Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1191/2023 13.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, İddiaçı nümayəndəsi X2 və cavabdeh X1 iştirakları ilə İddiaçı cavabdeh X3 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək verdiyi izahatında göstərdi ki, İddiaçı cavabdeh X4 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların nikahından xx.xx.2018-ci il tarixdə X10 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında olan nikah Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaq anasının yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat aliment təyin edilmişdir. Hazırda tərəflər ayrı-ayrı ünvanlarda yaşayırlar. İddiaçının təyin edilmiş 170 manat məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur. Belə ki, iddiaçı heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Hazırda valideynlərinin maddi yardımı hesabına yaşayır. Valideynlərinin yardımı ilə uşağın saxlanması üçün 100 manat aliment ödəyə bilər. Ona görə də təyin edilmiş 170 manat aliment miqdarının azaldılaraq hər ay 100 manat miqdarda aliment təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, ailə qurarkən Əliyeva soyadını götürmüş, nikahları pozularkən öz soyadına Qəhrəmanova soyadına qayıtmışdır. İİddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların nikahından xx.xx.2018-ci il tarixdə X10 adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə aralarında olan nikah Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaq onun yanında saxlaılmış və hər ay uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 170 manat aliment təyin edilmişdir. Təyin olunmuş alimentlə uşağın gündəlik artan tələbatını güclə ödəyir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı 170 manat sabit pul məbləğində aliment alınaraq Qəhrəmanova (Əliyeva) Əfsanə Sübhan qızına verilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən və eləcə də Ağcabədi şəhər İHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı Əliyev X7 şəhəri H.Əliyev prospekti ev 387, mənzil 11-də qeydiyyatda olmaqla yaşayır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanmaları üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən alimentin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsindən isə görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olarsa, məhkəmə tərəfindən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, məhkəmə qətnaməsinə əsasən hər ay uşaqların saxlanması üçün təyin olunmuş 170 manat məbləğində aliment uşağın gündəlik ehtiyaclarını və artan tələbatını güclə ödəyir. Təyin olunmuş alimentin azaldılması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, iddia təmin edilməməlidir. Sadalanan qanunvericilik normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə sabit pul məbləğində təyin edilmiş aliment miqdarı dəyişdirilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikasının Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Nəzərə alınmalıdır ki, qanunvericilik insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun, ədalət bərpa edilsin. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələbinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Beləliklə, məhkəmə yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmədə sübut etmə yükünü daşıyan İddiaçı nümayəndəsi iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni alimentin miqdarının azaldılmasına əsas verən halların mövcud olmasını sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh X3 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1191/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1191/2023
13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver