Məhkəmə qərarları › İş №2(017)-834/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-834/2025

11.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-834/2025 11.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 09 iyul 2011-ci ildə anadan olmuş X3, 12 iyul 2012-ci ildə anadan olmuş X2 və 22 aprel 2014-cü ildə anadan olmuş X4 adlı üç nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə aralarında olan nikah qeydi Ağcabədi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə cavabdehlə birgə nikahlarından 09 iyul 2011-ci ildə anadan olmuş X3, 12 iyul 2012-ci ildə anadan olmuş X2 və 22 aprel 2014cü ildə anadan olmuş X4 adlı üç nəfər uşaqlarının onun yanında qalması müəyyən edilmişdir. Hazırda həmin uşaqların saxlanması üçün çətinlik çəkir və ona görə də aliment tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Cavabdehin gəlirləri barədə onda heç bir məlumatı yoxdur. Göstərdiklərini nəzərə alaraq iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə aralarında olan nikah qeydi pozulmuşdur. Həmin qətnamə ilə birgə nikahlarından 09 iyul 2011-ci ildə anadan olmuş X3, 12 iyul 2012-ci ildə anadan olmuş X2 və 22 aprel 2014-cü ildə anadan olmuş X4 adlı üç nəfər uşaqlarının iddiaçının yanında qalması müəyyən edilmişdir. Hazırda o, hepatit xəstəliyindən əziyyət çəkir. Uşaqların atasının yanında qalmasına da səbəb onun xəstəliyi ilə əlaqədar olmuşdur. Heç bir yerdə işləmir və ümumiyyətlə onun işləmək qabiliyyəti yoxdur. Eyni zamanda mütamadi olaraq müalicə olunur və gündəlik xərcləri üçün maddi ehtiyacı da vardır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, X3 09 iyul 2011-ci ildə, X2 12 iyul 2012-ci ildə, X4 22 aprel 2014-cü ildə anadan olmuşlar və onların atası İddiaçı, anası isə Cavabdehdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(017)-115/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah qeydi pozulması, 09 iyul 2011-ci ildə anadan olmuş X3, 12 iyul 2012-ci ildə anadan olmuş X2 və 22 aprel 2014-cü ildə anadan olmuş X4 adlı üç nəfər uşaqların ataları İddiaçı yanında saxlanması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 02 aprel 2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh “Delta amilsiz xroniki virus hepatit B (İnaktiv forma) B18.1” diaqnozu ilə infeksionist xəstəliklər kabinetində qeydiyyatdadır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İş materialları ilə müəyyən edilmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(017)-115/2022 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan nikah qeydi pozulmuş və 09 iyul 2011-ci ildə anadan olmuş X3, 12 iyul 2012-ci ildə anadan olmuş X2 və 22 aprel 2014-cü ildə anadan olmuş X4 adlı üç nəfər uşaqların ataları İddiaçı yanında saxlanması qət edilmişdir. İddiaçı həmin uşaqların saxlanması üçün çətinlik çəkdiyini əsas gətirərək Cavabdeh qarşı alinent tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Lakin, iddiaçı cavabdehin hər hansı bir gəlirinin olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 02 aprel 2025-ci il tarixli arayışı ilə müəyyən olunmuşdur ki, Cavabdeh “Delta amilsiz xroniki virus hepatit B (İnaktiv forma) B18.1” diaqnozu ilə infeksionist xəstəliklərdən əziyyət çəkir. Eyni zamanda Cavabdeh mütamadi olaraq müalicə olunması və gündəlik xərcləri üçün maddi ehtiyacı vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 09 iyul 2011-ci ildə anadan olmuş X3, 12 iyul 2012-ci ildə anadan olmuş X2 və 22 aprel 2014-cü ildə anadan olmuş X4 adlı üç nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 09 iyul 2011-ci ildə anadan olmuş X3, 12 iyul 2012-ci ildə anadan olmuş X2 və 22 aprel 2014-cü ildə anadan olmuş X4 adlı üç nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar