Məhkəmə qərarları › İş №2(017)-1390/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1390/2023

25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1390/2023 25.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı və Cavabdeh oğlunun nümayəndəsi anası X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh ilə el adəti üzrə evlənib ailə qurmuşlar. Onların birgə nikahlarından 30 sentyabr 2020-ci il tarixdə X4 adlı bir qız uşaqları anadan olmuşdur. Cavabdeh ilə xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar və hazırda da azyaşlı uşağı Suqra onun himayəsindədir. Cavabdeh fərdi əməklə məşğul olur və tez-tez qazanc məqsədilə Rusiya Fedarasiyasına gedib-gəlir. Cavabdeh nə ona, nə də ki, uşağa heç bir maddi köməklik etməmişdir. Cavabdeh daimi iş yeri yoxdur. O, uşağı saxlamaqda çətinlik çəkir. Odur ki, cavabdehlə faktiki nikahlarından 30 sentyabr 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh qazancından tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin hazırda qazanc məqsədi ilə Rusiya Fedarasiyasında yaşadığını, lakin uşağa heç bir maddi köməklik etmədiyini və özünün heç bir yerdə işləməməsini göstərib, uşağın saxlanması üçün hər ay 200 manat aliment təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi, anası X5 iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, Cavabdeh onun doğma oğludur. Oğlu Fikrət ilə İddiaçı el adəti üzrə evlənib ailə qurmuşlar. Onların faktiki nikahlarından bir qız uşaqları olmuşdur. Oğlu ilə Zeynəbin xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən faktiki olaraq ayrılmış və ayrı yaşayırlar. Oğlu Fikrət hazırda Rusiya Fedarasiyasındadır. Hər ay 200 manat aliment ödəmək imkanı yoxdur. Çünki oğlunun daimi iş yeri yoxdur. Oğlu Fikrətin maddi imkanı zəif olduğu üçün hər ay 100 manat aliment ödəyə bilər. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı faktiki nikahlarından 30 sentyabr 2020-ci il tarixdə X4 adlı bir qız uşaqları anadan olmuşdur. İş materiallarında olan 23 may 2023-cü il tarixli tibbi arayışdan görünür ki, X4 tibbi müayinədən keçmiş və sağlamdır. İş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya təşkilatı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 05 may 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cı il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinin tələbinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, uşaqların saxlanması üçün alimentin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində də müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023ci ildə uşaqların yaşayış minimumu 220 manat məbləğdə müəyyən olunmuşdur. Məhkəmədə araşdırma zamanı müəyyən edildi ki, tərəflər faktiki nikah qeyd etdirməklə evlənib ailə qurmuşlar. Xasiyyətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrı yaşayırlar. Onların birgə nikahlarından bir qız uşaqları anadan olmuşdur. Uşaq iddiaçının yanında yaşayır. Bununla bağlı mübahisələri yoxdur. Cavabdehin daimi iş yeri və sabit qazancı barədə rəsmi məlumat yoxdur. Məhkəmə hesab edir ki, Cavabdeh sabit gəliri olmadığı üçün qazancından (gəlirindən) müəyyən hissənin tutulması mümkün olmadığından cavabdehin maddi və əmlak vəziyyəti, habelə uşağın yüksək mənafeyi nəzərə alınaraq iddia tələbi qismən təmin edilərək cavabdehdən 31 may 2023-cü il tarixdən başlayaraq sabit pul məbləğində hər ay 160 manat aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qanunamüvafiqdir. Alimentin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən ödənilən illik alimentin məbləğinə görə 40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM- nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin faktiki nikahlarından 30 sentyabr 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh qazancından hər ay 160 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması 31 may 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icraya yönəldilsin. Cavabdeh illik alimentin məbləğinə görə 40 manat dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar