Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1157/2023 06.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X14 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı Əhmədağa qızının nümayəndəsi X10 və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Əhmədağa qızının Cavabdeh qarşı aliment tələbi və əlavə xərclərdə iştirak etmək tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Əhmədağa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan anadan olmuş 13 sentyabr 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment və əlavə xərclərə görə 150 (bir yüz əlli) manat tutularaq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı Əhmədağa qızının nümayəndəsi X13 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı Əhmədağa qızı iddia ərizəsində göstərmişdir ki, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh ilə aralarında olan nikah pozulmuş, nikah pozulduqdan sonra 13 sentyabr 2005-ci il təvəllüdlü X4 onun yanında qalması qət edilmişdir. Evləndikdən sonra aralarında olan narazılıqlara görə ayrılmışlar. O, heç yerdə işləmədiyini çətinliklə də, olsa valideynlərinin köməkliyi ilə uşağını böyütdüyünü bildirmişdir. Dəfələrlə bu məsələni könüllü qaydada həll etməyinə baxmayaraq bu günə kimi heç bir nəticəsi olmamışdır. Ona görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd etmişdir ki, cavabdeh bu müddət ərzində uşaqı ilə maraqlanmamış və heç bir maddi yardım etməmişdir. Cavabdehin qazancı qeyri-müntəzəmdir, daimi iş yeri yoxdur. Qazancından müəyyən hissə kimi aliment tutulması mümkün deyildir. Ona görə də, məhkəmə tərəfindən sabit pul məbləğində aliment qət edilməlidir. Ümumiyyətlə hesab edir ki, ailə münasibətləri kəskin pozulduğundan ailənin saxlanılması və bərpası mümkün deyildir. Belə ki, ayrı yaşadığı müddətdə cavabdeh ailənin saxlanılması üçün heç bir cəhd etməmişdir. Odur ki, Cavabdeh birgə nikahdan anadan olmuş 13 sentyabr 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment və əlavə xərclərə görə 150 (bir yüz əlli) manat tutularaq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi X2 iddianı qismən qəbul edərək bildirdi ki, qardaşı 2-ci qrup əlildir. O, aliment ödəyə bilər, lakin əlavə xərcləri qəbul etmədiyini bildirdi. Göstərilənləri nəzərə alaraq iddianı qismən təmin etməyi məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı Əhmədağa qızının nümayəndəsi X12, Cavabdeh nümayəndəsi X3 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(018)- 73/2023 saylı qətnaməsinə əsasən İddiaçı Əhmədağa qızı ilə Cavabdeh arasında olan nikah pozulmuş, nikah pozulduqdan sonra 13 sentyabr 2005-ci il təvəllüdlü X4 iddiaçının yanında qalması qət edilmişdir. İş materiallarında olan Astara rayon qeydiyyat şöbəsinin 25 iyul 2023-cü il tarixli arayışından görünür ki, 13 sentyabr 2005-ci il təvəllüdlü X1 rayonu, Pensər kəndində doğulmuş və doğum haqqında akt qeydləri kitabında 26 sentyabr 2005-ci il tarixində 62 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı Əhmədağa qızı qeyd edilmişdir. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 iyul 2023-cü il tarixli arayışından görünür ki, Mütəllimova X8 rayonu Pensər kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası “AZƏRİTTİFAQ” Bakı Biznes və Kooperasiya Kollecinin 31 avqust 2023-cü il tarixli, 129 nömrəli arayışdan görünür ki, X6 Bakı Biznes və Kooperasiya Kollecinin əyani şöbəsinin “Siğorta işi” ixtisasının ll kurs 430 saylı qrupunda təhsil alır. İş materiallarında olan 26 may 2023-cü il tarixli, MŞL-01150 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından məlum olur ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə qərar qəbul etməyiblər və İddiaçı Əhmədağa qızı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 (əlli beş) manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Konstitutsiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideyinlərin borcudur. Konstitusiyanın 34-cü maddəsində göstərilir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (İV hissə). “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, 13 sentyabr 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı Əhmədağa qızının xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, daxili və beynəlxalq hüquq normalarının mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Məhkəmə alimentin məhz hansı məbləğdə müəyyən edilməsinə gəlincə hesab edir ki, tərəflərin ailə və maddi şəraiti, cavabdehin qazancının qeyri-sabit olması nəzərə alınmaqla alimentin hər ay uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment müəyyən edilməsi azyaşlı uşağın mənafeyi baxımından yetərli hesab oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəməyə müraciət olunan 26 iyul 2023-cü il tarixdən başlayaraq, Cavabdeh 13 sentyabr 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı Əhmədağa qızına verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 26 iyul 2023-cü il tarixdən başlayaraq, 13 sentyabr 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı Əhmədağa qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1157/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1157/2023
06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver