Məhkəmə qərarları › İş №2(016)-81/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-81/2025

17.02.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-81/2025 17.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, AH-İN ******* nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 19 yanvar 2023-cü ildə yoldaşının təqdim etdiyi, bilmədiyi və oxumadığı sənədlərə qol çəkmiş, sonradan bilmişdir ki, o, notarial qaydada Şahid etibarnamə vermişdir. Həmin etibarnaməyə əsasən ona məxsus əmlakı yoldaşı ilə birgə Şahid alqı-satqı edərək Cavabdeh satmışlar. Həmin alqı-satqıdan heç bir xəbəri olmayıb. Onu ləğv etməyini istəsə də, qarşı tərəf imtina etmişdir. O qarşı tərəfə xx.xx.2024-cü il tarixində poçt vasitəsi ilə məktub yollayaraq bildirmişdir ki, həmin alqı-satqının ləğv edilməsi ilə bağlı adiyyəti üzrə Ağsu rayon Notariat Ofisinə müraciət edəcək. Sonradan o, yazılı şəkildə notariusa AN-İN ******* nömrəli alqı satqının ləğv edilməsi ilə bağlı müraciət etmişdir. Müraciətə baxılaraq ona bildirmişlər ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında bildirmişdir ki, əri xəstə olduğu üçün ona bildirmişdir ki, torpaq sahəsini satsınlar. O, notariat ofisinə getmiş, orada onu aldadaraq xəbəri olmadan bilmədiyi sənədlərə imza etdirmişlər. Bundan əlavə, ona məxsus fərdi yaşayış evinin bir hissəsi Cavabdeh satılmış torpaq sahəsində yerləşir. Buna görə də, iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək bidirdi ki, torpaq sahəsi 7 sotdur. Həmin torpağın 4 sotunu cavabdehə satmışlar. Cavabdeh iddiaçının xəbəri olmadan evi və bütün torpağı öz adına keçirib. İddiaçı cavabdehə evi yox, torpağı satmışdır. Buna görə də, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərdi ki, o, Ağsu şəhərində yerləşən ümumi sahəsi 0.07 ha olan torpaq sahəsini İddiaçı dəyərini ödəməklə alıb. Belə ki, İddiaçı işdən çıxa bilmədiyi üçün torpağın satılmasına dair Şahid etibarnamə vermişdir. Həmin etibarnamə əsasında da torpaq sahəsi ona satılıb. O, heç kəsi aldatmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - JN-163A, Kod: 40901004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, İddiaçı mülkiyyətinə Ağsu rayonu Aqrar İslahat Komissiyasının 2004-cü il 02 yanvar tarixli 01 nömrəli qərarı ilə 0,07 ha torpaq sahəsi verilmişdir. - AR-İİ seriyalı 789900 nömrəli, xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Ağsu şəhəri ərazisində yerləşən 0.07 ha torpaq sahəsi (JN 163A KOD********) üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri, müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün idarə, müəssisə və təşkilatlara ərizə vermək, notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamaq, bölgü planı imzalamağı, əmlakın təqdim edilməsi ilə əlaqdar sadələşdirilmiş verginin banka ödənilməsini, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, vərəsəlik hüququ haqqında şəhadətnamə almağı, miras payın bağışlanmasına dair əqd bağlamağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı subsidiya pulunu almağı, əmanəti qiymətli kağızları eləcə də sənədləri almağı onun adından ərizə verməyi, işlər aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Şahid etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilib və xx.xx.2023-cü il tarixədək qüvvədədir. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Ağsu bələdiyyəsinin sədri Nadir Orucov, Ağsu RİH başçısının Ağsu şəhəri üzrə nümayəndəsi İlham Nurəhmədov, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin Ağsu rayon şöbəsinin Yerquruluşu üzrə mühəndisi Elnur Mirzəyev, alıcı Cavabdeh və satıcı İddiaçı (etibarnamə əsasında çıxış edən Şahid) aktı tərtib etmişlər ondan ötrü ki, xx.xx.2023-cü il tarixli 4Ə-1 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh və İddiaçı məxsus torpaq sahələrinə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, satıcı İddiaçı məxsus sənəd üzrə 0.07 ha olan torpaq sahəsi hüquqi sənəddə göstərilən sahədən 0.0106 ha az 0.0594 ha olmaqla naturada həyətyanı məqsədilə istifadə olunur. Torpaq sahəsinin naturadakı koordinatlarını elektron məlumat bazası ilə eyniləşdirərkən məlum oldu ki, İddiaçı istifadəsində olan 0.0594 ha torpaq sahəsinin 0.0077 ha hissəsi isə həm islahat xəritəsi və həm də elektron uçot xəritəsinə əsasən JN-3572A nömrəli şəhadətnamə ilə üst-üstə düşür. İddiaçı məxsus sənədləşə bilən sərbəst torpaq sahəsi 0.0517 ha olmaqla naturada həyətyanı məqsədilə istifadə olunur. Hər iki tərəfə bildirilmişdir ki, satıcıya məxsus fərdi yaşayış evinin bir hissəsi alıcıya məxsus torpaq sahəsinin üzərinə düşür. - İddiaçı notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı Ağsu şəhəri ünvanında yerləşən 0,07 ha torpaq sahəsinin azalaraq 0.0517 ha qeydiyyata alınmasına etiraz etməmişdir. - xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən AH-İN ******* nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsini mübahisələndirməsinə dair bildiriş göndərilmişdir. - AH-İN ******* nömrəli, xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, İddiaçı Ağsu şəhərində yerləşən ümumi sahəsi 0.07 ha olan torpaq sahəsindən 0,04 ha torpaq sahəsini Cavabdeh satmışdır. Tərəflər satılan torpaq sahəsini 5.000 manat qiymətləndirmişlər. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışından görünür ki, ünvan 1 ünvanda yerləşən sahəsi 0.04 ha olan torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, o, İddiaçı ilə qonşu olmuşlar. İddiaçının əri xəstə olduğuna və özü işdən icazə ala bilmədiyinə görə ondan xahiş etmişdir ki, ona etibarnamə versin, o da onun adından torpağı satsın. İddiaçı ona məxsus torpaq sahəsinin 4 sotunu Cavabdeh satmışdır. Amma hansı hissədən satıldığının dəqiq yerini bilmir. Ona etibarnamə veriləndən sonra torpağı cavabdehə satmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı mülkiyyətinə Ağsu rayonu Aqrar İslahat Komissiyasının 2004-cü il 02 yanvar tarixli 01 nömrəli qərarı ilə 0,07 ha torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində sərəncam verməyi xx.xx.2022-ci il tarixli etibarnamə ilə Şahid etibar etmişdir. Mübahisəli torpaq sahəsi İddiaçı etibarnamə üzrə nümayəndəsi Şahid tərəfindən Cavabdeh satılmış, Cavabdeh ünvan 1 ünvanda yerləşən sahəsi 0.04 ha olan torpaq sahəsinə çıxarış əldə etmişdir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamışlar, Cavabdeh əmlakın dəyərini ödəməklə əmlakı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, AH-İN ******* nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından xəbəri olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı Ağsu şəhəri ərazisində yerləşən ona məxsus 0.07 ha torpaq sahəsinin üzərində sərəncam vermək üçün Şahid xx.xx.2022-ci il tarixli etibarnamə vermiş və Ağsu şəhəri ünvanında yerləşən 0,07 ha torpaq sahəsinin azalaraq 0.0517 ha qeydiyyata alınmasına da etiraz etməmişdir. İddiaçı məhkəmə iclasında ona məxsus fərdi yaşayış evinin bir hissəsinin mübahisəli torpaq sahəsinə düşdüyünü bildirmişdir. Bununla bağlı isə məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli aktan görünür ki, tərəflərə bildirilmişdir ki, satıcıya məxsus fərdi yaşayış evinin bir hissəsi alıcıya məxsus torpaq sahəsinin üzərinə düşür. Beləliklə, İddiaçı Cavabdeh qarşı qaldırdığı iddia tələbində daşınmaz əmlakın alqısatqısına dair müqavilənin ləğv edilməsinə dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “AH-İN ******* nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar