Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1042/2023 04.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi (anası) X5, iCavabdeh ştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Aliment borcunun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “Aliment borcunun silinməsi tələbinə dair” iddia qaldıraraq, arvadı Cavabdeh qız ilə birgə nikahdan olan uşaqları 03 fevral 2005-ci il təvəllüdlü X4 və 15 dekabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Astara Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(018)-450/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş, hər ay, hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində olmaqla birlikdə təsərrüfatı idarə etdikləri müddət üçün hesablanmış aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi (anası) X8 iddianı müdafiə etdi və verdiyi izahatında göstərdi ki, İddiaçı Cavabdeh ilə 03 fevral 2005-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək evlənmişlər. Nikahlarını isə 29 mart 2005-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 03 fevral 2005-ci il təvəllüdlü X7 və 15 dekabr 2011-ci il təvəllüdlü X9 anadan olmuşdur. Yaşadıqları bu dövr ərzində onların arasında həmişə söz-söhbət, narazılıq olmuşdur. Astara Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(018)-450/2019 saylı qətnaməsinə əsasən hər ay, hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin İddiaçı alınıb, Cavabdeh verilməsi qət edilmişdir. Buna baxmayaraq Cavabdeh uşaqları ilə birlikdə 01 aprel 2019-cu il tarixdən 23 sentyabr 2023-cü il tarixə kimi, “COVİD 19” pandemiyası ilə əlaqədar 20 mart 2023-cü il tarixədən 20 mart 2020-ci il tarixə kimi olan müddət ərzində İddiaçı ilə yaşamışdır. Bundan başqa Cavabdeh uşaqları ilə birlikdə 01 avqust 2021-ci il tarixdən 2022-ci ilin noyabr ayına kimi olan müddət ərzində İddiaçı ilə yaşamışdır. Bu halı qonşuları da təsdiq edə bilər. Buna baxmayaraq Cavabdeh uşaqları ilə birlikdə İddiaçı ilə yaşadığı müddət üçün də İddiaçı aliment hesablanmışdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi məhkəmə iclasında izahat verərək göstərdi ki, o, İddiaçı ilə 03 fevral 2005-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək evlənmişlər. Nikahlarını isə 29 mart 2005-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 03 fevral 2005-ci il təvəllüdlü X7 və 15 dekabr 2011-ci il təvəllüdlü X9 anadan olmuşdur. Yaşadıqları bu dövr ərzində onların arasında həmişə söz-söhbət, narazılıq olmuşdur. Astara Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(018)-450/2019 saylı qətnaməsinə əsasən hər ay, hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin İddiaçı alınıb, ona verilməsi qət edilmişdir. İddiaçı aliment verməkdən yayınmaq üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Onlar ayrılandan sonra o, uşaqları ilə birlikdə İddiaçı yanında yaşamamışlar. Ona görə də, o, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxx 1980-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(018)-450/2019 saylı qətnaməsindən məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında 29 mart 2005-ci il tarixdə rəsmiləşdirmiş nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları 03 fevral 2005-ci il təvəllüdlü X7 və 15 dekabr 2011-ci il təvəllüdlü X1 Təranə Səfər qızının yanında saxlanılmış və onların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin İddiaçı alınıb, Cavabdeh verilməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamənin surətindən” məlum olur ki, 03 fevral 2005-ci il təvəllüdlü X7 və 15 dekabr 2011-ci il təvəllüdlü X6 atası kimi İddiaçı, anası kimi isə Cavabdeh qeyd edilmişdir. Mülki işə əlavə edilmiş “Nikah pozulması haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 29 mart 2005-ci il tarixdə rəsmiləşdirmiş nikahın pozulması 21 may 2020-ci il tarixdə 44 nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər ilə 29 mart 2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Astara Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(018)-450/2019 saylı qətnaməsinə əsasən onların aralarında olan nikahları pozulmuş və birgə nikahdan olan uşaqları 03 fevral 2005-ci il təvəllüdlü X7 və 15 dekabr 2011-ci il təvəllüdlü X1 Təranə Səfər qızının yanında saxlanılmış və onların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması müəyyən edilmişdir. Tərəflərin birgə nikahdan olan uşaqları hal-hazırda da Cavabdeh yanındadır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcələsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcələsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcələsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göründüyü kimi məhkəmə iclasında cavabdeh X3 zəruri vəsaitə malik olması öz təsdiqini tapmamışdır. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi xüsusi olaraq qeyd etmişdir ki, məhkəmənin vəzifəsi qəyyumluq və görüş hüququ məsələləri ilə baglı öz vəzifələrini yerinə yetirən dövlət hakimiyyəti orqanlarını əvəz etmək deyil, sadəcə həmin orqanların öz qiymətləndirmə səlahiyyətlərini tətbiq etməklə, qəbul etdikləri qərarları Konvensiyanın işığında nəzərdən keçirməkdir. 8-ci maddəyə əsasən, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynləri arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Həmçinin valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (Şahin Almaniyaya qarşı iş). Sadalanan milli və beynəlxalq qanunvericilik normalarını hazırki mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Aliment borcunun silinməsi tələbinə dair” iddiası əssasız olduğundan rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-1042/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1042/2023
04.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver