Məhkəmə qərarları › İş №2(018)-134/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-134/2023

03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-134/2023 03.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 193 (yüz doxsan üç ) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman İddiaçı iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 2009-cu ul tarixdə faktiki olaraq ailə həyatı qurmuşdur. Birgə ər-arvad münasibətindən xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Cavabdeh uşağın qanuni əsaslarla atası müəyyən edilmişdir. Cavabdeh uşaqların saxlanıılması və ehtiycanın təmin edilməsi üçün heç bir maddi köməklik göstərmədiyini bildirmişdir. Cavabdeh atalıq vəzifəsini və borcunu yerinə yetirmir. Hansı ki, cavabdeh uşaqların tərbiyəsinə, saqlamlığına, psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 193 (yüz doxsan üç ) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Nizami rayon qeydiyyat şöbəsinin 26 fevral 2014cü il tarixli çıxarışından görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X6 Bakı şəhərində doğulmuş və doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 351 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 14 yanvar 2007-ci il tarixdə Astara şəhərində doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 30 yanvar 2014cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Aze:16334588 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh Astara rayonu Şahağacı kəndində yaşayır. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli, MŞL-01284 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından məlum olur ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə qərar qəbul etməyiblər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Konstitutsiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideyinlərin borcudur. Konstitusiyanın 34-cü maddəsində göstərilir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (İV hissə). “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, daxili və beynəlxalq hüquq normalarının mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Məhkəmə alimentin məhz hansı məbləğdə müəyyən edilməsinə gəlincə hesab edir ki, tərəflərin ailə və maddi şəraiti, cavabdehin qazancının qeyri-sabit olması nəzərə alınmaqla alimentin hər ay uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment müəyyən edilməsi azyaşlı uşağın mənafeyi baxımından yetərli hesab oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəməyə müraciət olunan 10 yanvar 2023-cü il tarixdən başlayaraq, 14 yanvar 2007-ci il təvəllüdlü X5 və 30 yanvar 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10 yanvar 2023-cü il tarixdən başlayaraq, 14 yanvar 2007-ci il təvəllüdlü X5 və 30 yanvar 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İlkin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Cavabdeh tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar