Məhkəmə qərarları › İş №2(017)-1640/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1640/2024

08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1640/2024 08.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh ilə 08 avqust 2015-ci il tarixdə faktiki olaraq evlənib ailə qurmuş, nikahlarını isə 10 avqust 2015ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə yaşadıqları dövrdə 19 oktyabr 2016-cı il tarixdə X3 və 20 yanvar 2018-ci il tarixdə isə X4 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə əvvəllər mehriban yaşasalar da, sonradan xasiyyətləri tutmadığı üçün 2 ilə yaxın müddətdir ki, faktiki olaraq ayrılıb ayrı yaşayaırlar və uşaqları onun himayəsindədir. O, uşaqları körpə olduğu üçün heç bir yerdə işləmir və uşaqları saxlamaqda maddi çətinlik çəkir. Ayrıldıqları vaxtdan hazırki vaxtadək cavabdeh uşaqla maraqlanmayıb və heç bir maddi köməklik etməyibdir. Cavabdeh Rusiya Fedarasiyasında yaşayır və orda işləyir kifayət qədər qazancı var. Odur ki, 19 oktyabr 2016-cı il təvəllüdlü X3 və 20 yanvar 2018-ci il təvəllüdlü X5 adlı uşqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 300 manat olmaqla cəmi 600 manat məbləğində alimentin Cavabdeh qazancından tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Cavabdeh ilə 08 avqust 2015-ci il tarixdə faktiki olaraq evlənib ailə qurmuş, nikahlarını isə 10 avqust 2015-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə yaşadıqları dövrdə 19 oktyabr 2016-cı il tarixdə X3 və 20 yanvar 2018-ci il tarixdə isə X4 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə əvvəllər mehriban yaşasalar da, sonradan xasiyyətləri tutmadığı üçün 2 ilə yaxın müddətdir ki, faktiki olaraq ayrılıb ayrı yaşayaırlar və uşaqları onun himayəsindədir. O, uşaqları körpə olduğu üçün heç bir yerdə işləmir və uşaqları saxlamaqda maddi çətinlik çəkir. Ayrıldıqları vaxtdan hazırki vaxtadək cavabdeh uşaqla maraqlanmayıb və heç bir maddi köməklik etməyibdir. Cavabdeh Rusiya Fedarasiyasında yaşayır və orda işləyir kifayət qədər qazancı var. Odur ki, 19 oktyabr 2016-cı il təvəllüdlü X3 və 20 yanvar 2018-ci il təvəllüdlü X5 adlı uşqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 300 manat olmaqla cəmi 600 manat məbləğində alimentin Cavabdeh qazancından tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 avqust 2015-ci il tarixli, nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 10 avqust 2015-ci il tarixdə rəsmi nikaha girmişlər. İş materiallarında olan Moskva VVAQ orqanı Biryuleva Vostoçnoye rayonu tərəfindən verilmiş 19 oktyabr 2016-cı il tarixli və Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən 13 fevral 2018-ci il tarixli doğum haqqında şəhadətnamlərin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, 19 oktyabr 2016-cı il tarixdə X3 və 20 yanvar 2018-ci il tarixdə isə X4 adlı iki uşaqları anadan olmuşlar. İş materiallarında olan Tibbi Arayışdan görünür ki, X3 və X1. İş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, arayışdan görünür ki, İddiaçı aliment tələbi ilə bağlı Mediasiya şurasına müraciət etmişdir. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cı il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinin tələbinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, uşaqların saxlanması üçün alimentin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində də müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-ci ildə uşaqların yaşayış minimumu 235 manat məbləğdə müəyyən olunmuşdur. Məhkəmədə araşdırma zamanı müəyyən edildi ki, tərəflər evlənib ailə qurmuş, xasiyyətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılıb ayrı yaşayırlar. Onların birgə yaşadıqları dövrdə iki uşaqları anadan olmuşdur. Uşaqlar iddiaçının yanında yaşayırlar. Bununla bağlı tərəflər arasında mübahisə yoxdur. Məhkəmə hesab edir ki, Cavabdeh maddi və əmlak vəziyyəti, habelə uşağın yüksək mənafeyi nəzərə alınaraq iddia tələbi qismən təmin edilməli, cavabdehdən 09 avqust 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa 180 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qanunamüvafiqdir. Alimentin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən ödənilən illik alimentin məbləğinə görə 64 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM- nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə yaşadıqları dövrdə doğulmuş 19 oktyabr 2016-cı il təvəllüdlü X3 və 20 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü Cavabdeh qazancından hər ay hər uşağa 180 manat olmaqla cəmi 360 manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması 09 avqust 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icraya yönəldilsin. Cavabdeh 64 manat dövlət rüsumu tutularaq Hökümət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar