Məhkəmə qərarları › İş №2(017)-1894/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1894/2023

17.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1894/2023 17.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 09 avqust 2010-cu ildə anadan olmuş X4, 05 aprel 2012-ci ildə anadan olmuş X7, 15 mart 2014-cü ildə anadan olmuş X5 və 07 dekabr 2016-cı ildə anadan olmuş X6 adlı dörd nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 200 manat, cəmi 800 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2008-ci ildə el adəti ilə ailə quraraq 11 may 2012-ci ildə rəsmi nikaha girmişlər. Birgə nikahlarından 09 avqust 2010-cu ildə X4, 05 aprel 2012-ci ildə X7, 15 mart 2014-cü ildə X5 və 07 dekabr 2016-cı ildə X6 adlı dörd nəfər uşaqları anadan olmuşdur. Aralarında yaranmış narazılıqlara görə 2022-ci ilin mart ayından ayrı yaşayırlar. Cavabdeh uşaqları ilə maraqlanmamış, uşaqların saxlanması üçün ona heç bir yardım göstərməmişdir və hazırda da uşağının saxlanmasında çətinlik çəkir. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 09 avqust 2010-cu ildə anadan olmuş X4, 05 aprel 2012-ci ildə anadan olmuş X7, 15 mart 2014-cü ildə anadan olmuş X5 və 07 dekabr 2016cı ildə anadan olmuş X6 adlı dörd nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 200 manat, cəmi 800 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehn nümayəndəsi X3 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh ilə 2008-ci ildə el adəti ilə ailə quraraq 11 may 2012-ci ildə rəsmi nikaha girmişlər. İddiaçı ilə cavabdehin birgə nikahlarından 09 avqust 2010-cu ildə X4, 05 aprel 2012-ci ildə X7, 15 mart 2014-cü ildə X5 və 07 dekabr 2016-cı ildə X6 adlı dörd nəfər uşaqları anadan olmuşdur. İddiaçı ilə cavabdehin aralarında yaranmış narazılıqlara görə onlar ayrı yaşayırlar. Cavabdehin uşaqların saxlanması üçün hər ay hər bir uşağa 100 manat aliment ödəmək imkanı vardır və bu halı nəzərə alaraq iddianın qismən təmin edilməsinə etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 09 avqust 2010-cu ildə, X7 05 aprel 2012-ci ildə, X5 15 mart 2014-cü ildə və X6 07 dekabr 2016-cı ildə anadan olmuşlar və onların atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. İş materiallarından göründüyü kimi Cavabdeh ilə İddiaçı arasında uşaqların saxlanmaları üçün aliment ödənilməsi barədə heç bir saziş yoxdur. 09 avqust 2010-cu ildə anadan olmuş X4, 05 aprel 2012-ci ildə anadan olmuş X7, 15 mart 2014-cü ildə anadan olmuş X5 və 07 dekabr 2016-cı ildə anadan olmuş X6 adlı dörd nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək 09 avqust 2010-cu ildə anadan olmuş X4, 05 aprel 2012-ci ildə anadan olmuş X7, 15 mart 2014-cü ildə anadan olmuş X5 və 07 dekabr 2016-cı ildə anadan olmuş X6 adlı dörd nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa 120 manat, cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 23 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 77,60 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. 09 avqust 2010-cu ildə anadan olmuş X4, 05 aprel 2012-ci ildə anadan olmuş X7, 15 mart 2014-cü ildə anadan olmuş X5 və 07 dekabr 2016-cı ildə anadan olmuş X6 adlı dörd nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa 120 (bir yüz iyirmi) manat, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment 23 avqust 2023-cü il tarixdən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Əlavə olaraq Cavabdeh 77 (yetmiş yeddi) manat 60 (altımış) qəpik dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət nəfinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar