Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-766/2023 13.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağcabədi rayonunun Kəbirli kənd sakini Cavabdeh ilə faktiki olaraq evlənib ailə qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə yaşadıqları dövrdə 08 sentyabr 2019-cu il tarixdə Nuray adlı bir qız uşaqları olmuşdur. Cavabdeh ilə xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən ayrılıb ayrı yaşayırlar. Azyaşlı uşağı Nuray onun himayəsindədir. Cavabdehlə ayrı yaşadıqları müddət ərzində cavabdeh nə ona, nədə uşağına heç bir maddi köməklik etməmişdir. Cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğul olur, onun aylıq qazancı xeyli miqdar təşkil edir. Uşağı saxlamaqda çətinlik çəkir. Odur ki, cavabdehlə birgə yaşadıqları dövrdə 08 sentyabr 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh qazancından tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehdən iki ilə yaxın müddət olar ki, faktiki ayrılaraq atası evində yaşadığını, cavabdehin fərdi qaydada ev tikərək bənnalıq etdiyini və əvvəllər öz aralarında uşağın saxlanması üçün 120 manat aliment müəyyən olunsada cavabdehin ona tam olaraq ödəmədiyini və mediasiyadan keçdiyini bildirib, qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağın saxlanması üçün hər ay 220 manat aliment təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, o, Gülər ilə faktiki olaraq evlənib ailə qurmşlar. Lakin nikahlarını isə rəsmilşdirməmişlər. Onların birgə yaşadıqları müddətdə bir qız uşaqları olmuşdur. Hazırda onların xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən ayrılaraq ayrı yaşayırlar. Onun hər ay 220 manat aliment ödəmək imkanı yoxdur. Çünki heç bir yerdə işləmir. Əvvəllər özləri öz aralarında uşağın saxlanması üçün hər ay 120 manat məbləğində aliment ödəməyi razılaşsalarda onu tam ödəyə bilməmişdir. O, hər ay bir uşaq üçün yalnız 100 manat aliment ödəyə bilər. İş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya təşkilatı ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə 02 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 08 sentyabr 2019-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ağcabədi RİHB-nın Kəbirli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli, 85 saylı arayışdan görünür ki, Ağcabədi rayonunun Kəbirli kənd sakini Cavabdeh həqiqətən rayonun Kəbirli kəndində yaşayır və özünə məxsus iri və xırda buynuzlu heyvanı yoxdur. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cı il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinin tələbinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, uşaqların saxlanması üçün alimentin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində də müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023cü ildə uşaqların yaşayış minimumu 220 manat məbləğdə müəyyən olunmuşdur. Məhkəmədə araşdırma zamanı müəyyən edildi ki, tərəflər faktiki olaraq evlənib ailə qurmuş, nikahlarını isə rəsmiləşdirməmişlər. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılaraq ayrı yaşayırlar. Onların birgə yaşadıqları dövrdə bir qız uşaqları anadan olmuşdur. Uşaq iddiaçının yanında yaşayır. Bununla bağlı mübahisələri yoxdur. Cavabdehin daimi iş yeri və sabit qazancı barədə rəsmi məlumat yoxdur. Məhkəmə hesab edir ki, Cavabdeh sabit gəliri olmadığı üçün qazancından (gəlirindən) müəyyən hissənin tutulması mümkün olmadığından cavabdehin maddi və əmlak vəziyyəti, habelə uşağın yüksək mənafeyi nəzərə alınaraq iddia tələbi qismən təmin edilərək cavabdehdən qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq sabit pul məbləğində hər ay 150 manat aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən ödənilən illik alimentin məbləğinə görə 38 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM- nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə yaşadıqları dövrdə 08 sentyabr 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh qazancından hər ay 150 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh illik alimentin məbləğinə görə 38 manat dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-766/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-766/2023
13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver