Məhkəmə qərarları › İş №2(017)-181/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-181/2024

19.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-181/2024 19.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh X7 ilə faktiki olaraq evlənib ailə qurmuş, nikahlarını isə 02 mart 2009-cu il tarixdə rəsmiləşdirməmişlər. Onların birgə yaşadıqları dövrdə 25 may 2009-cu il tarixdə X4, 31 dekabr 2011-ci il tarixdə X8 və 04 iyul 2018-ci il tarixdə X9 adlı üç uşaqları olmuşdur. Cavabdehlə Əvvəllər Mehriban yaşasalar da, sonradan xasiyyətləri tutmadığı üçün Ağcabədi rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və uşaqların saxlanması üçün hər ay hər uşağa 70 manat aliment təyin olunmuşdur. Bir müddət sonra yəni 22 dekabr 2020-ci il tarixdə cavadehdən aliment tələb etmədiyi üçün onun xahişinə əsasən icra vərəqi Ağcabədi rayon Məhkəməsinə geri qaytarılmışdır. Lakin hazırda uşaqların təlabatı artdığı üçün onları saxlamaqda maddi çətinlik çəkir. Odur ki, 25 may 2009-cu il təvəllüdlü X4, 31 dekabr 2011-ci il təvəllüdlü X8 və 04 iyul 2018-ci il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 660 manat məbləğində alimentin Cavabdeh qazancından tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, iddia tələbini müdafiə etdiyini üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini və işə onun iştrakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, o, İddiaçı ilə faktiki olaraq evlənib ailə qurmuş, nikahlarını isə 02 mart 2009-cu il tarixdə rəsmiləşdirməmişlər. Onların birgə yaşadıqları dövrdə 25 may 2009-cu il tarixdə X4, 31 dekabr 2011-ci il tarixdə X8 və 04 iyul 2018-ci il tarixdə isə X9 adlı üç uşaqları anadan olmuşdur. Cavabdehlə əvvəllər Mehriban yaşasalar da, sonradan xasiyyətləri tutmadığı üçün Ağcabədi rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və uşaqların saxlanması üçün hər ay hər uşağa 70 manat olmaqla 210 manat alimentin onun qazancından tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bir müddət sonra yəni 22 dekabr 2020-ci il tarixdə iddiaçı aliment tələb etmədiyi üçün icra vərəqi Ağcabədi rayon Məhkəməsinə geri qaytarılsa da hazırkı vaxtadək hər ay uşaqlara 210 manat aliment ödəyir. O, xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də Sumqayıt şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır, şəhidlər bulağında təmizlik işləri aparır və 345 manat əməkhaqqı alır. Əməkhaqqısından hər ay 100 manat obyektdə qaldığı bir otaqa görə kirayə pulu verir. İddiaçı hər ay 498 manat sosial müavinat alır. Onun 345 manat əməkhaqqıdan başqa gəliri olmadığı üçün hazırkı vaxtdadək ödədiyi 210 manatdan artıq aliment ödəməyə maddi gücü çatmır. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 23 may 2009-cu il tarixdə, 31 dekabr 2011-ci il tarixdə X8 və 04 iyul 2018-ci il tarixdə X9 anadan olmuşdur. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş və hər ay hər uşağa 70 manat olmaqla 210 manat aliment təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, iddiaçı İddiaçı xahişinə əsasən icra vərəqəsi Ağcabədi rayon Məhkəməsinə geri qaytarılmışdır. İş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, arayışdan görünür ki, İddiaçı aliment tələbi ilə bağlı Mediasiya şurasına müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İŞ Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, arayışdan görünür ki, Cavabdeh 345 manat əməkhaqqı alır. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cı il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinin tələbinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, uşaqların saxlanması üçün alimentin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində də müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-ci ildə uşaqların yaşayış minimumu 235 manat məbləğdə müəyyən olunmuşdur. Məhkəmədə araşdırma zamanı müəyyən edildi ki, tərəflər evlənib ailə qurmuş, xasiyyətləri uyğun gəlmədiyindən rəsmi olaraq ayrılıb ayrı yaşayırlar. Onların birgə yaşadıqları dövrdə üç uşaqları anadan olmuşdur. Uşaqlar iddiaçının yanında yaşayır. Bununla bağlı mübahisələri yoxdur. Cavabdeh xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də Sumqayıt şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır, şəhidlər bulağında təmizlik işləri aparır və 345 manat əməkhaqqı alır. Məhkəmə hesab edir ki, Cavabdeh 345 manat əməkhaqqısından başqa gəliri olmadığı, maddi və əmlak vəziyyəti, habelə uşağın yüksək mənafeyi nəzərə alınaraq iddia tələbi qismən təmin edilərək cavabdehdən 22 noyabr 2023-cü il tarixdən başlayaraq sabit pul məbləğində, hər ay hər uşağa 100 manat olmaqla 300 manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qanunamüvafiqdir. Alimentin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən ödənilən illik alimentin məbləğinə görə 36 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM- nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə yaşadıqları dövrdə doğulmuş 25 may 2009-cu il təvəllüdlü X1, 31 dekabr 2011-ci il təvəllüdlü X2 və 04 iyul 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü cavabdeh X3 qazancından hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması 22 noyabr 2023-cü il tarixdən hesabansın. Qətnamə dərhal icraya yönəldilsin. Cavabdeh 56 manat dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən :Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar