Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-3092/2025 24.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlakın evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlakın evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, oğlu X2 2017-ci ildə hazırkı iş üzrə Cavabdeh ilə ailə həyatı qurmuş, nikahları xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. Bununla əlaqədar olaraq cavabdeh cehiz əşyalarını Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən və ona məxsus olan evə gətirmiş, həmin cehiz əşyaları evin yaşayış otağına yerləşdirilmişdir. Bir müddət keçdikdən sonra oğlu ilə Cavabdeh arasında münasibətlər pozulmuş və sonuncu cehiz əşyalarının ona məxsus evdə qoyaraq atası evinə getmişdir. Ailənin bərpası üçün çalışmış, lakin barışıq əldə olunmamışdır. Onların nikahları xx.xx.2025-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Hazırda cavabdehin gətirdiyi cehiz və ona məxsus geyim əşyaları – böyük şifoner, servant, termo 2 ədəd, çarpayı, tumba 2 ədəd, stend, divan, jurnal masası, masa, oturacaq 6 ədəd, saat, balaca çəkəcəkli şkaf, soyuducu Artel firması, paltaryuyan maşın Arçelik, paltar səbəti, piltəli qaz-klass, tozsoran LG, televizor LG, televizor pultu, soba-Leydi, ağzı bağlı sandıq, balaca xalça, kapron gül, pərdə 4 ədəd, divanüstü yastıq 11 ədəd, masaüstü süfrə 1 cüt, döşək, yorğan, yastıq 2 ədəd, naçnik 2 ədəd, meyvə qabı 6 ədəd, sarı rəngli meyvə qabı 2 ədəd, qəndqabı 4 ədəd, qrafinka dəsti 2 ədəd, güldan, şirəçəkən maşın, ətçəkən maşın, çömçə, kəfkir, qayçı, dərin yemək boşqabı 3 ədəd, üz boşqab 7 ədəd, böyük üz boşqab 6 ədəd; Sevantda olanlar: çaynik, çay servisi (stəkan-nəlbəki hərəsi 12 ədəd), duzqabı 2 ədəd, servis kasası 12 ədəd, servis çaynik, şəkər qabı, bulud boşqabı 4 ədəd, qazan, böyük servis kasası, nar-şərab qabı 2 ədəd, salat boşqabı 12 ədəd, dolma boşqabı 12 ədəd, souz boşqabı 12 ədəd, aç boşqabı 12 ədəd, qrafinka, bakal 6 ədəd, sok bakalı 18 ədəd, stəkan 6 ədəd, nəlbəki 6 ədəd, duzqabı 2 ədəd, salfetka qabı, qazan, çaynik, şəkərqabı, servis qaşığı, kofe üçün -stəkan 6 ədəd, nəlbəki 6 ədəd, böyük kasa, dovğa kasası 6 ədəd, qaşıq 6 ədəd, şoraba qabı 6 ədəd, dolma boşqabı 6 ədəd, souz boqabı 6 ədəd, aş boşqabı 6 ədəd, nar-şərab qabı 2 ədəd, bulud boşqab 2 ədəd; Böyük şfanerdə olanlar: tefal dəsti (6 qazan, 1 aşsüzən) şəkərbura hazırlayan 2 ədəd, kapron qutu, podnos 3 ədəd, meyvə qabı, konfet qabı 2 ədəd, kaldon, lüstr pultu 2 ədəd, sap dəsti, paltar şpilkası 38 ədəd, diş çöpü 3 qutu, əl-üz dəsmalı 2 ədəd, mətbəx dəsmalı 12 ədəd, toy ayaqqabısı, yastıq üzü, pastel 2 ədəd, əl və can dəsmalı 11 ədəd, çay stəkanı 12 ədəd, nəlbəki 6 ədəd, salfet qabı 2 ədəd, külqabı, bakal 6 ədəd, rumka 6 ədəd, duzqabı dəsti, hamam dəsti, pakraval dəsti, polsilən, çəngəlbıçaq dəsti, ətir 4 ədəd, kiçik salat boşqabı 12 ədəd, böyük salat boşqabı 12 ədəd, dolma boşqabı böyük 12 ədəd, kasa 12 ədəd, bulud boşqab 6 ədəd, aş boşqab 17 ədəd, əl sumkası, don 2 ədəd, palto, əyin paltarları 26 ədəd, çəkmə uzunboğaz, ayaqqabı 5 cüt, ev şəpiti, biskivit qabı, mikser Vitek, tefal qazan dərin, bıçaq dəsti, çuqun çaynik, tefal qazan dəsti 5 ədəd, çörək qazanı, yemək qazanı, balaca qapron qab 6 ədəd, aşsüzən, çuqun vedrə, balaca yağ balonu, ləyən 2 ədəd, çuqun ləyən 2 ədəd, şiş 6 ədəd, dördayaq, oxlov, ağzı bağlı qutu, tefal samovar Evrolux, sintetik yorğan, kuklalar 4 ədəd, lampa, güldan, əl güzgüsü, stend suvenirləri 11 ədəd, mətbəx taxtası 2 ədəd, lüstr 2 ədəd, ütü, ütü stolu, kosmetika qutusu 3 ədəd, təkərli əl çamadanı, ətir naboru, kofta, əldə işlədilən çexol 2 ədəd, tefal, çaynik 2 ədəd, çay quruşkası 6 ədəd, boşqab dərin 3 ədəd, boşqab üz 3 ədəd, su quruşkası 2 ədəd, bıçaq, podnos, çuqun su qabı, zibil qabı, balaca çörək qabı, çaynikaltı, 2 ədəd divanüstü ədyal ona məxsus Ağcabədi rayonunun Qaravəlli kəndində olan evdədir. Cehiz əşyalarının yerləşdiyi ev ona məxsus olmasına baxmayaraq mülkiyyətindən öz istədiyi kimi istifadə edə bilmir. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh cehiz əşyalarını evdən çıxarmaqdan imtina etmişdir. Qeyd olunan əşyaların evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan qətnamənin surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 05 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, həmçinin, X1 birgə nikah dövründə evin tikilməsinə çəkilmiş 39417 manat məbləğində xərcin ½ hissəsi, yəni 19708 manat məbləğində pul alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddia ərizəsində Cavabdeh məxsus qeyd olunan əmlakların İddiaçı məxsus Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evində olması, həmin əşyaların iddiaçının iradəsinə zidd olaraq həmin evdə saxlanılması, eyni zamanda cavabdehin özünə məxsus həmin əmlakların iddiaçıya məxsus evdə saxlanması üçün hər hansı hüquqi əsasın olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda göstərilən qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus böyük şifoner, servant, termo 2 ədəd, çarpayı, tumba 2 ədəd, stend, divan, jurnal masası, masa, oturacaq 6 ədəd, saat, balaca çəkəcəkli şkaf, soyuducu Artel firması, paltaryuyan maşın Arçelik, paltar səbəti, piltəli qaz-klass, tozsoran LG, televizor LG, televizor pultu, soba-Leydi, ağzı bağlı sandıq, balaca xalça, kapron gül, pərdə 4 ədəd, divanüstü yastıq 11 ədəd, masaüstü süfrə 1 cüt, döşək, yorğan, yastıq 2 ədəd, naçnik 2 ədəd, meyvə qabı 6 ədəd, sarı rəngli meyvə qabı 2 ədəd, qəndqabı 4 ədəd, qrafinka dəsti 2 ədəd, güldan, şirəçəkən maşın, ətçəkən maşın, çömçə, kəfkir, qayçı, dərin yemək boşqabı 3 ədəd, üz boşqab 7 ədəd, böyük üz boşqab 6 ədəd; Sevantda olanlar: çaynik, çay servisi (stəkannəlbəki hərəsi 12 ədəd), duzqabı 2 ədəd, servis kasası 12 ədəd, servis çaynik, şəkər qabı, bulud boşqabı 4 ədəd, qazan, böyük servis kasası, nar-şərab qabı 2 ədəd, salat boşqabı 12 ədəd, dolma boşqabı 12 ədəd, souz boşqabı 12 ədəd, aç boşqabı 12 ədəd, qrafinka, bakal 6 ədəd, sok bakalı 18 ədəd, stəkan 6 ədəd, nəlbəki 6 ədəd, duzqabı 2 ədəd, salfetka qabı, qazan, çaynik, şəkərqabı, servis qaşığı, kofe üçün -stəkan 6 ədəd, nəlbəki 6 ədəd, böyük kasa, dovğa kasası 6 ədəd, qaşıq 6 ədəd, şoraba qabı 6 ədəd, dolma boşqabı 6 ədəd, souz boqabı 6 ədəd, aş boşqabı 6 ədəd, nar-şərab qabı 2 ədəd, bulud boşqab 2 ədəd; Böyük şfanerdə olanlar: tefal dəsti (6 qazan, 1 aşsüzən) şəkərbura hazırlayan 2 ədəd, kapron qutu, podnos 3 ədəd, meyvə qabı, konfet qabı 2 ədəd, kaldon, lüstr pultu 2 ədəd, sap dəsti, paltar şpilkası 38 ədəd, diş çöpü 3 qutu, əl-üz dəsmalı 2 ədəd, mətbəx dəsmalı 12 ədəd, toy ayaqqabısı, yastıq üzü, pastel 2 ədəd, əl və can dəsmalı 11 ədəd, çay stəkanı 12 ədəd, nəlbəki 6 ədəd, salfet qabı 2 ədəd, külqabı, bakal 6 ədəd, rumka 6 ədəd, duzqabı dəsti, hamam dəsti, pakraval dəsti, polsilən, çəngəl-bıçaq dəsti, ətir 4 ədəd, kiçik salat boşqabı 12 ədəd, böyük salat boşqabı 12 ədəd, dolma boşqabı böyük 12 ədəd, kasa 12 ədəd, bulud boşqab 6 ədəd, aş boşqab 17 ədəd, əl sumkası, don 2 ədəd, palto, əyin paltarları 26 ədəd, çəkmə uzunboğaz, ayaqqabı 5 cüt, ev şəpiti, biskivit qabı, mikser Vitek, tefal qazan dərin, bıçaq dəsti, çuqun çaynik, tefal qazan dəsti 5 ədəd, çörək qazanı, yemək qazanı, balaca qapron qab 6 ədəd, aşsüzən, çuqun vedrə, balaca yağ balonu, ləyən 2 ədəd, çuqun ləyən 2 ədəd, şiş 6 ədəd, dördayaq, oxlov, ağzı bağlı qutu, tefal samovar Evrolux, sintetik yorğan, kuklalar 4 ədəd, lampa, güldan, əl güzgüsü, stend suvenirləri 11 ədəd, mətbəx taxtası 2 ədəd, lüstr 2 ədəd, ütü, ütü stolu, kosmetika qutusu 3 ədəd, təkərli əl çamadanı, ətir naboru, kofta, əldə işlədilən çexol 2 ədəd, tefal, çaynik 2 ədəd, çay quruşkası 6 ədəd, boşqab dərin 3 ədəd, boşqab üz 3 ədəd, su quruşkası 2 ədəd, bıçaq, podnos, çuqun su qabı, zibil qabı, balaca çörək qabı, çaynikaltı, 2 ədəd divanüstü ədyaldan ibarət cehiz və geyim əşyaları İddiaçı məxsus Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Həmçinin, dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pulun əvəzi Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh məxsus böyük şifoner, servant, termo 2 ədəd, çarpayı, tumba 2 ədəd, stend, divan, jurnal masası, masa, oturacaq 6 ədəd, saat, balaca çəkəcəkli şkaf, soyuducu Artel firması, paltaryuyan maşın Arçelik, paltar səbəti, piltəli qaz-klass, tozsoran LG, televizor LG, televizor pultu, soba-Leydi, ağzı bağlı sandıq, balaca xalça, kapron gül, pərdə 4 ədəd, divanüstü yastıq 11 ədəd, masaüstü süfrə 1 cüt, döşək, yorğan, yastıq 2 ədəd, naçnik 2 ədəd, meyvə qabı 6 ədəd, sarı rəngli meyvə qabı 2 ədəd, qəndqabı 4 ədəd, qrafinka dəsti 2 ədəd, güldan, şirəçəkən maşın, ətçəkən maşın, çömçə, kəfkir, qayçı, dərin yemək boşqabı 3 ədəd, üz boşqab 7 ədəd, böyük üz boşqab 6 ədəd; Servantda olanlar: çaynik, çay servisi (stəkan-nəlbəki hərəsi 12 ədəd), duzqabı 2 ədəd, servis kasası 12 ədəd, servis çaynik, şəkər qabı, bulud boşqabı 4 ədəd, qazan, böyük servis kasası, nar-şərab qabı 2 ədəd, salat boşqabı 12 ədəd, dolma boşqabı 12 ədəd, souz boşqabı 12 ədəd, aç boşqabı 12 ədəd, qrafinka, bakal 6 ədəd, sok bakalı 18 ədəd, stəkan 6 ədəd, nəlbəki 6 ədəd, duzqabı 2 ədəd, salfetka qabı, qazan, çaynik, şəkərqabı, servis qaşığı, kofe üçün -stəkan 6 ədəd, nəlbəki 6 ədəd, böyük kasa, dovğa kasası 6 ədəd, qaşıq 6 ədəd, şoraba qabı 6 ədəd, dolma boşqabı 6 ədəd, souz boqabı 6 ədəd, aş boşqabı 6 ədəd, nar-şərab qabı 2 ədəd, bulud boşqab 2 ədəd; Böyük şfanerdə olanlar: tefal dəsti (6 qazan, 1 aşsüzən) şəkərbura hazırlayan 2 ədəd, kapron qutu, podnos 3 ədəd, meyvə qabı, konfet qabı 2 ədəd, kaldon, lüstr pultu 2 ədəd, sap dəsti, paltar şpilkası 38 ədəd, diş çöpü 3 qutu, əl-üz dəsmalı 2 ədəd, mətbəx dəsmalı 12 ədəd, toy ayaqqabısı, yastıq üzü, pastel 2 ədəd, əl və can dəsmalı 11 ədəd, çay stəkanı 12 ədəd, nəlbəki 6 ədəd, salfet qabı 2 ədəd, külqabı, bakal 6 ədəd, rumka 6 ədəd, duzqabı dəsti, hamam dəsti, pakraval dəsti, polsilən, çəngəl-bıçaq dəsti, ətir 4 ədəd, kiçik salat boşqabı 12 ədəd, böyük salat boşqabı 12 ədəd, dolma boşqabı böyük 12 ədəd, kasa 12 ədəd, bulud boşqab 6 ədəd, aş boşqab 17 ədəd, əl sumkası, don 2 ədəd, palto, əyin paltarları 26 ədəd, çəkmə uzunboğaz, ayaqqabı 5 cüt, ev şəpiti, biskivit qabı, mikser Vitek, tefal qazan dərin, bıçaq dəsti, çuqun çaynik, tefal qazan dəsti 5 ədəd, çörək qazanı, yemək qazanı, balaca qapron qab 6 ədəd, aşsüzən, çuqun vedrə, balaca yağ balonu, ləyən 2 ədəd, çuqun ləyən 2 ədəd, şiş 6 ədəd, dördayaq, oxlov, ağzı bağlı qutu, tefal samovar Evrolux, sintetik yorğan, kuklalar 4 ədəd, lampa, güldan, əl güzgüsü, stend suvenirləri 11 ədəd, mətbəx taxtası 2 ədəd, lüstr 2 ədəd, ütü, ütü stolu, kosmetika qutusu 3 ədəd, təkərli əl çamadanı, ətir naboru, kofta, əldə işlədilən çexol 2 ədəd, tefal, çaynik 2 ədəd, çay quruşkası 6 ədəd, boşqab dərin 3 ədəd, boşqab üz 3 ədəd, su quruşkası 2 ədəd, bıçaq, podnos, çuqun su qabı, zibil qabı, balaca çörək qabı, çaynikaltı, 2 ədəd divanüstü ədyaldan ibarət cehiz və geyim əşyaları İddiaçı məxsus Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pulun əvəzi Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-3092/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-3092/2025
24.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver