Məhkəmə qərarları › İş №2(017)-1355/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1355/2023

19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1355/2023 19.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Həmkəndlisi Cavabdeh ilə 16 sentyabr 2015-ci il tarixdə evlənib ailə quraraq nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 10 aprel 2016-cı il tarixdə X2 və 27 aprel 2020-ci il tarixdə X7 adlı iki uşaqları olmuşdur. Cavabdeh ilə xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən ayrılıb ayrı yaşayırlar. Uşaqları Sənubər və Ataş onun himayəsindədirlər. Cavabdehlə ayrı yaşadıqları müddət ərzində cavabdeh nə ona, nədə uşaqlarına heç bir maddi köməklik etməmişdir. Cavabdeh hərbiçidir və kifayət qədər əmək haqqı alır. Uşaqları saxlamaqda çətinlik çəkir. Odur ki, cavabdehlə birgə yaşadıqları dövrdə 10 aprel 2016-cı il tarixdə anadan olmuş X1 və 27 aprel 2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü qazancının Cavabdeh 1/3 hissəsinin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehdən dörd ay müddət olar ki, faktiki ayrılaraq atası evində yaşadığını, cavabdehin N saylı hərbi hissədə hərbiçi işlədiyini və kifayət qədər gəlirinin olduğunu bildirib, iki uşağın saxlanması üçün hər ay əmək haqqının 1/3 hissəsinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdi və ərizə təqdim edərək göstərdi ki, o, İddiaçı ilə 16 sentyabr 2015-ci il tarixdə rəsmi olaraq evlənib ailə qurmuşlar. Onların birgə nikahlarından 10 aprel 2016-cı il tarixdə X2 və 27 aprel 2020-ci il tarixdə X7 adlı iki uşaqları anadan olmuşdur. Hazırda onların xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən ayrılaraq ayrı yaşayırlar. O, Lənkəran rayonunda yerləşən N saylı hərbi hissədə müddətdən artıq xidmət edir və ayda 1360 manat əmək haqqı alır. Uşaqlarının saxlanması üçün əmək haqqının 1/3 hissəsinin tutulmasına razıdır. İş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya təşkilatı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 20 may 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X2 10 aprel 2016-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 27 aprel 2020-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ağcabədi rayon Poladlı kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 16 sentyabr 2015-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cı il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinin tələbinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulmalıdır. Həmin Məcəllənin 76.1.2-ci maddəsinin tələbinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, uşaqların saxlanması üçün alimentin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində də müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023cü ildə uşaqların yaşayış minimumu 220 manat məbləğdə müəyyən olunmuşdur. Məhkəmədə araşdırma zamanı müəyyən edildi ki, tərəflər rəsmi olaraq evlənib ailə qurmuşlar. Xasiyyətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılaraq ayrı yaşayırlar.Onların rəsmi nikahlarından iki uşaqları anadan olmuşdur. Uşaqlar iddiaçının yanında yaşayırlar. Bununla bağlı mübahisələri yoxdur. Cavabdeh N saylı hərbi hissədə müddətdən artıq xidmət edir. Məhkəmə hesab edir ki, Cavabdeh maddi və əmlak vəziyyəti, habelə uşağın yüksək mənafeyi nəzərə alınaraq iddia tələbi təmin edilərək cavabdehdən ərizənin verildiyi gündən, yəni 24 may 2023-cü il tarixdən başlayaraq hər ay əmək haqqısının 1/3 hissəsi tutularaq iddiaçının xeyrinə ödənilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən ödənilən illik alimentin məbləğinə görə 75 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM- nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflərin rəsmi nikahlarından 10 aprel 2016-cı il tarixdə doğulmuş X1 və xx.xx.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qaydada tutulması 24 may 2023-cü il tarixdən hesablansın. Cavabdeh illik alimentin məbləğinə görə 75 manat dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar