Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1000/2024 10.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X19 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 İsmayıl oğlu, Cavabdeh2 və nümayəndələri və vəkilləri X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İsmayıl oğlu, Cavabdeh2 qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İsmayıl oğlu və Cavabdeh2 ayrıayrılıqda hərəsindən hər ay 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq nəvələri 13 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Astara Rayon məhkəməsi tərəfindən çıxarılmış 01 mart 2021-ci il tarixli 2(018)-144/2021 saylı qətnamə ilə X2 130 (yüz otuz) manat aliment alınması qət edilmişdir. X1 alimentlə bağlı indiyədək heç bir ödəniş etməmişdir. Buna görə də cavabdehlər Cavabdeh1 İsmayıl oğlu, Cavabdeh2 aliment tutulmasını tələb edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İsmayıl oğlu və Cavabdeh2 doğma övladları X4 ilə xx.xx.2017-ci il tarixdə faktiki olaraq evlənmişlər. Nikahlarını isə xx.xx.2018ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2018-ci il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Evləndikdən sonra bir müddət cavabdehlərin yanında sonra isə Rusiyada yaşamışlar. X18 mütəmadi olaraq səbəbsiz döyüb işkəncələr verdiyi üçün onunla birgə yaşamaq mümkün olmadığından onun təkidi ilə uşaqla birlikdə valideynlərinin yanına Astara rayonu Şahağac kəndinə gəlmişlər. Azyaşlı uşağı ilə birlikdə bir müddət yəni 2021-ci ilin mart ayına kimi cavabdehlərin yanında yaşayıb onlara ximdət etmişdir. Qayınanası Cavabdeh2 ərinin göstərişi ilə azyaşlı uşaqla birlikdə onu 2021-ci ilin mart ayında evdən qovmuşdur. Başqa yerdə yaşamağa yeri olmadığı üçün valideynlərinin yanında sığınacaq tapmışdır. X16 uşağının saxlanılması üçün könüllü aliment vermədiyinə görə aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Astara rayon məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(018)-144/2021 saylı qətnaməsilə X2 xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 26 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 130 manat sabit pul məbləğində aliment qət edilmişdir. Aliment qət edilən tarixdən hal-hazıra kimi İmaməddin İsmayılov aliment ödəməmiş buda məbləğcə 45x130-5850 manat aliment borcu vardır. Qeyd edilən uşağının yardıma ehtiyacı vardır. Uşaqların atası uşağın saxlanılması üçün aliment pulunu ödəmir gizlənir. Uşağın baba və nənəsi zəruri vəsaitə malikdirlər. Həmdə uşağın atası mütəmadi olaraq valideynləri üçün yardım göndərir. Baba ilə nənənin kifayət qədər maddi imkanları var, onlar dövlətdən pensiya da alırlar. Cavabdeh1 İsmayıl oğlu və Cavabdeh2 ayrı-ayrılıqda hərəsindən hər ay 200 manat cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq nəvələri 13 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 ona qarşı verilmiş iddianı qəbul etməyərək göstərdi ki, oğlu X2 aliment alınması barədə məhkəmə qətnaməsi vardır. Oğlunun imkanı zəif olduğundan alimenti ödəyə bilmir. Hazırda təqaüd alır, nəvəsinə köməklik göstərməyə imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq ona qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 İsmayıl oğlu ona qarşı verilmiş iddianı qəbul etməyərək göstərdi ki, xx.xx.1954-cü il tarixdə Astara rayonu Şahağacı kəndində anadan olmuşdur. Hazırda təqaüd alır, nəvəsinə köməklik göstərməyə imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq ona qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehlər Cavabdeh1 İsmayıl oğlu və Cavabdeh2 nümayəndələri və vəkilləri X11 iddia tələbinin hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçı, cavabdehlər Cavabdeh1 İsmayıl oğlu, Cavabdeh2 və cavabdehlərin nümayəndələri və vəkilləri X8 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(018)- 144/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X6 arasında 27 aprel 2018-ci il tarixində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 89 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, 13 noyabr 2018-ci il təvəlüldlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 26 oktyabr 2020-ci il tarixindən başlayaraq cavabdeh X2 hər ay 130 (bir yüz otuz) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-ci il tarixdə anadan olmuşdur. İş materialında olan AZE18722521 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayılova Arzu xx.xx.2018-ci il tarixdə Astara şəhərində anadan olmuş, atası İsmayılov İmaməddin, anası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə MŞL- 01013 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sesiyasında iştirak etmiş, Cavabdeh1 İsmayıl oğlu və Cavabdeh2 isə iştirak etməmişlər. İş materiallarına əlavə edilmiş Astara RİHB-nın Suparibağ kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 568 nömrəli arayışdan görünür ki, İddiaçı Astara rayonu Məscidməhəllə kəndində yaşayır. İş materialında olan 7E-7089 nömrəli xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, Cavabdeh1 İsmayıl oğlu və Cavabdeh2 etibarnamədə qeyd edilən hüquqlarının həyata keçirilməsini 02 il müddətinə X9 etibar etmişlər. İş materialında olan xx.xx.2024-cü il tarixli vəkil orderindən görünür ki, X11 xx.xx.2024-cü il tarixli 74 saylı müqaviləyə əsasən Cavabdeh2 hüquqi yardım göstərir. İş materialında olan xx.xx.2024-cü il tarixli vəkil orderindən görünür ki, X11 xx.xx.2024-cü il tarixli 70 saylı müqaviləyə əsasən Cavabdeh1 İsmayıl oğluna hüquqi yardım göstərir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzilərinin surətidən görünür ki, İddiaçı 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. 20 noyabr 1989-cu il tarixli Uşaq hüquqları haqqında Konvensiyanın 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə qüvvədə olan qanunvericilik aktlarının müddalarını nəzərdən keçirib belə qənaətə gəlir ki, İddiaçı valideyn kimi uşağının hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna o zaman malik olurlar ki, onlar öz valideynlərinin hər ikisindən maddi yardım ala bilməsinlər. Göründüyü kimi, 13 noyabr 2018-ci il təvəlüldlü X7 anası İddiaçı himayəsində olmaqla, anası tərəfindən ona qayğı göstərilir. Məhkəmə iş materiallarını tədqiq edərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 İsmayıl oğlu və Cavabdeh2 qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 İsmayıl oğlu və Cavabdeh2 qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1000/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1000/2024
10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver