Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1314/2024 06.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdehnna qarşı alimentin sabit pul məbləğində təyin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində təyin edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək izahatında göstərdi ki, Cavabdeh qarşı alimentin sabit pul məbləğində təyin edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Hazırda cavabdehin əmək haqqısından aliment ödənildiyi üçün iddia ərizəsini baxılmamış saxlanılaraq iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin əslini ona qaytarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin qaytarılması barədə məhkəməyə ərizə verdiyindən, cavabdeh isə mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263 və 264-cü maddələrini rəhbər turaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində təyin edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1314/2024
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1314/2024
06.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver