 və X5 mülkiyyətinə Ağsu rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 22 dekabr tarixli 34 nömrəli qərarı ilə 0,13 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının Kəndoba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verimiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 rayonu, Kəndoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda, fərdi yaşayış evində anası ilə birgə yaşayır. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 2(016)-830/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı X8 “Fantaziya” sep sirkon qaşlar ilə 585 əyarlı, 9.60 qr çəkidə, 960 manat, “Fantaziya” sırğa sirkon qaşlar ilə-585 əyarlı,5.00 qr çəkidə, 500 manat, təkqaş üzük sirkon qaş ilə- 585 əyarlı, 6.00 qr çəkidə, 600 manat, nişan üzüyü sirkon qaşlar ilə-585 əyarlı, 8.00 qr çəkidə, 800 manat, valideynlərinin hədiyyə etdiyi cehiz əşyaları - “Lexus” yataq mebel dəsti-1.200 manat, “Lexus”qonaq mebel dəsti-1.000 manat, mebel döşəyi-1 ədəd, 120 manat, stul-6 ədəd, 180 manat, divan-kreslo-500 manat olmaqla, cəmi 3.000 manat, 50 manat, pərdə maqnit-3 ədəd, 30 manat, çay qaşığı-1 ədəd, 3.80 manat, boşqab dəsti (ucuzlu)-1 ədəd, 50 manat, armudu stəkan-1 ədəd, 5 manat, nəlbəki-1 ədəd, 7 manat, külqabı-2 ədəd-4 manat, su naboru-1 ədəd, 35 manat, qədəh “Bohemia”-1 ədəd, 50 manat, podnos-1 ədəd, 9 manat, karniz-7.50 manat, oboy-22.50 manat, “Bohemia” güldan-1 ədəd, 24 manat, paltaryuyan-1275 7 kq/2400, 1 ədəd, 650 manat, samovar-1 ədəd, 100 manat olmaqla, cəmi 1.050 manat, “Tefal” tava-1 ədəd, 16 manat, ütü-1 ədəd, 45 manat, vaz nabor-1 ədəd, 130 manat, mikser-1 ədəd, 13 manat, qəndqabı xrustal-2 ədəd, 36 manat, ütü stolu-1 ədəd, 35 manat, güldan-1 ədəd,12 manat, “lotka” konfetqabı-6 manat, meyvəqabı-1 ədəd, 9 manat, konfetqabı-1 ədəd, 10 manat, gecə lampası 1 ədəd, 40 manat, ləpəqabı-1 ədəd, 60 manat, saat-1 ədəd, 50 manat, “obednı”dəsti-1 dəst, 260 manat, ətçəkən-1 ədəd, 90 manat, qazan dəsti-1 ədəd, 235 manat, qazan-çuğun-60 manat, çaynik-1 ədəd, 6 qrafin- 1 ədəd, 30 manat, güldibçək-1 ədəd, 20 manat, qədəh-2 ədəd, 50 manat, qəndqabı-2 ədəd, 10 manat, podnos-1 ədəd, 40 manat, ədviyyat qabı-1 ədəd, 40 manat, lampa-1 ədəd, 10 manat, şpilka qablı-1 ədəd, 5 manat, qazan (keramik)-1 ədəd, 50 manat, qəhvədan-1 ədəd, 25 manat, qara salfet qabı-2 ədəd, 4 manat, çaynik altı-1 ədəd, 3 manat, salat taxtası-1 ədəd, 5 manat, salat taxtası-1 ədəd, 4 manat, çılçıraq 8 şamdanlı-1 ədəd, 90 manat, pakrıval-1 ədəd, 210 manat, soba-1 ədəd, 90 manat, dəsmal-4 ədəd, 20 manat, çaydəsmalı-4 ədəd, 8 manat, qətvə-2 ədəd, 30 manat, süfrə (dəri)-1 ədəd, 68 manat, pastel dəsti-1 ədəd, 40 manat, odeyal-1 ədəd, 60 manat, xrustal stəkan-2 ədəd, 30 manat, çömçə dəsti-1 ədəd, 25 manat, bıçaq dəsti-1 ədəd, 45 manat, paltar asılqanı-1 ədəd, 5 manat, çörək qabı-1 ədəd, 23 manat, yarıxrustal qədəh-1 ədəd, 10 manat,qaşıq çemodanı-1 ədəd, 140 manat, “Bohemia” su naboru-1 ədəd, 45 manat, xrustal meyvə qabı-1 ədəd, 45 manat, qəhvədan- 1 ədəd, 15 manat, pərdə tül İran istehsalı 7.50 -112.50 manat, pərdə dekor 12 m-240 manat, kant 14 m-4 manat 20 qəpik, ayı oyuncağı-1 ədəd, 60 manat, suvenir-3 ədəd,15 manat, kant 1 m-30 qəp olan əmlakların naturada və ya qətnamə icra olunan zaman mövcud olmadıqda dəyərlərinin alınaraq X2 verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi, qeyd edilən ev iddiaçı X9 mülkiyyətindədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı göstərilən yaşayış evinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin cehiz əmlakalarını qeyd edilən evdən könüllü olaraq çıxarmaması nəticəsində iddiaçı Cavid Kərimov göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mənzildən cavabdehin cehiz və qızıl-zinət əşyalarının çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh evdə olan cehiz və qızıl-zinət əşyalarını çıxarmalıdır. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlamışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Gülmirə Abdullayevanın bu evdə əşyalarının olması iddiaçının evə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan iddia tələbi əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. X2 məxsus cehiz və qızıl-zinət əşyaları - Fantaziya” sep sirkon qaşlar ilə 585 əyarlı, 9.60 qr çəkidə, “Fantaziya” sırğa sirkon qaşlar ilə-585 əyarlı,5.00 qr çəkidə, təkqaş üzük sirkon qaş ilə- 585 əyarlı, 6.00 qr çəkidə, nişan üzüyü sirkon qaşlar ilə-585 əyarlı, 8.00 qr çəkidə, valideynlərinin hədiyyə etdiyi cehiz əşyaları - “Lexus” yataq mebel dəsti, “Lexus”qonaq mebel dəsti, mebel döşəyi-1 ədəd, stul-6 ədəd, divan-kreslo, pərdə maqnit- 3 ədəd, çay qaşığı-1 ədəd, boşqab dəsti (ucuzlu)-1 ədəd, armudu stəkan-1 ədəd, nəlbəki- 1 ədəd, külqabı-2 ədəd, su naboru-1 ədəd, qədəh “Bohemia”-1 ədəd, podnos-1 ədəd, karniz, oboy, “Bohemia” güldan-1 ədəd, paltaryuyan-1275 7 kq/2400, 1 ədəd, samovar-1 ədəd, “Tefal” tava-1 ədəd, ütü-1 ədəd, vaz nabor-1 ədəd, mikser-1 ədəd, qəndqabı xrustal- 2 ədəd, ütü stolu-1 ədəd, güldan-1 ədəd, “lotka” konfetqabı, meyvəqabı-1 ədəd, konfetqabı-1 ədəd, gecə lampası 1 ədəd, ləpəqabı-1 ədəd, saat-1 ədəd, “obednı”dəsti-1 dəst, ətçəkən-1 ədəd, qazan dəsti-1 ədəd, qazan-çuğun, çaynik-1 ədəd, 6 qrafin-1 ədəd, güldibçək-1 ədəd, qədəh-2 ədəd, qəndqabı-2 ədəd, podnos-1 ədəd, ədviyyat qabı-1 ədəd, lampa-1 ədəd, şpilka qablı-1 ədəd, qazan (keramik)-1 ədəd, qəhvədan-1 ədəd, qara salfet qabı-2 ədəd, çaynik altı-1 ədəd, salat taxtası-1 ədəd, salat taxtası-1 ədəd, çılçıraq 8 şamdanlı-1 ədəd, pakrıval-1 ədəd, soba-1 ədəd, dəsmal-4 ədəd, çaydəsmalı-4 ədəd, qətvə-2 ədəd, süfrə (dəri)-1 ədəd, pastel dəsti-1 ədəd, odeyal-1 ədəd, xrustal stəkan-2 ədəd, çömçə dəsti-1 ədəd, bıçaq dəsti-1 ədəd, paltar asılqanı-1 ədəd, çörək qabı-1 ədəd, yarıxrustal qədəh-1 ədəd, qaşıq çamadanı-1 ədəd, “Bohemia” su naboru-1 ədəd, xrustal meyvə qabı-1 ədəd, qəhvədan-1 ədəd, pərdə tül İran istehsalı pərdə dekor 12 m, kant 14 m, ayı oyuncağı-1 ədəd, suvenir-3 ədəd, kant 1 m. cehiz əmlakları iddiaçıya məxsus Ağsu rayonu, Kəndoba kəndində yerləşən evdən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edənAnar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar