Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-139/2024 23.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı “aliment tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 qarşı “aliment tələbi barədə” iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X5, birgə nikahdan doğulmuş uşaqları 07 sentyabr 2006-cı il təvəllüdlü X2, 22 fevral 2008-ci il təvəllüdlü X3, 15 avqust 2009-cu il təvəllüdlü X6 və 06 oktyabr 2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa üçün 200 (iki yüz) manat olmaqla cəmi 800 (səkkiz yüz) manat sabit pul məbləğində alimentin alınaraq xeyrinə verilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahat verərək göstərdi ki, o, cavabdeh X12 ilə xx.xx.2003-cü ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər və 2015-ci ilə kimi birlikdə yaşayıb, ayrılmışlar. Onların birgə nikahlarından 6 nəfər uşaqları olmuşdur ki, onlardan 07 sentyabr 2006-cı il təvəllüdlü X10, 22 fevral 2008ci il təvəllüdlü X11, 15 avqust 2009-cu il təvəllüdlü X13 və 06 oktyabr 2012-ci il təvəllüdlü X15 yetkinlik yaşına çatmamışdır. Evləndikdən sonra əvvəllər münasibətləri yaxşı olsa da sonradan korlanmışdır. Bu səbəbdəndə məhkəmə qaydasında ayrılmışlar. İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən uşaqları onun yanında saxlanılmışdır. Həmin qətnamədən cavabdeh X12 apaelyasiya və kassasiya şikayəti vermiş olsa da dəyişdirilməmişdir. Cavabdeh X12 isə uşaqların saxlanılması üçün heç bir maddi köməklik göstərmir, yetkinlik yaşına çatmayan uşaqların maddi tələbatlarının təkbaşına ödənilməsində çətinlik çəkir. Cavabdeh X12 fərdi əməklə olmaqla daimi aylıq qazancı olur. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh X12 məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdeh X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Astara rayon Şiyəkəran kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı xx xxxxxxxx 1981-ci il tarixdə anadan olmaqla, Astara rayonu Şiyəkəran kəndində, uşaqları 07 sentyabr 2006-cı il təvəllüdlü X10, 22 fevral 2008-ci il təvəllüdlü X11, 15 avqust 2009-cu il təvəllüdlü X13 və 06 oktyabr 2012-ci il təvəllüdlü X15 ilə birlikdə yaşayır. Mülki işə əlavə edilmiş “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən məlum olur ki, İddiaçı ilə X14 arasında olan nikah Astara Rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Mülki işə əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(037)-82/2019 nömrəli qətnaməsindən məlum olur ki, İddiaçı ilə X7 birgə nikahdan olan uşaqları 07 sentyabr 2006-cı il təvəllüdlü X2, 22 fevral 2008-ci il təvəllüdlü X3, 15 avqust 2009-cu il təvəllüdlü X6 və 06 oktyabr 2012-ci il təvəllüdlü X9 ataları İddiaçı yanında qalması müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, tərəflərin rəsmi nikahlarından 07 sentyabr 2006-cı il təvəllüdlü X10, 22 fevral 2008-ci il təvəllüdlü X11, 15 avqust 2009-cu il təvəllüdlü X13 və 06 oktyabr 2012-ci il təvəllüdlü X15 adlı uşaqları doğulmuşdur. Onlar arasında olan nikahları Astara Rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(037)-82/2019 nömrəli qətnaməsinə əsasən birgə nikahdan olan uşaqları 07 sentyabr 2006-cı il təvəllüdlü X2, 22 fevral 2008-ci il təvəllüdlü X3, 15 avqust 2009-cu il təvəllüdlü X6 və 06 oktyabr 2012-ci il təvəllüdlü X9 ataları İddiaçı yanında qalması müəyyən edilmişdir. İddiaçı həmin uşaqların saxlanılması üçün hər ay, hər uşağa üçün 200 (iki yüz) manat olmaqla cəmi 800 (səkkiz yüz) manat sabit pul məbləğində aliment tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 07 sentyabr 2006-cı il təvəllüdlü X10, 22 fevral 2008-ci il təvəllüdlü X11, 15 avqust 2009-cu il təvəllüdlü X13 və 06 oktyabr 2012-ci il təvəllüdlü X15 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay, hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin cavabdeh X4 alınıb İddiaçı verilməsi daha ədalətlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunan Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə isə valideynlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Cavabdeh uşaqları saxlamadığından uşaqların saxlanmaları üçün ondan aliment tutulmalıdır. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə uşaqların saxlanılmaları ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alır və qeyd edir ki, alimentin miqdarının hər ay, hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməsi qanunvericiliyin tələbinə uyğundur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq maraqları, Azərbaycan Respublikası üzrə uşaqlar üçün yaşayış minimumunun məbləği nəzərə alınmaqla uşağın mənafeyinə cavabdehdən hər ay, hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması hazırki işin faktiki hallarına və sadalanan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Əks halda, hazırki işdə xeyrinə aliment tutulan uşaqların maraqları əhəmiyyətli dərəcədə pozulmuş olar. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri isə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı tərəfindən imzalanmış iddia ərizəsi Məhkəməyə 09 oktyabr 2023-cü il tarixdə daxil olduğundan alimentin tutulması həmin tarixdən başlayaraq tutulmalıdır. İddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın cavabdehdən hər ay 280 (iki yüz səksən) manat miqdarında tutulması ilə bağlı hissəsi təmin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə məyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay 360 (üç yüz altmış) manat məbləğində alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 4320 (dörd min üç yüz iyirmi) manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə münasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 58 (əlli səkkiz) manat təşkil edir. Odur ki, 65 (altmış beş) manat məbləğindəki pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X8 qarşı “aliment tələbi barədə” iddiası qismən təmin edilsin. Cavabdeh X4 07 sentyabr 2006-cı il təvəllüdlü X2, 22 fevral 2008-ci il təvəllüdlü X3, 15 avqust 2009-cu il təvəllüdlü X6 və 06 oktyabr 2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 oktyabr 2023-cü il tarixindən başlayaraq hər ay, hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumu cavabdeh X4 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-139/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-139/2024
23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver