Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-657/2023 24.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X15 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2023cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa 100 manat olmaqla, üç uşağa görə hər ay 300 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə ailə qurmuşlar. Ağsu Rayon Məhkəməsinin 26 evral 2021-ci il tarixli 2(016)-198/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Ər-arvadlıq münasibətlərində olmaqla birlikdə yaşadıqları müddətdə, xx.xx.2012-ci ildə Dəniz, xx.xx.2015-ci ildə Hüseyn və xx.xx.2023-cü ildə isə Sahilə adlandırdıqları uşaqları doğulmuşlar. Həmin uşaqlar hal-hazırda onunla birlikdə onun himayəsində yaşayırlar. Nikaha daxil olduqdan sonra ailə münasibətlər normal olmuşdur. Bir-birilərini başa düşmüş və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən ssonra ailə münasibətləri pissləşdi və ayrıldıqları gündən bu günə kimi cavabdehdən aliment tələb etmişdir. Azyaşlı uşaqlar yetkinlik yaşına çatmayıb. Uşaqları onun himayəsində yaşayır. Bu səbəbdən də cavabdehdən xx.xx.2012-ci ildə anadan olan Dəniz, xx.xx.2015-ci ildə anadan olan Hüseyn və xx.xx.2023-cü ildə anadan olan Sahilə adlandırdıqları uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanıması üçün aliment tələb edir. İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(016)-198/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə X8 аrаsındа 22 dekabr 2011-ci il tаriхdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа 818 № ilə qеyd edilmiş nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X5, 21 mart 2012-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək anaları X3 himayəsində saxlanılması qət edilmişdir. - xx.xx.2023-cü il tarixli AZ-İ №410634 serialı X10 Haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə X10 haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 09 № ilə qeyd edilmişdir. - Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2012-ci il tarixli AZ-İİ № 899186 serialı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci ildə Ağsu şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 656 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. - Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2015-ci il tarixli AZ-İİİ № 449293 serialı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci ildə Ağsu şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 29 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. - Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli AZ-İV № 772214 serialı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü ildə Ağsu şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 37 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə aliment məbləğinin həcmini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən uşaqların saxlanılması üçün hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat aliment tələb edir. Belə olan halda məhkəmə qeyd edilənləri, həm 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, həmçinin iddiaçının tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli və hər ay 1 uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X5, 21 mart 2012-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində, sabit pul şəklində aliment tutularaq X6 ödənilməli, alimеntin tutulmаsı hissəsində qətnаmə dərhаl icrа еdilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X5, 21 mart 2012-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində, sabit pul şəklində aliment tutularaq X6 ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-657/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-657/2023
24.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver