Məhkəmə qərarları › İş №2(016)-6/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-6/2023

02.03.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-6/2023 02.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X51 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X46 oğlunun katibliyi, İddiaçı Cavadova Almara Ağasən qızının hüquq varisi X13 və vəkili X22, Cavabdehlər Allahyarov Asif Ağasəf oğlu və X32 iştirakları ilə, İddiaçı Cavadova Almara Ağasən qızının cavabdehlər Allahyarov Asif Ağasəf oğlu, X44 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və reyestr çıxarışlarının ləğvi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavadova Almara Ağasən qızı cavabdehlər Allahyarov Asif Ağasəf oğlu, X44 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və reyestr çıxarışlarının ləğvi” tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Allahyarov Asif Ağasəf oğlunun adına qeydə alınmış 23 yanvar 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışın və Allahyarov Asif Ağasəf oğlu ilə X44 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1839 reyestr nömrəli alqı-satqı müqaviləsinin və X32 adına qeydə alınmış xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cü il tarixli, 2(016)-99/2013 saylı qətnaməsi ilə iddiaçı X18 ona və digər cavabdehlərə qarşı vərəsəlik qaydasında payları müəyyən edilmişdir. Həmin qətnamədən hər iki tərəf dəfələrlə apellyasiya və kassasiya şikayəti verdiyindən bu günə qədər həmin qətnamə qanuni qüvvəsini almamışdır. Ağsu Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(016)-32/2018 saylı qətnaməsi ilə iddiaçı Allahyarov Asif Ağasəf oğlunun ondan və digərlərindən miras payın naturada ayrılması tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qaldığından apellyasiya şikayəti vermişdir. Lakin yuxarıda qeyd etdiyi Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cü il tarixli, 2(016)-99/2013 saylı qətnaməsi mübahisələndirildiyindən yekun qərar qanuni qüvvəyə minənə kimi bu işin icraatı dayandırılmışdır. Ağsu Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2(016)-280/2020 saylı qətnaməsi ilə cavabdeh Allahyarov Asif Ağasəf oğluna qarşı mübahisəli əmlakın əsasını təşkil edən vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair tələbi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli, 2(107)-204/2021 saylı qərardadı ilə cavabdeh Allahyarov Asif Ağasəf oğlu tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyinə görə işin icraatına xitam verilmişdir. Yuxarıda qeyd etdiyi mülki işlər bir-biri ilə bağlı olduğundan hazırda da hamısı Şəki Apellyasiya Məhkəməsindədir. Vərəsəliyə dair mübahisələri həllini tapmadığı halda hazırki iş üzrə cavabdeh Allahyarov Asif Ağasəf oğlu vəsiyyətnamə üzrə mübahisəli əmlakı 23 yanvar 2019-cu il tarixdə, RX seriyalı, ******* nömrə ilə öz adına rəsmiləşdirmişdir. Vəsiyyətnamənin ləğv olunmasına dair 09 iyul 2020-ci il tarixli, 2(016)-280/2020 saylı qətnaməsinin qanuni qüvvəsini aldığını bildiyi halda isə adına rəsmiləşmiş mübahisəli əmlakı X38 alqı-satqı yolu ilə satmış, xx.xx.2021-ci il tarixdə **********08-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın reyestr xidmətində qeydə alınmışdır. Məhkəmə qətnamələrindən göründüyü kimi mübahisəli əmlaka dair vəsiyyətnamə ləğv olunduğu halda cavabdeh həmin əmlakı öz adına rəsmiləşdirməməli və özgəninkiləşdirməməli idi. Lakin qanunun tələbini pozaraq cavabdeh mübahisəli əmlakı, hətta bir başqasına satmışdır. Belə olduğu halda, yəni vəsiyyətnamə ləğv olunduğundan Allahyarov Asif Ağasəf oğlunun adına qeydə alınmış 23 yanvar 2019cu il tarixli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarış, xx.xx.2021-ci il tarixli, 1839 reyestr nömrəli alqı-satqı müqaviləsi və X32 adına qeydə alınmış xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Belə ki, Asif Allahyarov daşınmaz əmlaka hüquqlarını qeyd etdirdiyi zaman onun vərəsəliyi məhkəmə qaydasında ləğv olunmuşdur. Bu səbəbdən həmin çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsinin heç bir hüququ əsası olmamışdır. Belə olduğu təqdirdə həmin alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış ləğv olunmalıdır. İddiaçı Cavadova Almara Ağasən qızı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələbləri əsasında məhkəməyə cavabdehlər Allahyarov Asif Ağasəf oğlu, X44, Şamaxı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və reyestr çıxarışlarının ləğvi” tələbinə dair iddia ərizəsinə əlavə ilə müraciət edərək Allahyarov Asif Ağasəf oğlu ilə X44 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1839 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Allahyarov Asif Ağasəf oğlunun adına qeydə alınmış 23 yanvar 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışın və X32 adına qeydə alınmış xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə üzrə tələbini onunla əsaslandırmışdır ki, əvvəl təqdim etdiyi iddia ərizəsində Şamaxı “Asan Xidmət” Mərkəzində Notariat Ofisini cavabdeh kimi göstərmədiyinə və Şəki Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli iş 2(107)- 286/2022 saylı qətnaməsi yenicə qanuni qüvvəsini aldığından iddia ərizəsinə əlavələr etməyi qərara almışdır. Bildirir ki, Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cü il tarixli, 2(016)-99/2013 saylı qətnaməsi ilə iddiaçı X18 ona və digər cavabdehlərə qarşı vərəsəlik qaydasında payları müəyyən edilmişdir. Həmin qətnamədən hər iki tərəf dəfələrlə apellyasiya və kassasiya şikayəti verdiyindən 2022-ci ilə kimi nəticə əldə olunmamışdır. Şəki Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(107)-286/2022 saylı qətnaməsilə həmin qətnamə hissəvi ləğv olunmuşdur. Qətnamənin qət etdi hissəsində yazılmışdır ki, “09 aprel 2002-ci il tarixdə vəfat etmiş X1 miras qalmış və ünvan 1 ünvanda yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə balkon, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yararsız qeyri-yaşayış tikilisi yerləşən daşınmaz əmlakın 8/14 hissəsində ölçüdə Allahyarov Asif Ağasəf oğlunun və Cavadova Almara Ağasən qızının payının müəyyən edilməsi hissəsində” ləğv edilsin. 09 aprel 2002-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.11 ha həyətyanı torpaq sahəsində Allahyarov Asif Ağasəf oğlunun və Cavadova Almara Ağasən qızının miras payı bərabər, yəni hər birinə ½ hissə olmaqla müəyyən edilsin..” Bu qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şıkayəti müddət pozğunluğu səbəbindən Ali Məhkəmə tərəfindən rədd olumuşdur. Hazırda sonuncu - Şəki Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli iş 2(107)-286/2022 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Ağsu Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(016)-32/2018 saylı qətnaməsi ilə iddiaçı Allahyarov Asif Ağasəf oğlunun məndən və digərlərindən miras payların müəyyən edilmiş daşınmaz əmlakın naturada real bölgüsünün aparılması və naturada payının ayrılması tələbinə dair iddia tələbi təmin edilmişdir. Qətnamənin qət etdi hissəsində “..., ünvan 2 ünvanda yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinin qərb tərəfində tikilmiş sahəsi 10,0 kvm. 9,5 kv.m qarşsında açıq balkon olan evin həyətin qərb tərəfində yerləşən 0,062857 ha torpaq sahəsi və həmin tərəfdə yerləşən yardımçı tikililərin üzərində iddiaçı X21 payı müəyyən edilsin” sözləri yazılmışdır. Lakin yuxarıda qeyd etdiyi Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cü il tarixli, 2(016)-99/2013 saylı qətnaməsi mübahisələndirildiyindən yekun qərar qanuni qüvvəyə minənə kimi bu işin icraatı dayandırılmışdır. Yekun qərar olan Şəki Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(107)-286/2022 saylı qətnaməsi qanuni qüvvəsi almış olsa belə hələ də icraati dayandırılmış, işə baxılmamışdır. Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cü il tarixli, 2(016)-99/2013 saylı qətnaməsi qanuni qüvvəsini almadığından tərəflərə reyestrdən çıxarışlar verilməmişdir. Buna baxmayaraq Ağsu Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(016)-32/2018 saylı qətnaməsi üzrə Şamaxı DƏDRX 23 yanvar 2019-cu il tarixli çixarışla (********** saylı qeydiyyat nömrəsi, **********08-10301 reyestr nömrəsi) X18 adına tikilini 23.8 kv.m və torpağın da 1/2 hissəsini deyil, daha çox hissəsini, yəni, 0,0629 hissəsinin qeydi barədə çixarış vermişdir. Bu səbəbdən də icraatı dayandırılmış iş üzrə qətnamənin də ləğvinə əsas yaranmışdır. Şamaxı DƏDRX bu qətnamə üzrə qeydə almada yanlışlığa yol verib. Belə ki, ardıcıllığa görə miras payların bolgüsü qeydə alındıqdan sonra naturada bölünməsi ikinci qeydə almada əksini tapmalı idi. Bu halda torpağın bərabər hissədə qeydə alınması düzgün yazlmış olardı. Cavabdeh X27 hansı səbəbdən çixarışın qeydə alınmasına əsas olmayan qətnamə üzrə adına mülkiyyət çıxarışı almışdır. Nöqsanlarını gizlətmək üçün daha irəli gedərək adına qeyri-qanuni rəsmləşdirdiyi mübahisəli əmlakı Şamaxı rayon asan Xidmət vasitəsilə xx.xx.2021-ci il tarixli, 1839 reyestr nömrəli alqı-satqı müqaviləsi və X11 və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın reyestr xidmətində qeydə alınmışdır. Ağsu Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2(016)- 280/2020 saylı qətnaməsi ilə cavabdeh Allahyarov Asif Ağasəf oğluna qarşı zamanına görə hesab etdikləri mübahisəli əmlakın əsasını təşkil edən vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair tələbi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli, 2(107)-204/2021 saylı qərardadı ilə cavabdeh Allahyarov Asif Ağasəf oğlu tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyinə görə işin icraatına xitam verilmişdir. Qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(107)-286/2022 saylı qətnaməsinə görə Allahyarov Asif Ağasəf oğlunun adına qeydə alınmış 23 yanvar 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarış ləğv edilməli, xx.xx.2021-ci il tarixli, 1839 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və X32 adına qeydə alınmış xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Belə ki, Asif Allahyarov daşınmaz əmlaka hüquqlarını qeyd etdirdiyi zaman Şəki Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli iş 2(107)-286/2022 saylı qətnaməsi qəbul olunmamışdır. Bu səbəbdən həmin çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsinin də heç bir hüququ əsası olmamışdır. Belə olduğu təqdirdə həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında X32 adına verilmiş çıxarış ləğv olunmalıdır. İddiaçı Cavadova Almara Ağasən qızının hüquq varisi X23 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Ağsu Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(016)- 32/2018 saylı qətnaməsi ilə iddiaçı Allahyarov Asif Ağasəf oğlunun Cavadova Almara Ağasən qızı və digərlərindən miras payların müəyyən edilmiş daşınmaz əmlakın naturada real bölgüsünün aparılması və naturada payının ayrılması tələbinə dair işə Şəki Apellyasiya Məhkəməsində 31 avqust 2022-ci il tarixdə baxılmış, qətnamə ləğv edilmiş və işin icraatına xitam verilmişdir. Həmin işə baxılıb yekun qərar qəbul edilməsi zərurəti yarandığından ərizə əsasında icraatda olan alqı-satqı müqaviləsinin etibarsızlığı və reyestr çıxarışlarının ləğvinə dair mülki işin icraatı dayandırılmışdir. Yekun qərar qəbul olunduğundan həmin işin icraati təzələnmişdir. Hazırda Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cü il tarixli, 2(016)-99/2013 saylı qətnaməsi ilə iddiaçı X18 mərhum Almara Cavadovaya və digər cavabdehlərə qarşı vərəsəlik qaydasında payların müəyyən edilməsinə dair mülki iş və Ağsu Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(016)- 32/2018 saylı qətnaməsi ilə iddiaçı Allahyarov Asif Ağasəf oğlunun mərhum Almara Cavadova və digərlərindən miras payların müəyyən edilmiş daşınmaz əmlakın naturada real bölgüsünün aparılmasına dair mülki işlərin hər ikisi Ağsu rayon məhkəməsinə daxil olmuşdur. Aşağıda göstərdiyi səbəblərə görə iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cü il tarixli, 2(016)-99/2013 saylı qətnaməsi ilə iddiaçı X18 mərhum anası Almara Cavadova və digər cavabdehlərə qarşı vərəsəlik qaydasında payların müəyyən edilməsinə dair mülki iş üzrə son nəticə Şəki Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli iş 2(107)-286/2022 saylı qətnaməsi ilə verilmişdir. İş üzrə yeni qətnamə qəbul olunmuşdur. Belə ki, qanuni qüvvəsini almış qətnamədə yalnız həyətyanı torpaq sahəsinə birgə mülkiyyət hüququ əsasında mərhum anası vərəsə kimi tanınmış və torpağın üzərində yerləşən hüququ sənədi olmadığından evin bölgüsü rədd olunmuşdur. Həmin tarixə kimi vərəsəlik mübahisəsi tam həllini tapmadığı halda cavabdehin bölgü, naturada payın tanınması barədə iddiasına qanunsuz olaraq məhkəmədə baxılmış, Ağsu Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(016)-32/2018 saylı qətnaməsi ilə iddiaçı Allahyarov Asif Ağasəf oğlunun mərhum anasından və digərlərindən miras payların müəyyən edilmiş daşınmaz əmlakın naturada real bölgüsünün aparılması və naturada payının ayrılması tələbinə dair iddia tələbi təmin edilmişdir. ünvan 2 ünvanda yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinin qərb tərəfində tikilmiş sahəsi 10,0 kvm. 9,5 kv.m qarşında açıq balkon olan evin həyətin qərb tərəfində yerləşən 0,062857 ha torpaq sahəsi və həmin tərəfdə yerləşən yardımçı tikililərin üzərində iddiaçı X21 payı müəyyən edilmişdir. Həmin qətnamə əsasında Şamaxı DƏDRX 23 yanvar 2019-cu il tarixli çixarışla (********** saylı qeydiyyat nömrəsi, **********08-10301 reyestr nömrəsi) onun adına 23.8 kv.m tikilidən və torpaqdan isə 1/2 hissəsini deyil, daha çox hissəsini, yəni, 0,0629 hissəsinin qeydi barədə çıxarış vermişdir. Şamaxı DƏDRX bu qətnamə üzrə qeydə almaqda yanlışlığa yol verib. Belə ki, ardıcıllığa görə miras payların bolgüsü qeydə alındıqdan sonra naturada bölünməsi ikinci qeydəalmada əksini tapmalı idi. Bu halda torpağın bərabər hissədə qeydə alınması düzgün yazılmış olardı. Sual olunur cavabdeh X27 hansı səbəbdən adına ilkin qeydiyyat olmadan və çıxarışın qeydə alınmasına əsas olmayan qətnamə üzrə adına mülkiyyət çıxarışı almışdır? Nöqsanlarını gizlətmək üçün cavabdehin daha irəli gedərək adına qeyri-qanuni rəsmləşdirdiyi mübahisəli əmlak Şamaxı rayon “Asan Xidmət” vasitəsilə xx.xx.2021-ci il tarixli, 1839 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə X4. O da xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli çıxarışla tikilinin və torpağın çox hissəsini öz adına daşınmaz əmlakın reyestr xidmətində qeydə alınmışdır. Buradan belə qənaətə gəlinir ki, mübahisəli mülkün yerləşdiyi yer şəhərin mərkəzi hesab olunur, məhkəmə çəkişməsinin uzun çəkəcəyini bilən cavabdehin dayısı X44 ərazini ələ keçirmək məqsədilə öz adına alqı-satqı edərək rəsmləşdirmişdir. Ağsu Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(016)-32/2018 saylı qətnaməsinə əsasən X18 adına Şamaxı DƏDRX 23 yanvar 2019-cu il tarixli verilmiş çıxarış, onun adından Şamaxı rayon “Asan Xidmət” vasitəsilə X44 ilə bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı və xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarış ləğv olunmalıdır. Belə ki, qeydə alınmış əmlak ümumi birgə mülkiyyət olduğundan, yəni, bir həyətdə yerləşdiyindən cavabdeh A.Allahyarov öz payına düşən hissəni ilk növbədə mərhum anası Almara Cavadovaya satmağı təklif etməli idi. Çünki həmin hissəni satın almaqda üstünlük hüququ mərhuma məxsus idi. Əgər mərhum cavabdehə düşən hissəni satın almaqdan imtina etsəydi, o halda əmlakın həmin hissəsini Dəmirov Adilə satmalı idi. Cavabdehin dayısı bunları bildiyi üçün vərəsəlik haqqında mülki işə baxılıb qurtarmamış torpağın və tikilinin naturada bölgüsünü etdirməklə Asifin adına çıxarışı aldırmış və alqı-satqı yolu ilə öz adına qeydiyyata saldırmışdır. X35 Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(107)-286/2022 saylı qətnaməsi ilə torpaq ümumi paylı mülkiyyətə verilmişdir. Həmin torpağın naturada bölgüsünə dair qətnaməyə isə Şəki Apellyasiya Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərarı ilə işin icraatına xitam verilmiş və qətnamə ləğv edilmişdir. Cavabdeh A.Allahyarov ilə X44 ilə bağlanılmış alqı-satqı müqaviləsi etibarsiz hesab edilməli, verilən sonuncu reyestrdən çıxarış ləğv olunduqdan sonra öz payına düşən hissəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218-ci maddəsinin tələblərinə əməl etməklə satmalıdır. X44 cavabdeh Allahyarov Asifin dayısıdır. O, 2013-cü ildən də əvvəl bilirdi ki, mərhum anası Almara Cavadova və onun bacıları atalarının əmlakının bölgüsünü tələb edirlər. Cavabdeh A.Allahyarov mülkiyyətçi olmadığı halda məhkəmədə vərəsəlik mübahisəsi bitməmiş Adil Dəmirov həmin əmlakın öz adına keçirilməsinə nail olmuşdur. Bu səbəbdən o, vicdanlı əldə edən sayıla bilməz. X44 cavabdeh Allahverdiyev Asifdən əmlakı satın aldığı və öz adına keçirdiyi zaman bilirdi ki, məhkəmə hələ də davam edir. Qeyd edilənləri sonuncu məhkəmə qətnaməsi və qərardadı da sübut etdi. A.Dəmirov həmin əmlakı adına keçirən zaman bütün bunları bildiyindən o, vicdanlı əldə edən sayılmır. Belə ki, məhkəmə sənədlərindən də görünür ki, vərəsəlik müəyyən edilmədən, yəni qətnamə qanuni qüvvəsini almadan əmlakın naturada bölgüsü aparılmış, bölgü aparılarkən bərabərsizliyə yol verilərək əmlakın çox hissəsi Asifə, az hissəsi mərhum anasına qeyd edilmişdir. Asif də deyir ki, naturada bölgünü dayısı Adil aparmışdır. Göründüyü kimi Asifin dayısı Adil tərəflər arasında mübahisə olduğunu əvvəldən bilirdi və iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini almadan hazırkı mübahisənin yaranmasına səbəb olan hallar baş vermişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. X5 məhkəmə iclasında iddia tələbinin dəlilllərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Allahyarov Asif Ağasəf oğlu məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında göstərdi ki, iddiaçı mərhum Cavadova Almara bibisi, cavabdeh Dəmirov Adil isə dayısıdır. Mübahisənin predmeti olan torpaq sahəsi rəsmi sənədlə mərhum nənəsinə məxsus olub. O, rəhmətə gedəndən sonra 2013-cü ildən onunla digər vərəsələr arasında məhkəmə mübahisəsi başladı. Həmin mübahisə üzrə məhkəmə qətnaməsi 2(107)-286/2022 saylı iş üzrə 14 fevral 2022-ci il tarixdə qanuni qüvvəsini aldı. Dayısı Adil həmin torpaq sahəsinin ona düşən hissəsini öz adına keçirmək üçün ona bildirdi ki, “bu məhkəmənin sonu nə vaxt bitəcək bilinmir. Torpağın qeydiyyatı da sənin adına yoxdur. Torpağı sənin adına vaxtından əvvəl qeydiyyata saldıracağam.” Bununla bağlı vəkil ilə danışdı və onun adından digər vərəsələrə qarşı miras paylar üzrə daşınmaz əmlakın naturada real bölgüsünün aparılması və naturada payının ayrılmasına dair iddia ərizəsi yazdırdı və həmin ərizəyə imza etdi. Ağsu Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(016)-32/2018 saylı qətnaməsilə iddiası təmin olundu. Dayısı Adilə torpağı qeydə alan idarə dedi ki, Asifin adına torpaq yoxdur. Məhkəmə qərar versə də onu edə bilmirlər. Amma dayısı mübahisəli torpağı və üstündəki tikililərin yarıdan çoxu barədə onun adına çıxarış aldı. Mərhum bibisi xəbər tutan kimi həmin qətnamədən şikayət verdi. X48 məhkəməsinə göndərdilər. Dayısı Adil verilən şikayətdən narahat olduğundan adında olan torpağı və tikilini alqı-satqı yolu ilə Şamaxı Asan xidmətində öz adına keçirdi. Torpaq və tikilinin bir hissəsini 5000 manata qiymətləndirdi ki, pul banka keçməsin. Müqavilədə yazılan məbləği də ona verilmədi. Dayısı söz vermişdi ki, ev alacaq, lakin onu da almadı. Həmin vaxtdan dayısı onu incidir. 2(107)-286/2022 saylı vərəsəlik işi 14 fevral 2022-ci il tarixdə bitdi. Məlum oldu ki, qeydiyyatı olmadığına görə tikililəri məhkəmə ləğv edib. Yalnız torpaq sahəsi mərhum bibisi ilə onun arasında yarı bölünüb. Dayısı Adil dedi ki, torpağın çox hissəsi onun adına yazılıb. Məhkəmədə uduzacağından qorxurmuş. Əmlakın naturada bölünmə işinə Şəki Apellyasiya məhkəməsində baxılan zaman məhkəməyə gedib iştirak etmişdir. İddiasından imtina etməyi və işin icraatına xitam edilməsi barədə ərizə təqdim etmişdir. Şəki Apellyasiya Məhkəməsi ərizəni qəbul etmiş, 31 avqust 2022-ci il tarixdə qətnaməni ləğv etmiş və işin icraatına xitam vermişdir. Hazırda torpağın adına keçməsinə səbəb olan qətnamə daha yoxdur. Qətnamə yoxdursa adına yazılan çıxarış qanunsuzdur. Çıxarış qanunsuzdursa alqı-satqı müqaviləsi də etibarsızdır. Alqı-satqı müqaviləsi etibarsızdırsa dayısı Adilin adına yazılan reysterdən çıxarış da ləğv olunmalıdır. Yazdırdığı şikayət ərizələrinə məcbur ona imza etdirdi. Sonra öz adına etibarnamə aldırıb şəxsiyyət vəsiqəsini də əlindən almışdı. Bibisi rəhmətə gedəndən qaçıb onlara sığınmışdır. Yenidən şəxsiyyət vəsiqəsi alan kimi verdiyi etibarnaməni ləğv etdirmişdir. Mərhum bibisi sağlığında məhkəmə qətnaməsini bölgüyə əsasən torpağı adına keçirə bilməmişdir. Çünki, torpağın çox hissəsi onun adından dayısı Adilin adına keçmişdi. Dayısı ilə birlik olaraq mərhum bibisinə qarşı haqsızlıq və qanunsuzluq etmişdir. Ona görə də alqı-satqı müqaviləsinin etibarsiz hesab olunmaqla hər iki reyestrin ləğv olunmasını xahiş etdi. Cavabdeh X44 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, iki ildən çoxdur ki, mübahisəli əmlakla bağlı alqı-satqı etmişlər. Həmin müqavilə Şamaxı Asan xidmət mərkəzində baş tutmuşdur. Məhkəmə prosesləri ilə bağlı Asifin payı olduğu ilə maraqlanmamış, bu səbəblə də məhkəmə çəkişmələrindən xəbəri olmamış, lakin aralarında vərəsəliklə bağlı mübahisə olduğundan məlumatı olmuşdur. Qarşı tərəfi də yaxından tanıyır. Alqı-satqı olunan hissənin hesab etmişdir ki, Asifin payıdır. Çıxarışı alanda əmlaka yerində baxmamışdır. Asif əmlakın 3-4 otaqlı ev olduğunu söyləmişdir. Alqı-satqı ilə evi əldə etdikdən sonra Asifə 5000 manat verilmişdir. Ona şəhərin Vidadi küçəsində 4 otaqlı ev də alınmışdır. Lakin həmin dövrdə onun adına keçirilməmişdir. Çünki Asif içki aludəçisi olduğu üçün bunu etməmişdir. X12 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçı Almara Cavadova onun anasıdır. İddiadan məlumatı vardır. Onu müdafiə edir. Məhkəmə mübahisəsinin hamısından cavabdeh X32 məlumatı əvvəldən var idi. Cavabdeh Allahyarov Asif Ağasəf oğlunun adına çıxarış alınmasına da o, köməklik etmişdir. Həmin dövrdən tərəflər arasında pay bölgüsü ilə bağlı mübahisə gedir və Adil də bu mübahisədən tam məlumatlıdır. Cavabdehlər Şamaxı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin (nümayəndələrinin) məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Torpağın mülkiyyətə verilməsinə dair JN-501A, kod-40901004 olan şəhadətnamənin surətindən görünür ki, X3 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə 0,11 ha torpaq sahəsi verilmişdir. - Ağsu rayon Məhkəməsinin 11 may 2013-cü il tarixli, 2(016)-99/2013 saylı qətnaməsindən görünür ki, 09 aprel 2002-ci ildə vəfat etmiş X2 miras qalmış və ünvan 3 ünvanda yerləşən 0,11 ha ölçüdə həyətyanı torpaq sahəsi, 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə balkon, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yararsız qeyri-yaşayış tikilisi yerləşən daşınmaz əmlakların vərəsələr arasında bölünməsi, daşınmaz əmlakın 8/14 hissəsinə X14, 1/14 hissəsinə Cavadova Almara Ağasən qızının, 1/14 hissəsinə X9, 1/14 hissəsinə X15, 1/14 hissəsinə X19, 1/14 hissəsinə X24 və 1/14 hissəsinə X6 vərəsəlik qaydasında payları müəyyən edilmişdir. - Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli, 2(107)-3238/2019 saylı qətnaməsi ilə cavabdeh Cavadova Almara Ağasən qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cu il tarixli 2(016)-99/2013 nömrəli qətnaməsi qismən - Ağsu şəhərində 09 aprel 2002-ci il tarixdə vəfat etmiş X1 miras qalmış və ünvan 1 ünvanda 0,11 ha torpaq sahəsi 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx, bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə balkon, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yararsız qeyri yaşayış tikilisi yerləşən daşınmaz əmlakların 1/14 hissəsinə X9, 1/14 hissəsinə X15, 1/14 hissəsinə X19, 4/14 hissəsinə X24, 1/14 hissəsinə X6 vərəsəlik qaydasında paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli 2(102)-2920/2020 saylı qərarı ilə cavabdeh Cavadova Almara Ağasən qızının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-3238/2019 nömrəli qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. - Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cü il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia tələbləri rədd edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2021ci il tarixli, 2(102)-5030/2021 nömrəli qərarı ilə iddiaçı Allahyarov Asif Ağasəf oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(107)-86/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. - Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)- 286/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh Cavadova Almara Ağasən qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cu il tarixli 2(016)-99/2013 nömrəli qətnaməsi mübahisələndirilən, yəni "Ağsu şəhərində 09 aprel 2002-ci il tarixdə vəfat etmiş X1 miras qalmış və ünvan 4 ünvanda 0.11 ha torpaq sahəsi 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə balkon, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yararsız qeyri yaşayış tikilisi yerləşən daşınmaz əmlakın 8/14 hissəsinə Allahyarov Asif Ağasəf oğlunun, 1/14 hissəsinə Cavadova Almara Ağasən qızının payının müəyyən edilməsi hissəsində” ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, 09 aprel 2002-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 5 ünvanda yerləşən 0.11 ha həyətyanı torpaq sahəsində Allahyarov Asif Ağasəf oğlunun və Cavadova Almara Ağasən qızının miras payı bərabər, yəni hər birinə 1/2 hissə olmaqla müəyyən edilmişdir. - Ağsu rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(016)-32/2018 saylı qətnaməsindən görünür ki, ünvan 6 ünvanda yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinin qərb tərəfində tikilmiş, sahəsi 10,0 kv/m., 9.5 kv/m., qarşısında açıq balkon olan evin, həyətin qərb tərəfindən yerləşən 0,062857 ha torpaq sahəsi və həmin tərəfdə yerləşən yardımçı tikililərin üzərində iddiaçı X20 payı müəyyən edilmişdir. - Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)- 5/2022 nömrəli qərardadının surətindən görünür ki,iddiaçı Allahyarov Asif Ağasəf oğlunun iddiadan imtinası təsdiq edilmiş, Ağsu Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli 2(016)-32/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Allahyarov Asif Ağasəf oğlunun cavabdehlər Cavadova Almara Ağasən qızı, X16, X25, X29, X33, X10 qarşı miras payları müəyyən edilmiş daşınmaz əmlakdan payının ayrılması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. - Ağsu Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2(016)-280/2020 saylı qətnaməsinin surətindən görünür ki, Ağsu rayon Dövlət Notariat Kontorunda 11 dekabr 1996-cı il tarixdə X7 tərəfindən verilmiş 2/3-74 saylı reyestr üzrə qeydə alınmış vəsiyyətnamə etibarsız hesab edilmişdir. - Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)- 204/2021 nömrəli qərardadının surətindən görünür ki, cavabdeh Allahyarov Asif Ağasəf oğlunun apellyasiya şikayətindən imtinası qəbul edilmiş, iddiaçı Cavadova Almara Ağasən qızının cavabdehlər Ağsu rayon Notariat Ofisinə və Allahyarov Asif Ağasəf oğluna qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işin apellyasiya icraatına xitam verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********08-10301 olan ünvan 7-də yerləşən ümumi sahəsi 23,8 kv.m fərdi yaşayış evi və 0,0629 ha torpaq sahəsi Allahyarov Asif Ağasəf oğlunun adına qeydiyyat nömrəsi ********** olan mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********10 saylı məktubundan görünür ki, ünvan 7 ünvanında yerləşən 23,8 kv.metr yaşayış sahəsinə dair Allahyarov Asif Ağasəf oğluna məxsus RX seriyalı, ******* saylı çıxarışın verilməsi üçün Ağsu Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(016)-32/2018 saylı qətnaməsi əsas olmuşdur. - AN-İ seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Allahyarov X45 şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 12-də yerləşən ümumi sahəsi 23,8 kv.m fərdi yaşayış evi və 0,0629 ha torpaq sahəsini alıcı X8. Alqı-satqı müqaviləsi Şamaxı regional “Asan xidmət” mərkəzində, reyestrdə 4Ə- 1839 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********08-10301 olan ünvan 7-də yerləşən ümumi sahəsi 23.8 kv.m fərdi yaşayış evi və 0.0629 ha torpaq sahəsi X32 adına qeydiyyat nömrəsi ********** olan mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. - AZ-İİ seriyalı, 294581 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavadova Almara Ağasən qızı xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin yanvar ayının 19-da 157 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ağsu rayon Məhkəməsinin 11 may 2013-cü il tarixli, 2(016)-99/2013 saylı qətnaməsi ilə 09 aprel 2002-ci ildə vəfat etmiş X2 miras qalmış və ünvan 3 ünvanda yerləşən 0,11 ha ölçüdə həyətyanı torpaq sahəsi, 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə balkon, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yararsız qeyri-yaşayış tikilisi yerləşən daşınmaz əmlakların vərəsələr arasında bölünməsi, daşınmaz əmlakın 8/14 hissəsinə X14, 1/14 hissəsinə Cavadova Almara Ağasən qızının, 1/14 hissəsinə X9, 1/14 hissəsinə X15, 1/14 hissəsinə X19, 1/14 hissəsinə X24 və 1/14 hissəsinə X6 vərəsəlik qaydasında payları müəyyən edilmişdir. Bu qətnamə proses iştirakçıları tərəfindən mübahisələndirilmiş və sonuncu dəfə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-286/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh Cavadova Almara Ağasən qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cu il tarixli 2(016)-99/2013 nömrəli qətnaməsi mübahisələndirilən, yəni "Ağsu şəhərində 09 aprel 2002-ci il tarixdə vəfat etmiş X1 miras qalmış və ünvan 4 ünvanda 0.11 ha torpaq sahəsi 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə balkon, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yararsız qeyri yaşayış tikilisi yerləşən daşınmaz əmlakın 8/14 hissəsinə Allahyarov Asif Ağasəf oğlunun, 1/14 hissəsinə Cavadova Almara Ağasən qızının payının müəyyən edilməsi hissəsində” ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, 09 aprel 2002-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 5 ünvanda yerləşən 0,11 ha həyətyanı torpaq sahəsində Allahyarov Asif Ağasəf oğlunun və Cavadova Almara Ağasən qızının miras payı bərabər, yəni hər birinə 1/ hissə olmaqla müəyyən edilmiş, qətnamə qanuni qüvvəsini almışdır.Bundan başqa 2 Ağsu Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(016)-32/2018 saylı qətnaməsi ilə ünvan 6 ünvanda yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinin qərb tərəfində tikilmiş, sahəsi 10,0 kv m., 9.5 kv m., qarşısında açıq balkon olan evin, həyətin qərb tərəfindən yerləşən 0,062857 ha torpaq sahəsi və həmin tərəfdə yerləşən yardımçı tikililərin üzərində iddiaçı X20 payı müəyyən edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh Cavadova Almara Ağasən qızının verdiyi apellyasiya şikayətinə əsasən Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-5/2022 nömrəli qərardadı ilə iddiaçı Allahyarov Asif Ağasəf oğlunun iddiadan imtinası təsdiq edilmiş, Ağsu Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli 2(016)-32/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Allahyarov Asif Ağasəf oğlunun cavabdehlər Cavadova Almara Ağasən qızı, X16, X25, X29, X33, X10 qarşı miras payları müəyyən edilmiş daşınmaz əmlakdan payının ayrılması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda Ağsu Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2(016)-280/2020 saylı qətnaməsi ilə Ağsu rayon Dövlət Notariat Kontorunda 11 dekabr 1996-cı il tarixdə X7 tərəfindən verilmiş 2/3-74 saylı reyestr üzrə qeydə alınmış vəsiyyətnamə etibarsız hesab edilmişdir. Məhkəmə çəkişmələri dövründəAğsu Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(016)-32/2018 saylı qətnaməsi əsasında ünvan 7 ünvanında yerləşən 23,8 kv.metr yaşayış sahəsinə dair Allahyarov Asif Ağasəf oğluna məxsus RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Həmin çıxarış əsasında xx.xx.2021-ci il tarixdə Allahyarov Asif Ağasəf oğlu mübahisə predmeti olan daşınmaz əmlakı X8. LakinŞəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-5/2022 nömrəli qərardadı ilə iddiaçı Allahyarov Asif Ağasəf oğlunun iddiadan imtinası təsdiq edilmiş və ünvan 7 ünvanında yerləşən 23,8 kv.metr yaşayış sahəsinə dair Allahyarov Asif Ağasəf oğluna məxsus RX seriyalı, ******* saylı çıxarışın verilməsinə əsas olmuş sənəd (Ağsu rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(016)-32/2018 saylı qətnaməsi) ləğv edilmişdir. Hazırda iddiaçı cavabdehlərə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr çıxarışlarının ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 19-cu maddəsinin tələblərinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mübahisənin hüquqi həlli ilə bağlı məhkəmə bildirir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********10 saylı məktubundan görünür ki, ünvan 7 ünvanında yerləşən 23,8 kv.metr yaşayış sahəsinə dair Allahyarov Asif Ağasəf oğluna məxsus RX seriyalı, ******* saylı çıxarışın verilməsinə əsas Ağsu Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(016)-32/2018 saylı qətnaməsi olmuşdur. Lakin həmin qətnamə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-5/2022 nömrəli qərardadı ilə ləğv edilmişdir. Göründüyü kimi Allahyarov Asif Ağasəf oğluna çıxarışın verilməsinə əsas olmuş məhkəmə qərarı ləğv edilmişdir. Ona görə də hazırkı halda çıxarışın verilməsinə əsas olmuş məhkəmə qərarı ləğv edildiyindən məhkəmə hesab edir ki, ünvan 7 ünvanında yerləşən 23,8 kv.metr yaşayış sahəsinə dair Allahyarov Asif Ağasəf oğluna məxsus RX seriyalı, ******* saylı çıxarış ləğv edilməlidir. İddia tələbində həmçinin Allahyarov Asif Ağasəf oğlu ilə X44 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-1839 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X32 adına qeydə alınmış xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi də qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan,habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1). 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd-mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır.Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququ hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenum qərarında vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Konstitusiya Məhkəməsinin Plenum qərarında həmçinin qeyd edilmişdir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Məhkəmə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələb üzrə qeyd edir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Hazırkı mülki işdə mübahisə predmeti olan alqı-satqı müqaviləsi bağlanan zaman tərəflərin həmin alqı-satqı müqaviləsinin predmeti olan daşınmaz əmlakın mübahisəli əmlak olmasından məlumatlı olması məhkəmə araşdırması zamanı tam sübuta yetirilir. Belə ki, hazırkı iddiadan da görünür ki, Allahyarov Asif Ağasəf oğlu ilə X44 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-1839 reyestr nömrəli alqı-satqı müqaviləsinin predmeti olan daşınmaz əmlak vərəsəlik qaydasında mübahisə predmeti olmuş və həmin əmlak üzrə çıxarışın verilməsinə əsas olmuş məhkəmə qərarı ləğv edilmişdir. Həmin müqavilə üzrə tərəf olmuş alıcı X44 da satıcı Allahyarov Asif Ağasəf oğlunun dayısı olmaqla həmin daşınmaz əmlakın vərəsəlik qaydasında mübahisə predmeti olmasından məlumatlı olmuş və mübahisə tam həllini tapmadan, yəni iş üzrə yekun məhkəmə qərarı qəbul edilmədən alqı-satqı müqaviləsinin bağlanmasında maraqlı olmuşdur. Bunu cavabdeh satıcı Allahyarov Asif Ağasəf oğlu etriaf etmiş, eyni zamanda alıcı X44 da qeyd etmişdir ki, mübahisə predmeti olan əmlakla əlaqədar tərəflər arasında vərəsəlik üzrə mübahisə olduğundan məlumatı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, X44 vicdanlı alıcı hesab edilə bilməz. Bundan başqa məhkəmə araşdırması zamanı cavabdehlər Allahyarov Asif Ağasəf oğlu və X44 izahatlarında iddia tələbini etiraf edib qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdehlər Allahyarov Asif Ağasəf oğlu və X44 iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Allahyarov Asif Ağasəf oğlunun və X39iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Allahyarov Asif Ağasəf oğlu ilə X44 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-1839 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında X32 adına qeydə alınmış xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli çıxarış, həmçinin Allahyarov Asif Ağasəf oğlunun adına qeydə alınmış 23 yanvar 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarış ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Allahyarov Asif Ağasəf oğlu ilə X44 arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli, 4Ə-1839 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və onun əsasında X32 adına qeydə alınmış 17 sentyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli çıxarış, həmçinin Allahyarov Asif Ağasəf oğlunun adına qeydə alınmış 23 yanvar 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarış ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar