Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-994/2024 14.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı və cavabdeh Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı ödənilməmiş əməkhaqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağcabədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində 1999-cu ilin dekabr ayında Cavabdehndə baş mühasib vəzifəsində işləməsini, bir neçə il sonra sədr müavini vəzifəsində işlədiyini, 2015-ci ilə qədər vergi yığma şöbəsində işlədiyini, bələdiyyədə işlədiyi dövrdə xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr ərzində ona əməkhaqqı verilmədiyini göstərib, məhkəmədən Cavabdehndən 3722 manat 79 qəpik məbləğində ödənilməmiş əməkhaqqının tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, 1999-cu ilin dekabr ayında Cavabdehndə baş mühasib vəzifəsində işləmiş və bir neçə il sonra sədr müavini vəzifəsində işləmişdir. 2015-ci ilə qədər vergi yığma şöbəsində işləmiş, bələdiyyədə işlədiyi dövrdə xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr ərzində ona əməkhaqqı verilməmişdir. Bununla bağlı o, 15 avqust 2016-cı il tarixdə Ağcabədi rayon Prokurorluğuna müraciət etmiş, lakin Ağcabədi rayon Prokurorluğunun 05 sentyabr 2016-cı il tarixli qərarı ilə Ağcabədi rayonu Gələbəddin bələdiyyəsinin sədri X4 barəsində cinayət işinin başlanması rədd olunmuşdur. xx.xx.2011-ci il tarixdən xx.xx.2014cü ilədək olan dövrdə ona əməkhaqqının ödənilməsi ilə bağlı hər hansı sənəd təqdim olunmamış və heç bir sənədə imza atmamışdır. Cavabdeh sədri X4 ona qarşı 30000 manat mənəvi ziyan tələbi ilə Ağcabdəi Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 23 iyun 2020-ci il tarixli, 2(017)-504 saylı qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Cavabdehnə qarşı ödənilməmiş əməkhaqqı tələbi barədə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmiş, lakin Ağcabədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən hazırkı iş İnzibati Məhkəmədə baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra o, Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qarardadı ilə hazırkı mübahisə ümumi məhkəmələrdə baxılmalı olduğundan iddia tələbi mümkünsüz sayılmışdır. Sonradan o, hazırkı tələblə bağlı yenidən Ağcabədi Rayon Məhkəməsində iddia qaldırmaq qərarına gəlmişdir. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməklə, Cavabdehndən 3722 manat 79 qəpik məbləğində ödənilməmiş əməkhaqqının tutularaq ona verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, 2000-ci ildən hazırkı vaxtadək Cavabdeh sədri vəzifəsində işləyir. Yığılan vergilər ilk növbədə kənd üçün əhəmiyyətli olan işlərə sərf edilmiş, sonra isə bələdiyyə işçilərinin əməkhaqqı ödənilmiş, əməkhaqqı ödənilən zaman blədiyyə işçiləri idarədə toplanmış, hər kəs müvafiq sənədlərə imza etməklə öz əməkhaqqını almış və bələdiyyə işçilərinin əməkhaqqlarını hər il aparılmış audit yoxlamasına heç bir aidiyyatı olmamışdır. Azərbaycan Respublikasının Prezidentinin bələdiyyə vergilərinin xx.xx.2015-ci il tarixdən poçt və bank vasitəsilə yığılması barədə sərancamına əsasən İddiaçı bələdiyyədə vergiyığan vəzifəsindən azad edilmişdir. İddiaçı onunla bağlı 15 avqust 2016cı il tarixdə Ağcabədi rayon Prokurorluğuna müraciət etmiş, lakin Ağcabədi rayon Prokurorluğunun 05 sentyabr 2016-cı il tarixli qərarı ilə onun barəsində cinayət işinin başlanması rədd olunmuşdur. Həmin araşdırma zamanı İddiaçı əməkhaqqının alınmasına dair müvafiq sənədin imzalaması öz təsdiqini tapmışdır. İddiaçının tələbi əsassızdır və böhtan xarakterlidir. Ona görə də məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, iddiaçı hazırkı tələblə bağlı Mediasiya Şurasına müraciət etmişdir. İş materiallarında olan Ağcabədi rayon Prokurorluğunun 05 sentyabr 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, araşdırılma aparılmış və İddiaçı iddiasında göstərdiyi xüsusatlar öz əksini tapmamış, Cavabdeh tərəfindən verilmiş 49№-li arayışdan görünmüş ki, İddiaçı ilə həmin bələdiyyə arasında bağlanmış xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək yığılan verginin 10 %-i miqdarında əməkhaqqı ödənilməsi barədə əmək müqaviləsi bağlanmış, keçən müddət ərzində yığılan vergilərə görə hesablanan əməkhaqqı xx.xx.2011-ci il tarixdən xx.xx.2012ci il tarixədək 1434 manat 46 qəpik, məbləğində olmaqla xx.xx.2012-ci il tarixdə ödənilmiş, 01 avqust 2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 342 manat 68 qəpik məbləğində olmaqla xx.xx.2012-ci il tarixdə ödənilmiş, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 1088 manat 13 qəpik olmaqla xx.xx.2013-cü il tarixdə ödənilmiş və xx.xx.2014cü il tarixdən xx.xx.2014-cü il tarixədək 857 manat 52 qəpik olmaqla xx.xx.2014-cü il gtarixdə ödənilmiş və həmin məbləğlər İddiaçı özünə imza etdirməklə verilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(120)-1454/2024 saylı qərardadına əsasən hazırkı tələblə bağlı iddia mümkünsüz sayılmışdır. İş materiallarında olan 01 yanvar 2011-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh sədri X4 ilə İddiaçı arasında əmək müqavilə bağlanmışdır. İş materiallarında olan 15 yanvar 2020-ci il tarixli Ağcabədi rayon Gələbəddin bələdiyyəsinin birinci iclasının 1№-li protokolunun surətindən görünür ki, X1 rayon Gələbəddin bələdiyyəsinin sədri seçilmişdir. İş materiallarında olan X5 surətindən görünür ki, vergilərə görə hesablanan əməkhaqqı xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 1434 manat 46 qəpik, məbləğində olmaqla xx.xx.2012-ci il tarixdə ödənilmiş, 01 avqust 2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 342 manat 68 qəpik məbləğində olmaqla xx.xx.2012-ci il tarixdə ödənilmiş, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 1088 manat 13 qəpik olmaqla xx.xx.2013-cü il tarixdə ödənilmiş və xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 857 manat 52 qəpik olmaqla xx.xx.2014-cü il gtarixdə ödənilmiş və həmin məbləğlər İddiaçı özünə imza etdirməklə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik fdövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçünb işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 297-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı iddasında göstərdiyi xüsusatlar öz əksini tapmır, onun əməkhaqqını özü tərfindən imzalamaqla alması işdə olan Ağcabədi rayon Prokurorluğunun 05 sentyabr 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında da öz əksini tapmışdır. İddia əsassızdır və heç bir mötəbər sübuta əsasslanmır. Qeyd olunanlara əsasən də, məhkəmə iddia tələbinin rədd olunması qənaətinə gəldi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı ödənilməmiş əməkhaqqı tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-994/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-994/2024
14.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver