Məhkəmə qərarları › İş №2(017)-1616/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1616/2024

31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1616/2024 31.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Zeynallı (Şükürova) Röyalə Elburus qızına qarşə uşağın atanın himayəsinə verilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh Zeynallı (Şükürova) Röyalə Elburus qızına qarşə uşağın atanın himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası zamanı cavabdeh Zeynallı (Şükürova) Röyalə Elburus qızı “Elektron Məhkəmə” sistemi vasitəsilə, həmçinin poçt vasitəsilə ərizə göndərərək hər iki ərizəsində göstərmişdir ki, hazırda qeydiyyat ünvanı Samux rayonu, Nəbiağalı qəsəbəsi, Səməd Vurğun küçəsi, X2 şəhəri Səməd Vurğun küçəsi ev 18-dir. Ona görə də, göstərilənləri nəzərə alaraq mülki işi aiddiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı mülki işin aiddiyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Oxşar normalar həmçinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. Qeyd olunan beynəlxalq normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə görə rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən işin həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəməyə verməlidir. İş materiallarından göründüyü kimi cavabdeh Zeynallı (Şükürova) X1 rayonu, Nəbiağalı qəsəbəsi, Səməd Vurğun küçəsi, X2 şəhəri Səməd Vurğun küçəsi ev 18-də qeydiyyatdadır və belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Zeynallı (Şükürova) Röyalə Elburus qızına qarşə uşağın atanın himayəsinə verilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44, 45, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Zeynallı (Şükürova) Röyalə Elburus qızına qarşə uşağın atanın himayəsinə verilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun alındığı və ya təqdim olunduğu gündən 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar