Məhkəmə qərarları › İş №2(017)-632/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-632/2024

05.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-632/2024 05.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi anası X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki işə Ağcabədi rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iş üzrə Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı onun oğludur. Oğlu Kənan xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Kənan hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X4 sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alır. Oğlu Kənan təhsil aldığı müddət saxlanılması üçün atası Cavabdeh hər ay 220 manat məbləğində aliment tələb edir. Ona görə də Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması və mediasiya sessiyasının keçirilməsi barədə ödənilmiş 50 manat pul məbləğinin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, X2 ilə el adəti üzrə evlənib ailə qurmuşlar. Onların faktiki nikahlarından 15 avqust 2000-ci il tarixdə Sənan Qasımov və xx xxxxxxxx 2005-ci il tarixdə isə İddiaçı adlı iki oğlan uşaqları anadan olmuşdur. 5 ildən artıq müdətdir ki, Əfsanədən faktiki olaraq ayrılıb ayrı yaşayırlar. Əfsanədən ayrıldıqdan sonra Kənanın 18 yaşı tamam olanadək hər ay 170 manat alimenti vaxtlı vaxtında ödəmişdir. Hazırda ağ ciyər xəstəliyindən əziyyət çəkir heçbir yerdə işləmir. Ona görə də iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 2005-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı atalıq vermişdir. İş materiallarına əlavə edilmiş Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştrak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İMS-da iştrak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladrala göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun Qərarında təsbit olunmuşdur ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili , ali təhsil almasına böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştrakına görə valideynlərin əlavə xərclərdə iştrakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir; -Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşakar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi ki başa düşülməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, İddiaçı saxlanması üçün 220 manat alimentin tutulması, və mediasiya sessiyasının keçilirlməsi barədə ödənilmiş 50 manat pulu tələb etsə də alimentin bu məbləğdə olması üçün əsas olan hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilmədi. Çünki Ailə Məcəlləsində də göstərildiyi kimi valideynlər əmək qabiliyyəti omayan və maddi ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili , ali təhsil almasına böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştrakına görə valideynlərin əlavə xərclərdə iştrakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmə iclasında iddiaçı tərəfindən əmək qabiliyyəti olmamasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının göstərdiyi bu fakt isə onun maddi vəziyyətinin pisləşməsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Sadalanan qanunvericilik normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, cavabdehdən 220 manat alimentin tətləb edilməsi üçün heç bir əsas yoxdur. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Nəzərə alınmalıdır ki, qanunvericilik insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun, ədalət bərpa edilsin. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələbinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Beləliklə, məhkəmə yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qızına qarşı 220 manat məbləğində alimentin və mediasiya sessiyasının keçirilməsi barədə ödənilmiş 50 manat pul məbləğinin tutulması tələbinə dair iddiası qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı 220 manat alimentin və mediasiya sessiyasının keçirilməsi barədə ödənilmiş 50 manat pul məbləğinin tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar