Məhkəmə qərarları › İş №2(018)-1115/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1115/2025

10.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1115/2025 10.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, X5, X6 və X1 ötrü, bir uşağa görə hər ay sabit 246 manat olmaqla ümumilikdə 738 manat alimentin müəyyən edilməsi və 60 manat mediasiya xərcinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Astara rayonunun Səlivə kəndinin sakini olan Cavabdeh ilə avqust 2021-ci il tarixində ailə həyatı quraraq evlənmişlər, nikah rəsmiləşdirilməmiş olsa da, faktiki nikah münasibətlərində üç uşaq anadan olmuşdur: xx.xx.2022-ci il tarixində Elif adlı, xx.xx.2023-cü il tarixində Elvin adlı və xx.xx.2024-cü il tarixində Leyla adlı; uşaqların atalığı müəyyən edilmiş və bu barədə arayışlar iddia ərizəsinə əlavə olunmuşdur. İddiaçı ilə Cavabdeh hazırda bir yerdə yaşamır, çünki iddiaçı bildirir ki, Cavabdeh onu döymüş və bu səbəbdən ondan ayrı yaşamaq arzusunu irəli sürmüşdür; bu vəziyyət 20 may 2025-ci il tarixli Astara rayon Məhkəməsinin AR CM-nin 128-ci maddəsinə əsaslanan hökm ilə təsdiq edilmişdir. Uşaqların himayəsi iddiaçının əlində olmaqla, Astara rayonunun Ərçıvan qəsəbəsində, valideynlərinə məxsus fərdi yaşayış evində yaşayırlar; uşaqların maddi tələbatı iddiaçının ayrılmasından bəri yalnız onun tərəfindən ödənilmiş, Cavabdeh isə onlara maddi kömək göstərməmiş və uşaqları ilə maraqlanmamışdır. Bundan sonra, uşaqların maddi tələbatının tam təmin edilməsi iddiaçı üçün çətinlik yaradır, çünki valideynlərindən uzun müddətə maddi yardım almaq imkanı mövcud deyil. Odur ki, Astara rayonunun Səlivə kəndində yaşayan Cavabdeh, X5, X6 və X1 ötrü, bir uşağa görə hər ay sabit 246 manat olmaqla ümumilikdə 738 manat alimentin müəyyən edilməsi və 60 manat mediasiya xərcinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh bildirdi ki, iddiaçı gəlməyib, lakin o, işə mahiyyəti üzrə baxılmasını istəyir, Ona qarşı verilmiş iddia tələbini qismən qəbul edir. Hər uşağa görə 80-100 manat aliment ödəyə bilər İddia edilən məbləğdə aliment ödəməyə maddi imkanı çatmayacaqdır. İş üzrə İddiaçı qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Astara şəhərində anadan olmuş, atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda anadan olmuş, atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Astara şəhərində anadan olmuş, atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materialına əlavə edilmiş MŞL-00508 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı və Cavabdeh mediasiya sessiyasında iştirak etmişlər. İş materialında olan Astara RİHB-nın Ərçivan qəsəbəsi İƏDÜN-nin xx.xx.2025-ci il tarixli 407 saylı arayışından görünür ki, İddiaçı Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatdadır və hal-hazırda Ərçivan qəsəbəsində yaşayır. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. İş materialında olan xx.xx.2025-ci il tarixli, **********5 №-li ödəniş qəbzindən görünür ki, İddiaçı 60 (altmış) manat mediasiya xərci ödəmişdir. Ailə Məcəlləsinin 75-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 06 fevral 2025-ci il tarixdə təqdim edilmişdir. Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 29 may 2025-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X8, xx.xx.2023-cü il təvəllüdlü X9, xx.xx.2024-ciüil təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 29 may 2025-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X8, xx.xx.2023cü il təvəllüdlü X9, xx.xx.2024-ciüil təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar