Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-869/2023 22.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 17.862 manat dəyərində cehiz əmlak və qızıl-ziynət əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 17.862 manat dəyərində cehiz əmlak və qızıl-ziynət əşyaları tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı müxtəlif tarixlərə təyin olunsa da, bu barədə işin baxılma yeri və vaxtı barədə tərəflərə müvafiq məhkəmə bildirişləri göndərilsə də, tərəflər məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinin tələblərinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədikləri üçün və işə onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 17.862 manat dəyərində cehiz əmlak və qızıl-ziynət əşyaları tələbinə dair iddia ərizəsi tərəflər məhkəməyə gəlmədiklərinə görə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-869/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-869/2023
22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver