Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2090/2023 30.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağcabədi rayonunun Rəncbərlər kənd sakini Cavabdeh ilə 2019-cu ildə faktiki olaraq evlənib ailə qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə yaşadıqları dövrdə 24 sentyabr 2019-cu il tarixdə Adəm, 01 aprel 2021-ci il tarixdə Rüstəm və 04 mart 2023-cü il tarixdə isə Azər adlı üç uşaqları olmuşdur. Hazırda uşaqların üçüdə onun himayəsində yaşayırlar. Cavabdeh hər üç uşağa atalıq vermiş və atalığın müəyyən olunması barədə Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən şəhadətnamə verilmişdir. Cavabdeh ilə xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən ayrılıb ayrı yaşayırlar. Cavabdehlə ayrı yaşadıqları müddət ərzində cavabdeh nə ona, nədə uşaqlarına heç bir maddi köməklik etməmişdir. Cavabdeh fərdi qaydada günəmuzd işlərdə işləyir, gündəlik gəliri var. O, heç bir yerdə işləmir, uşaqları saxlamaqda çətinlik çəkir. Odur ki, cavabdehlə birgə yaşadıqları dövrdə 24 sentyabr 2019-cu il tarixdə doğulmuş X4, 01 aprel 2021-ci il tarixdə doğulmuş X1 və 04 mart 2023-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh qazancından tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehdən bir ilə yaxın müddət olar ki, faktiki ayrılaraq atası evində yaşadığını, cavabdehin fərdi qaydada günəmuzd işlərdə işləməsini bildirib, məhkəmədən üç uşağın saxlanmaları üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat aliment təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, o, Ofeliya ilə 2019-cu ildə faktiki olaraq evlənib ailə qurmşlar. Lakin nikahlarını isə rəsmilşdirməmişlər. Onların birgə yaşadıqları müddətdə üç uşaqları olmuşdur. Hazırda onların xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən ayrılaraq ayrı yaşayırlar. Onun hər ay hər uşağa 100 manat aliment ödəmək imkanı yoxdur. Çünki heç bir yerdə rəsmi işləmir, günəmuzd fəhlə işləyir. Maddi imkanı zəif olduğu üçün hər uşağa 50 manat olmaqla, cəmi 150 manat aliment ödəyə bilər. İş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya təşkilatı ilkin mediasiya sesiyasında (İMS) iştirak edilməməsi barədə 15 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 24 sentyabr 2019-cu il tarixdə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 01 aprel 2021-ci il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 04 mart 2023-cü il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X7 24 sentyabr 2019-cu il tarixdə, X6 01 aprel 2021-ci il tarixdə və X8 04 mart 2023-cü il tarixdə anadan olmuşlar. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cı il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinin tələbinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, uşaqların saxlanması üçün alimentin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində də müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023cü ildə uşaqların yaşayış minimumu 220 manat məbləğdə müəyyən olunmuşdur. Məhkəmədə araşdırma zamanı müəyyən edildi ki, tərəflər faktiki olaraq evlənib ailə qurmuş, nikahlarını isə rəsmiləşdirməmişlər. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılaraq ayrı yaşayırlar. Onların birgə yaşadıqları dövrdə üç oğlan uşaqları anadan olmuşdur. Uşaqlar iddiaçının yanında yaşayırlar. Bununla bağlı mübahisələri yoxdur. Cavabdehin daimi iş yeri və sabit qazancı barədə rəsmi məlumat yoxdur. Məhkəmə hesab edir ki, Cavabdeh sabit gəliri olmadığı üçün qazancından (gəlirindən) müəyyən hissənin tutulması mümkün olmadığından cavabdehin maddi və əmlak vəziyyəti, habelə uşağın yüksək mənafeyi nəzərə alınaraq iddia tələbi qismən təmin edilərək cavabdehdən ərizə verildiyi gündən, yəni 26 sentyabr 2023-cü il tarixdən başlayaraq sabit pul məbləğində hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən ödənilən illik alimentin məbləğinə görə 56 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM- nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflərin birgə yaşadıqları dövrdə 24 sentyabr 2019-cu il tarixdə doğulmuş X4, 01 aprel 2021-ci il tarixdə doğulmuş X1 və 04 mart 2023-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü Cavabdeh qazancından hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qaydada tutulması ərizənin verildiyi tarixdən, yəni 26 sentyabr 2023cü il tarixdən hesablansın. Cavabdeh illik alimentin məbləğinə görə 56 manat dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-2090/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2090/2023
30.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver