Məhkəmə qərarları › İş №2(017)-182/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-182/2024

17.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-182/2024 17.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 16 noyabr 2014-cü ildə anadan olmuş X3 və 01 fevral 2023-cü il tarixdə anadan olmuş X4 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment və 01 fevral 2023-cü il tarixdə anadan olmuş X2 3 yaşına çatana kimi saxlanılması üçün əlavə olaraq 100 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 02 mart 2011-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından 16 noyabr 2014-cü il tarixdə X3 və 01 fevral 2023-cü il tarixdə X4 adlı iki nəfər uşaqları anadan olmuşdur. Aralarında yaranmış narazılıqlara görə uzun müddətdir ayrı yaşayırlar. Cavabdeh uşaqları ilə maraqlanmamış, uşaqların saxlanması üçün ona heç bir yardım göstərməmiş və hazırda da uşaqlarının saxlanmasında çətinlik çəkir. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 16 noyabr 2014-cü il tarixdə anadan olmuş X3 və 01 fevral 2023-cü il tarixdə anadan olmuş X4 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment və 01 fevral 2023-cü il tarixdə anadan olmuş X2 3 yaşına çatana kimi saxlanılması üçün əlavə olaraq 100 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 02 mart 2011-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından 16 noyabr 2014-cü il tarixdə X3 və 01 fevral 2023-cü il tarixdə X4 adlı iki nəfər uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında yaranmış narazılıqlara görə ayrılmışlar və 16 noyabr 2014-cü ildə anadan olmuş X3 və 01 fevral 2023-cü il tarixdə anadan olmuş X4 adlı iki nəfər uşaqlar anası-İddiaçı yanında yaşadığından iddiaçı ona qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Lakin, hazırda heç bir yerdə işləmir və maddi imkanı zəifdir. Yalnız hər ay 30-50 manat məbləğində aliment ödəmək imkanı vardır. Odur ki, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Qeydiyyat Şöbəsinin 18 iyul 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə İddiaçı arasında 02 mart 2011-ci il tarixdə bağlanmış 03 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Qeydiyyat Şöbəsinin 18 iyul 2023-cü il tarixli arayışlardan görünür ki, X3 16 noyabr 2014-cü il tarixdə və X4 01 fevral 2023-cü il tarixdə anadan olmuşlar və onların atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. İş materiallarından göründüyü kimi Cavabdeh ilə İddiaçı arasında uşaqların saxlanmaları üçün aliment ödənilməsi barədə heç bir saziş yoxdur və 16 noyabr 2014-cü il tarixdə anadan olmuş X3 və 01 fevral 2023-cü il tarixdə anadan olmuş X4 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Bundan başqa, iddiaçı tərəfin 01 fevral 2023-cü il tarixdə anadan olmuş X4 adlı uşağın 3 yaşına çatana kimi saxlanılması üçün əlavə olaraq aliment ödəməyi tələb etmək hüququ Azərbaycan Respublikası Ailə Məcəlləsinin göstərişinə uyğundur və həmin uşağın 3 yaşına çatana kimi saxlanılması üçün əlavə olaraq hər ay tutulmalı olan sabit pul məbləğində aliment təyin edilərkən də məhkəmə həmin məbləği tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək 16 noyabr 2014-cü il tarixdə anadan olmuş X3 və 01 fevral 2023-cü il tarixdə anadan olmuş X4 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment və 01 fevral 2023-cü il tarixdə anadan olmuş X4 adlı bir nəfər uşağın üç yaşına çatana kimi, yəni 01 fevral 2026-cı il tarixə kimi hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 23 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 57,20 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. 16 noyabr 2014-cü il tarixdə anadan olmuş X3 və 01 fevral 2023-cü il tarixdə anadan olmuş X4 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altımış) manat sabit pul məbləğində aliment və 01 fevral 2023-cü il tarixdə anadan olmuş X4 adlı bir nəfər uşağın üç yaşına çatana kimi, yəni 01 fevral 2026-cı il tarixə kimi hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment 23 noyabr 2023-cü il tarixdən başlanaraq tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Əlavə olaraq Cavabdeh 57 (əlli yeddi) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət nəfinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar