Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-499/2023 30.08.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əliyeva Elnurə Mütalib qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh X2 qarşı «əmlak, borcun bölünməsi və evə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində cavabdehin adına **********88-10301 nömrə ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissədə onun, ½ hissədə iddiaçının olmaqla aralarında bərabər qaydada bölünməsini, birgə nikah dövründə bağlanmış kredit müqaviləsinə əsasən Azərbaycan Beynəlxalq Bankı ASC-dən alınmış 5.000 manat kredit borcunun ½ hissədə iddiaçının, ½ hissədə cavabdehin olmaqla aralarında bərabər qaydada bölünməsini, onun Daşınmaz Əmlakın Dövlət Reyestrində cavabdehin adına **********88- 10301 nömrə ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsini və fərdi yaşayış evinə maneəsiz daxil olmasının və orda yaşamasının təmin edilməsini, iddiaçıya məxsus olan cehiz və qızıl zinət əşyaları - 400 manat dəyərində televizor, 120 manat dəyərində 1 ədəd stol, 400 manat dəyərində 6 ədəd stul, 650 manat dəyərində 1 ədəd divan, 2 ədəd kreslo, 250 manat dəyərində künclük, 2.500 manat dəyərində taxt, paltar dolabı, güzgü-kamot, 2 ədəd tumba, yataq dəsti, 100 manat dəyərində televizor altlığı, 200 manat dəyərində DVD disk oxudan, 100 manat dəyərində 1 ədəd sadə çarpayı, 650 manat dəyərində soyuducu, 400 manat dəyərində 4 gözlü qaz sobası, 100 manat dəyərində 2 gözlü qaz sobası, 180 manat dəyərində 4 gözlü stol-üstü qaz sobası, 170 manat dəyərində tozsovuran, 280 manat dəyərində elektrik sobası, 240 manat dəyərində ətçəkən maşın, 180 manat dəyərində 2 ədəd mikser, 130 manat dəyərində blendr, 160 manat dəyərində mexaniki paltaryuyan maşın, 170 manat dəyərində “Tefal” su qızdırıcı, 50 manat dəyərində sadə qızdırıcı, 280 manat dəyərində kamen qızdırıcı, ütü, 100 manat dəyərində ütü stolu, 800 manat dəyərində 5 ədəd xalça, 50 manat dəyərində kavrolit ayaqaltı, 100 manat dəyərində divar saatı (hər biri 50 manat), 520 manat dəyərində 3 ədəd çilçıraq, 120 manat dəyərində uşaq üçün çarpayı, 240 manat dəyərində qaşıq dəsti (çamadanda), 450 manat dəyərində taxt üçün üzlük dəsti, 100 manat dəyərində böyük adyal, 36 manat dəyərində kiçik adyal, 240 manat dəyərində 4 dəst taxt üçün döşək üzü (pastel), 180 manat dəyərində 6 ədəd (pastel) döşək üzü, 120 manat dəyərində mələfə dəsti, 150 manat dəyərində 10 ədəd mələfə, 10 ədəd çay dəsmalı, 20 manat dəyərində 4 ədəd qətvə, 80 manat dəyərində 2 ədəd stol üstü (skater), 450 manat dəyərində 3 ədəd pərdə dəsti, 160 manat dəyərində teylon qazan dəsti, 120 manat dəyərində çuğun qazan dəsti, 80 manat dəyərində alüminium qazan dəsti, 80 manat dəyərində 24 ədəd çəngəl-qaşıq dəsti, 40 manat dəyərində bıçaq dəsti, 60 manat dəyərində (48 ədəd) boşqab dəsti, 50 manat dəyərində (18 ədəd) boşqab dəsti, 120 manat dəyərində 2 ədəd xrustal meyvə qabı, 70 manat dəyərində güldan, 50 manat dəyərində qənd qabı, 45 manat dəyərində 6 ədəd bakal, 20 manat dəyərində 6 ədəd bakal, 30 manat dəyərində 2 ədəd böyük güldan, 10 manat dəyərində 2 ədəd çaynik, 60 manat dəyərində 2 ədəd çaydan, 180 manat dəyərində elektron təzyiq ölçən, 180 manat dəyərində mexaniki təzyiq ölçən, 80 manat dəyərində uşaq şkafı və stolu, 120 manat dəyərində su motoru, 180 manat dəyərində rakvina, 150 manat dəyərində stenka şkaf, 100 manat dəyərində manqal və 10 ədəd şiş, 40 manat dəyərində böyük dəmir vedrə, 50 manat dəyərində velosiped, 1.800 manat dəyərində qızıl dəsti (1 sep, bilərzik, firuzə qaşlı üzük-sırqa) 350 manat tək briliyant qaşlı nişan üzüyü, 200 manat dəyərində ağ qızıl, 180 manat dəyərində qızıl üzük, 230 manat dəyərində sadə sepdən ibarət qızıl və cehiz əmlakların və ya həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmadıqda onların dəyəri və mediasiya üçün 50 manat, dövlət rüsumuna görə 100 manat pulun cavabdedhdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanmasını və xahiş etmişdir. Cavabdeh ərizə təqdim edərək iddiaçının işin baxılmamış saxlanması barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə təqdim etdiyindən, mülki iş baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və MPM-in 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh X2 qarşı «əmlak, borcun bölünməsi və evə köçürülmə» tələbinə dair tələbinə dair 2(016)-499/2023 nömrəli mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-499/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-499/2023
30.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver