Məhkəmə qərarları › İş №2(018)-1427/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1427/2023

14.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1427/2023 14.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X18 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh Söyüb oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Söyüb oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh Söyüb oğlundan 09 mart 2010-cu il təvəllüdlü X11 və 04 noyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa 200 manat olmaqla cəmi 400 manat alınaraq alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 25 iyun 2008 - cı ildə Astara rayonu Motlayataq kənd sakini Cavabdeh Şöyub oğlu ilə rəsmi nikaha daxil olub evlənmişlər. Birgə nikahdan onların 09 mart 2010 - cu il tarixdə X11 və X9 adlı iki uşaqları doğulmuşdur. Onlar ailə həyatı qurduqdan sonra Astara rayonu Motlayataq kəndində yaşamırlar. Cavabdeh ailəyə baxmır, qazandığı əmək haqqını ailəsinə vermir, uşaqlara maddi yardım göstərmir, onların təlim - təribiyyəsi ilə maraqlanmır. Bu səbəbdən də o. alimentin məhkəməyə yolu ilə alınması qərarına gəlmişdir.Cavabdeh Şöyiib oğlundan 09 mart 2010 - cu ildə doğulmuş X7 və X10 adlı azyaşlı uşaqların saxlanması üçün hər ay hər uşağın saxlanması iiüçün 200 manat, cəmi 400 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh Söyüb oğlu iddianı qismən qəbul edərək bildirdi ki, işləmir və maddi vəziyyəti yaxşı deyil. Hər uşağa görə 100 manat aliment ödəyə bilər. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X4 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE №-******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-cı il tarixdə Astara rayonu, Motlayataq kəndində anadan olmudur. İş materiallarında olan Astara rayon İHB-nın Asxanakəran kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu, Motlayataq kəndində yaşayır. İş materiallarında olan AZ-İİİ 410348 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X1 rayonunda doğulmuş və doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixində 11 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh Söyüb oğlu, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 941310 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-cü il təvəllüdlü X2 rayonunda doğulmuş və doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixində 53 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh Söyüb oğlu, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 395163 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Söyüb oğlu arasında olan nikah Astara rayonu Qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə bağlanmış və 10 nömrə ilə qeyd edilmişdir İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞL-02138 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən aliment tələbinə dair mübahisə üzrə Cavabdeh Söyüb oğlu xx.xx.2023-cü il tarixində saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 (əlli beş) manat ödəniş etmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, Cavabdeh Söyüb oğlundan 03 oktyabr 2023-cü il tarixdən başlayaraq, 09 mart 2010-cu il təvəllüdlü X11 və 04 noyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Söyüb oğlundan 03 oktyabr 2023-cü il tarixdən başlayaraq, 09 mart 2010-cu il təvəllüdlü X11 və 04 noyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar