Məhkəmə qərarları › İş №2(017)-730/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-730/2024

04.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-730/2024 04.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair iddiaçının ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hazırkı vəziyyətdə işin baxılmasını məqbul hesab etmədiyini, artıq alimentlə bağlı məhkəmə qətnaməsinin mövcud olmasını, onun ərizəsi əsasında həmin qətnamə icra olunmadan geri qaytarılmasını, icra sənədinin yenidən icraya yönəldilməsi barədə məhkəməyə ərizə verdiyini nəzərə alaraq iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə müdafiəsindən istifadə etmək hüququ iddiaçıya məxsusdur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair vəsatəti təmin edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1, 152.1.9 və 263-264, 267-268-ci maddələrini rəhbər tutub qərara aldım: İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar