Məhkəmə qərarları › İş №2(017)-112/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-112/2025

21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-112/2025 21.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı üzr istənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ondan və birgə nikahdan anadan olmuş X3 və X1 üzr istəməsi və 30000 manat məbləğində mənəvi zərərin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı onun qardaşıdır. Cavabdehlə iddiaçı bir müddət rəsmi nikahda olmuşlar və cavabdehin xəyanətinə görə ayrılmışlar. Cavabdeh iddiaçının, iki nəfər uşaqlarının və ailə üzvlərinin barəsində şər, böhtan xarakterli ifadələr işlədərək iddiaçının şərəf və ləyaqəti ləkələmiş, işgüzar nüfuzuna xəlil gətirmiş və bunun nəticəsində iddiaçı və uşaqlar sarsıntı və həyəcan keçirmişlər. Cavabdeh məkrli əməlləri və normal ailə anlayışına uyğun gəlməyən münasibətləri ilə ailəni dağıtmış, uşaqların, iddiaçının və digər şəxslərin şəxsiyyətinə mənfi təsir göstərən, utanc hisləri yaradan hərəkətlər etməkdə də davam edir. İddiaçı ata kimi üzərinə düşən atalıq vəzifəsini yerinə yetirərək uşaqlarının qayğısına qalsa da, uşaqların təlim-tərbiyəsi ilə məşğul olsa da, cavabdeh ana kimi üzərinə düşən öhdəliklərdən yayınır. Cavabdehin psixoloji problemləri üzündən tez-tez iddiaçı ilə mübahisə etsələr də, iddiaçı mübahisələrdən yayınmağa çalışıb. Cavabdeh iddiaçının və uşaqlarının mənafeyini, şərəf-ləyaqətini alçaldan ifadələrlə onları təhqir etmiş, ailəsini nüfuzdan salmışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(017)-270/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 10 fevral 2009-cu il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 11 saylı nikah qeydi pozulmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah qeydi Ağcabədi Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(017)-270/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Bundan sonra, İddiaçı Cavabdeh qarşı cavabdehin ondan və birgə nikahdan anadan olmuş X3 və X1 üzr istəməsi və 30000 manat məbləğində mənəvi zərərin cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və öz iddia tələbini cavabdehin onun və iki nəfər uşaqlarının barəsində şər, böhtan xarakterli ifadələr işlədərək onun şərəf və ləyaqəti ləkələməsini, işgüzar nüfuzuna xəlil gətirməsini və bunun nəticəsində sarsıntı və həyəcan keçirmələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqinda» 14 may 1999-cu il tarixli qərarında tövsiyə etmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə hər bir şəxsin özünün həqiqi və ya ehtimal edilən hüquqlarının müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır, belə əməl qanunla qadağan edilməmişdir və hüquqazidd deyildir. Bundan başqa, mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni şərəf və ləyaqətinin alçaldılmasına dair cavabdeh tərəfindən söz və ifadələrin işlədilməsini, bu söz və ifadələrin yayılması üçün cavabdeh tərəfindən hərəkətlər edilməsini, eləcə də bunun nəticəsində ona maddi və mənəvi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» Avropa İnsan Hüquqları Məhkəməsi xx.xx.2007-ci tarixli Qərarında göstərmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin oxşar fakt ehtimallarından gələ bilər. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı üzr istənilməsi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddiası rədd edilməlidir. İşdə olan 16 oktyabr 2024-cü il tarixli və 18 oktyabr 2024-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 180 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 180 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı Cavabdeh İddiaçı və birgə nikahdan anadan olmuş X3 və X1 üzr istəməsi və 30000 (otuz min) manat məbləğində mənəvi zərərin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar