Məhkəmə qərarları › İş №2(016)-642/2024

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-642/2024

06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-642/2024 06.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X5 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləği ilə hər ay bir uşaqa görə 235 manat alimentin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə aralarında rəsmi nikah qeydə alınmamışdır. Birgə münasibətlərindən doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 üçün iddiaçı ilə mediasiya prosesində barışıq sazişi imzalamışlar. Şərtə görə hər ay 150 manat aliment ödənişini edirdi. Lakin sonradan bir – iki ay ödəniş edə bilməməsi səbəbindən iddiaçı məhkəməyə müraciət etmişdir. Uşağına sazişin şərtinə görə atalıq vermişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, mediasiya prosesi nəticəsində mübahisənin həlli şərtlərinə dair barışıq sazişi bağlamışlar. Belə ki, xx.xx.2023-cü il tarixdə Qusar 1 saylı Mediasiya təşkilatında tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Cavabdeh faktiki birgə nikah dövründə xx.xx.2013-cü il tarixdə doğulmuş X2 İddiaçı himayəsində yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat alimentin xx.xx.2023-cü ildən ödəməyi barədə razılığa gəlmişlər. Eyni zamanda öz aralarında razılaşaraq birlikdə Asan xidmət və ya Qeydiyyat şöbəsinə gedərək atalığın müəyyən olunması barədə ərizə yazmağı öhdəsinə götürmüş, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək atalığın müəyyən olunmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM): 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İş materiallarından görünür ki, iddia ərizəsinə xx.xx.2023-cü il tarixli barışıq sazişi əlavə edilmiş, lakin iddiaçı barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməmişdir. Bundan başqa hazırda cavabdehdən hər ay bir uşağa görə 235 manat alimentin tutulması ilə bağlı məhkəmədə iddia qaldırsa da, qeyd olunan tələb üzrə mediasiya prosesində iştiraka dair tələbə riayət edilməsinə dair sənədi iş materiallarına əlavə etməmişdir. Beləliklə, Məhkəmə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar