Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1116/2025 08.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilk, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi və akt qeydinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 23 sentyabr 2014-cü il tarixdə Astara rayon Pensər ərazi nümayəndəliyində 428 sayla qeyd etdirilmiş nikah qeydinin pozulması, eləcə də, 10 iyun 2015-ci il tarixdə dünyaya gəlmiş X12 və 23 may 2018-ci il tarixdə dünyaya gəlmiş X5 cavabdehdən alınaraq ona verilməsi, onların və eləcə də 26 avqust 2021-ci ildə dünyaya gəlmiş X10 onun yanında saxlanılması, o cümlədən yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (hazırda 400 manatdır) 0.8 misli həddində (400 x 0.8 = 320) sabit pul məbləğində alimentin, (ümumilikdə 960 manat aliment məbləğinin) Cavabdeh tutularaq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 23 sentyabr 2014-cü il tarixdə Astara rayonu Pensər ərazi nümayəndəliyində nikahlarını 428 nömrəli akt qeydi ilə rəsmiləşdirməklə evlənmişlər və el adəti üzrə toy mərasimi keçirilmişdir. Uzun müddət birlikdə normal yaşasalar da hazırda cavabdehlə aralarında olan ərarvad münasibəti pozulmuşdur. Ər-arvad münasibətinin bərpa olunması qeyri-mümkündür. Halhazırda cavabdeh faktiki olaraq ondan ayrı yaşayır. Həmin nikahdan 10 iyun 2015-ci il tarixdə dünyaya gəlmiş X12 hazırda cavabdehin yanındadır, eləcə də 23 may 2018-ci il tarixdə dünyaya gəlmiş X13 da hazırda cavabdehin yanındadır. Lakin birgə nikahlarından 26 avqust 2021-ci il tarixdə dünyaya gəlmiş X14 onun yanındadır. Hesab edir ki, uşaqların birgə böyüməsinin onların gələcək həyatına böyük təsiri olacağından cavabdehin himayəsində olan uşaqları, yəni X12 və X13 cavabdehdən alınaraq ona verilməlidir. Qanunvericiliyin tələblərinə əsasən cavabdehə təklif ünvanlamış, daha sonra isə mediasiyaya müraciət etmişdir. Lakin onun cavabdehlə barışmağı və ya birgə yaşamağı mümkün deyildir. Ona görə də 11 aprel 2025-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayış tərtib olunmuşdur. Həmin arayış da iddia ərizəsinə əlavə edilmişdir. Odur ki, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ailə qanunvericiliyində təsbit olunmuş kişi və qadının nikah ittifaqının könüllülüyü prinsipi baxımından iddiaçı ilə cavabdehin ailəsinin könüllü ittifaqı faktiki olaraq dağılmışdır və bu prinsip nikahın pozulması imkanının (boşanma azadlığı) həm ər və arvadın, həm də tərəflərdən birinin arzusu ilə həyata keçirilməsini ehtiva edir. Uşaqlar azyaşlıdırlar və onların qayğıya və maddi təminatlara ehtiyacları vardır. Bu baxımdan uşaqların normal yaşaması üçün cavabdehin aliment ödəməsini tələb edir. Bu məqamda həmçinin qeyd etməlidir ki, cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğul olur. Cavabdeh uşaqların bütün digər qayğılarından uzaq olacağından, alimentin ödənilməsi üzrə vəzifəsini layiqincə yerinə yetirməlidir. Ona görə də X12 və X13 cavabdehdən alınaraq ona verilməli və onların, eləcə də, X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 manat) 0.8 misli həddində (400 x 0.8-320) sabit pul məbləğində aliment alınıb ona verilməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, uşağları bir-birinə və ona çox bağlıdır və onların bir-birindən və ondan ayrı yaşaması onların psixoloji durumuna həddindən artıq mənfi təsir göstərir. Bir ana olaraq o isə dəhşətli dərəcədə ağır iztirab keçirir. Daha sonra cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi və akt qeydinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon X11 adlı uşağın doğumu haqqında akt qeydləri kitabında qeyd edilmiş akt qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə 23 sentyabr 2014-cü il tarixdə Astara rayon Pensər kənd ərazi nümayəndəliyində nikahlarını 428 nömrəli akt qeydi ilə rəsmiləşdirməklə evlənmişlər və el adəti üzrə toy mərasimi keçirilmişdir. Birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Nəzakət, xx.xx.2018-ci il tarixdə Xədicə və xx.xx.2021-ci il tarixdə isə Mətin dünyaya dogulmuşdur. Nəzakət və Xədicə faktiki ayrıldıqları vaxtdan onun himayəsində, Mətin isə cavabdehin himayəsində yaşayir. Barışıq üçün vaxt verilmədən pozulmasına heç bir etirazı voxdur. İlkin iddia üzrə iddiaçı onun himayəsində olan usaqların (Nəzakət və Xədicə) alınaraq onun himayəsində saxlanılmasını və hər uşağa görə 320 manat olmaqla cəmi 960 manat alimentin ondan tutularaq ona verilməsini xahiş edir, bu hissədə iddianı tamamilə qəbul eləmir. Belə ki, himayəsində olan uşaqların (Nəzakət və Xədicə) onun himayəsində saxlanılmasını, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə hər ay 250 manat, cəmi 500 manat olmaqla alimentin cavabdehdən alınaraq ona verilməsini istəyir. Digər uşağa (Mətin) gəldikdə isə onunla cavabdehin faktiki nikah münasibətlərindən doğulmasına şübhə edir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edərək atalığı mübahisələndirməklə akt qeydinin etibarsızlığını xahiş edir. Həmçinin onu da qeyd edir ki, əgər o bilsə ki, əsl həqiqətdə uşağın atası odur, bu halda bir ata kimi heç vaxt aliment ödəməkdən yayınmaz. O bir ata kimi öz doğma övladlarını saxlamaqdan və onların maddi təminatını ödəməkdən imtina edən bir adam deyildir. Lakin, hazırki halda ondan birgə nikahlarından (rəsmi) anadan olmuş Mətinin əsl atası olmağı onda şübhə oyadır. İstəyir ki, məhkəmə tərəfindən müəyyən edilsin ki, əsl həqiqətdə Mətinin atası odur ya yox. Əgər məhkəmə müəyyən edərsə ki, uşağın əsl atası odur, onda aliment ödəməkdən heç vaxt yayınmaz. Hesab edir ki, cavabdehlə birgə nikahlarından anadan olmuş Mətinin atası o deyildir, ona görə də uşaq barədə Astara rayon Qeydiyyat Şöbəsində icra edilmiş uşağın doğumu haqqında akt qeydi etibarsız hesab edilməlidir. Ona görə də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Astara Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli qərardadına əsasən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair ilkin iddiasından “xx.xx.2021-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulması hissəsi” və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi və akt qeydinin etibarsız hesab edilməsi” barədə qaşılıqlı iddia tələbinin ayrıca icraata ayrılması və ayrılmış icraatın məhkəmənin dəftərxanasında yeni nömrə altında qeydiyyata alınaraq ayrıca icraatda baxılması, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işin 2(018)-940/2025 nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verərək, Mətinin öz himayəsində olduğunu, cavabdehdən uşağın saxlanması üçün 320 manat aliment tutulmasını xahiş etmiş, qarşılıqlı iddanın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Lənkəran rayon Vəkil Bürosunun vəkili Vəkil2, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi Lənkəran rayon Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, yaşayış yeri barədə Astara rayon İHB-nin Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 aprel 2025-ci il tarixli 406 saylı arayışdan görünür ki, İddiaçı Astara rayonu Vaqo kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, 15 aprel 2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh ilə X3 arasında Astara rayon Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 23 sentyabr 2014-cü il tarixdə 428 saylı nikah aktı qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli arayışdan görünür ki, 10 iyun 2015-ci il təvəllüdlü X4 anası İddiaçı, atası Cavabdehdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli arayışdan görünür ki, 23 may 2018-ci il təvəllüdlü X5 anası İddiaçı, atası Cavabdehdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X14 26 avqust 2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2021-ci il tarixdə Astara rayon Qeydiyyat Şöbəsində 625 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, “İlkin mediasiya sessiyasında iştirak etdilməməsi barədə” Arayışdan görünür ki, 11 mart 2025-ci il tarixində, saat 11:30-da keçirilən ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər. İddiaçı 60 manat İMS xərci ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, qəbzdən görünür ki, İddiaçı tərəfindən 40 manat məbləğində rüsum ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, qəbzdən görünür ki, Cavabdeh tərəfindən 100 manat məbləğində rüsum ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, “Məhkəmə-Tibbi Ekspertiza və X9” X18 tərəfindən verilmiş 08 avqust 2025-ci il tarixli, 350/2025-TBŞ nömrəli Ekspert rəyindən görünür ki, Cavabdeh ekspertizaya təqdim olunmuş X14 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinin tələbinə görə öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 47.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə isə valideynlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə— qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əməkhaqqının miqdarı 400 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Beləliklə, məhkəmə baxış iclasında iş materiallarına əsasən müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 3 uşaqları var. İddiaçı nikahın pozulması, uşaqların ananın yanında saxlanması, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh birgə nikahdan olan Mətin adlı uşağın atası olmasını mübahisələndirdiyindən Mətin adlı uşağa aliment tutulması hissəsində iddia tələbi ayrıca icraata ayrılaraq qarşılıqlı iddia ilə birlikdə baxılması qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, birgə nikahdan olan uşaqlardan Nəzakət və Xədicə faktiki olaraq ata Cavabdeh yanında, Mətin isə ana İddiaçı yanında qalmaqdadırlar. Tərəflər arasında nikah pozulmayıb. Ekspert rəyi ilə də təsdiq olunur ki, Əhmədli X2 övladıdır. İddiaçı həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavadehdən 320 manat sabit pul məbləğində aliment tələb edir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin, qarşılıqlı iddia ərizəsində, məhkəməyə bildirmişdir ki, uşaq onun olsa, uşaq üçün valideyn kimi aliment ödəməyə razı olacaq, ancaq alimentin miqdarı ilə bağlı fikir bildirməmişdir. yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşağın iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Belə ki, ekspert rəyi ilə də, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 26 avqust 2021-ci təvəllüdlü X10 bioloji atası olması faktı təsdiq edilmişdir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyinə dair münasibət bildirməmiş və ya ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış Mətin adlı uşağın atası olduğundan və yetkinlik yaşına çatmamış uşaq hazırda iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair ilkin iddia tələbi əsaslıdır, Cavabdeh İddiaçı xeyrinə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmalıdır. Tərəflərin maddi, əmlak və s. vəziyyətlərini, həmçinin uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, hazırda cavabdehin özünün də himayəsində faktiki olaraq iki uşağın qaldığını, cavabdehin uşağını saxlamağa borclu olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay sonrakı artımlar nəzərə alınmaqla 2025-ci il üçün minimum əmək haqqının 0.5 misli həddində müəyyən edilməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 320 manat sabit pul məbləğində aliment tələb etsə də, iddiaçı tərəfindən cavabdehin əmək haqqı, kifayət qədər gəliri olması ilə bağlı hər hansı bir əsas gətirilməmiş, bu barədə sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, birgə nikahdan olan Nəzakət və Xədicə adlı iki uşaq cavabdehin yanında qalmaqdadırlar. Belə olan halda, alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib deyildir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh 26 avqust 2021-ci təvəllüdlü X1 üçün tutulmalı olan aliment hər ay sonrakı artımlar nəzərə alınmaqla 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, bu halda alimentin miqdarı hazırki işin faktiki hallarına və sadalanan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Əks halda, hazırki işdə xeyrinə aliment tutulan uşağın marağı əhəmiyyətli dərəcədə pozulmuş olar. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti icraat ayrılmazdan əvvəl iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, 29 may 2025-ci il tarixdə isə iş üzrə icraat ayrılmışdır. Buna görə də, alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə məyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay sonrakı artımlar nəzərə alınmaqla əmək haqqının 0.5 misli miqdarında alimentin tutulması qərara alındığından bir il ərzində ödəmələrin məcmusu 2400 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 44 (qırx dörd) manat təşkil edir. Odur ki, cavabdehdən 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı iddianın verilməsinə görə Cavabdeh tərəfindən ödənilən 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair ilkin iddiası qismən təmin edilsin. 30 aprel 2025-ci il tarixindən başlayaraq 26 avqust 2021-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin olunmasın. Cavabdeh İddiaçı qarşı “Astara rayon X11 adlı uşağın doğumu haqqında akt qeydləri kitabında qeyd edilmiş akt qeydinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiası təmin edilməsin. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-1116/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1116/2025
08.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver