Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-73/2024 09.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağın 3 yaşına çatana kimi saxlanması üçün maddi yardım» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, uşağın 3 yaşına çatana kimi saxıanması üçün 200 manat məbləğində maddi yardımın cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə el adəti ilə ailə qurmuş, birgə yaşayışlarından xx.xx.2022-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Halhazırda cavabdehlə ayrılmışlar. Ağsu Rayon Məhkəməsinə atalıq faktının müəyyən edilməsi və aliment tələbi ilə müraciət etmiş, cavabdeh uşağın atası olmasını etiraf etmişdir. Məhkəmənin 12 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 170 manat məbləğində aliment verilməsi qət edilmişdir. Hal-hazırda uşağın 3 yaşına çatana kimi saxlanması üçün maddi yardım tələb edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı, 410662 saylı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. - AZ-İV 849090 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X2 08 iyun 2022-ci ildə Ağsu şəhərində doğulmaqla, atası Cavabdeh, anası İddiaçıdır. - Ağsu Rayon Məhkəməsinin 2(016)-81/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 170 (bir yüz yetmiş) manat məbləğində, sabit pul şəklində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmadan birgə yaşamaqla ailə həyatı sürmüşlər. xx.xx.2022-ci ildə onların birgə yaşayışlarından X2 anadan olmuşdur. “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh alimentin tutulması tələbi qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda arvad hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 9.4-cü maddəsinə əsasən, ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Yuxarıda qeyd edilən maddələrin tələbindən də göründüyü kimi, yalnız arvad öz ərindən və ya keçmiş ərindən ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində aliment ödəməsini məhkəmə qaydasında tələb edə bilər. Hazırkı vəziyyətdə isə tərəflərin rəsmi nikaha daxil olmadıqları, yəni onların rəsmi ər və arvad və ya keçmiş ər və arvad olmadığı müəyyən edildiyindən, iddia tələbinin təmin edilməsi yolverilməzdir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «uşağın 3 yaşına çatana kimi saxlanması üçün maddi yardım» tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-73/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-73/2024
09.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver