Məhkəmə qərarları › İş №2(018)-107/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-107/2025

18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-107/2025 18.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı nümayəndəsi Vəkil Cavabdeh qarşı “alimentin ödənilməsindən azad olunma və uşağın himayəsinə verilməsi” tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi Vəkil Cavabdeh qarşı “alimentin ödənilməsindən azad olunma və uşağın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 iyul 2011-ci il tarixdə doğulmuş X4 və 25 yanvar 2014-cü il tarixdə doğulmuş X1 onun yanında və himayəsində saxlanılmaqla Astara Rayon Məhkəməsinin 2(018)-185/2021 saylı 02 mart 2021-ci il tarixli qətnaməsi ilə 23 iyul 2011-ci il tarixdə doğulmuş X4 və 25 yanvar 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş bir uşağa görə 130 (yüz otuz) manat olmaqla, iki uşaq üçün 260 (iki yüz altmış) manat alimentin ödənilməsindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil iddia tələbini onunla əsaslandırmışdır ki, təmsil etdiyi şəxs İddiaçı cavabdehlə el adəti qaydasında toy etdirməklə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 23 iyul 2011-ci il tarixdə X4 və 25 yanvar 2014-cü il tarixdə X5 adında iki övladları dünyaya gəlmişdir. Bir müddət cavabdehlə mehriban yaşasalar da, ailə münasibətlərindən irəli gələn narazılıqlar səbəbindən ayrılmışlar. Astara Rayon Məhkəməsinin 2(018)-185/2021 saylı 02 mart 2021-ci il tarixli qətnaməsi ilə ondan hər ay bir uşağa görə 130 (yüz otuz) manat, iki uşağa görə 260 (iki yüz altmış) manat alınaraq cavabdehə verilməsi və həmçinin uşaqların cavabdehin himayəsində saxlanılması təmin edilmişdir. Məhkəmə tərəfindən uşaqların analarının yanında saxlanılması müəyyən edilsə də hazırda uşaqlar onun yanında qalmaq istəyirlər. Demək olarki uşaqları həftənin 4-5 gününü onun yanında axşamlarda qalmaq şərti ilə qalırlar. Lakin buna baxmayaraq o, alimenti də ödəyir. Övladları onunla yaşamaqla onların bütün tələbatlarını ödəyir. Lakin buna baxmayaraq eyni zamanda cavabdehə aliment ödəmək məcburiyyətindədir. Bu isə ədalətsizlikdir. Çünki o, artıq X4 və X1 bütün tələbatlarını ödəyir. Uşaqlar da onunla yaşayırlar və onunla birlikdə yaşamaqdan narazı deyildir. Heç o da övladlarının onunla yaşamasından və onların qayğısını çəkməkdən və tələbatlarını ödəməkdən narazı deyil, əksinə çox məmnundur. Ona görə də, 23 iyul 2011-ci il tarixdə doğulmuş X4 və 25 yanvar 2014-cü il tarixdə doğulmuş X1 onun yanında və himayəsində saxlanılmaqla Astara Rayon Məhkəməsinin 2(018)-185/2021 saylı 02 mart 2021-ci il tarixli qətnaməsi ilə 23 iyul 2011-ci il tarixdə doğulmuş X4 və 25 yanvar 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş bir uşağa görə 130 (yüz otuz) manat iki uşağa görə 260 (iki yüz altmış) manat alimentin ödənilməsindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zaman İddiaçı nümayəndəsi Vəkil iddialarını müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. İş üzrə İddiaçı qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialında olan Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(018)- 185/2021 saylı qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment tələbinə” dair iddiası qismən təmin edilmiş, 23 iyul 2011-ci il təvəllüdlü X2 və 25 yanvar 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 24 noyabr 2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh qarşı “uşaq tələbi”nə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Astara Rayon İcra Hakimiyyəti Başçısı yanında “Qəyyumluq və himayə” Komissiyasının xx.xx.2024-cü il tarixli 5-35/2-550/2024 nömrəli məktubu ilə məhkəməyə daxil olmuş rəyindən görünür ki, yaşları və mənafeləri nəzərə alınaraq X4 və X5 anaları- Cavabdeh yanında qalmaları məqsədəmüvafiq hesab edilmişdir. İş materialında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞL-01059 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan ******* nömrəli order sənədindən görünür ki, Vəkil İddiaçı hüquqi yardım göstərir. İş materiallarında olan 7E-7691 reyestr nömrəli etibarnamə sənədindən görünür ki, İddiaçı etibarnamədə qeyd edilən hüquqlarının həyata keçirilməsini 02 il müddətinə Vəkil etibar etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan nikahdan olan 23 iyul 2011-ci il təvəllüdlü X2 və 25 yanvar 2014-cü il təvəllüdlü X1 anaları- Cavabdeh yanında saxlanılmaları qərara alınmışdır. Hazırda isə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin ödənilməsindən azad olunması və uşağın himayəsinə verilməsini xahiş etsə də, Astara Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə uşağın anaları- Cavabdeh yanında qalmaları məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmçinin həmin Məcəllənin 50.3-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə görə, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60-cı maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.3 və 61.4-cü maddələrinə müvafiq olaraq, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 9-cu maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Məhkəmə iş materiallarını tədqiq edərək, qanunvericiliyin yuxarıda qeyd edilən normaları və Astara Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini əsas götürərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı nümayəndəsi Vəkil Cavabdeh qarşı “alimentin ödənilməsindən azad olunma və uşağın himayəsinə verilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı nümayəndəsi Vəkil Cavabdeh qarşı “alimentin ödənilməsindən azad olunma və uşağın himayəsinə verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ASstara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar