Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-149/2025 27.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X25 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(018)-795/2019 saylı qətnaməsilə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X17 və xx.xx.2014-cü il təvəlllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay bir uşaq üçün 90 (doxsan) manat olmaqla cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq X8 verilməsinə dair qətnamə üzrə müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Astara rayon Məhkəməsinin 27 noyabr 2019-cü il tarixli 2(018)-795/2019 nömrəli qətnaməsilə birgə nikahdan doğulmuş 06 noyabr 2012-ci il təvəllüdlü X14 və 28 yanvar 2014-cü il təvəllüdlü X15 adlı uşaqların saxlanılması üçün 22 iyul 2019-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 90 manat olmaqla cəmi 180 manat sabit pul məbləğində alimentin ondan alınaraq X8 ödənilməsi qət edilmişdir. Aliment qət edilən tarixdən vaxtaşırı olaraq alimenti ödəmişdir. Saxlanılması üçün aliment qət edilmiş uşaqlardan xx.xx.2014cü il təvəllüdlü X15 anası Cavabdeh tərəfindən mütəmadi döyülüb işkəncələrə məruz qaldığından xx.xx.2024-cü il tarixdə onun yanına gəlmiş və hazırdada yanında yaşayır. Cavabdeh qızı Xatirə Nəsirzadəni xx.xx.2024-cü il tarixdə döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetiridiyinə görə Astara rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(018)-583/2024-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsının 157-ci maddəsilə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Birgə nikahdan doğulmuş Xatirə Nəsirzadə yanında qaldığına görə ona saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimentin dayandırılması tələbi ilə sənədləşdımə aparılması üçün Mediasianın tətbiqi ilə əlaqədar Mediasia təşkilatına müraciət etmişdir. Uşaqlardan biri onun digəri yəni 06 noyabr 2012-ci il təvəllüdlü X16 cavabdehin yanında qaldığına görə Cavabdeh alimentdən könüllü olaraq imtina etmişdir və bu barədə xx.xx.2024-cü il tarixdə MŞL/MT/014/2024-01247 nömrəli barışıq sazişi bağlanmışdır. Qeyd edilən barışıq sazişinə əsasən Astara rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(018)-795/2019 saylı qətnaməsilə müəyyən edilmiş alımenti ödəməkdən azad edilməlidir. Astara rayonu Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(018)-795/2019 saylı qətnaməsilə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X17 və xx.xx.2014-cü il təvəlllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay bir uşaq üçün 90 manat olmaqla cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq X8 verilməsinə dair qətnmaə üzrə müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, X4 Sadiq Hüseynağa oğlunun himayəsində yaşadığından Xatirə Nəsirzadəyə ödənilməli olan aliment məbləğinin dayandırılmasına razıdır. Lakin İddiaçı tərəfindən onun himayəsində olan X14 üçün müəyyən olunmuş aliment məbləğinin ödənilməli olduğundan iddianın həmin hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi X6 iddia tələbini qismən qəbul edərək, X1 Aynur Hüseynəli qızının himayəsində qaldığından həmin uşaq üçün İddiaçı tərəfindən aliment ödənilməlidir. Ona görə də, göstərilən halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(018)- 795/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçı X11 ilə cavabdeh İddiaçı arasında 06 oktyabr 2011-ci il tarixində Astara rayon İcra Hakimiyyəti başçısının Pensər kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 46 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 06 noyabr 2012-ci il təvəllüdlü X14 və 28 yanvar 2014-ci il təvəllüdlü X9 anaları X7 himayəsində saxlanması, 06 noyabr 2012-ci il təvəllüdlü X10 və 28 yanvar 2014-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 22 iyul 2019-cu il tarixindən başlayaraq cavabdeh İddiaçı hər ay bir uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-T seriyalı 270406 nömrəli doğum haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X15 xx.xx.2014-cü ildə anadan olmuş, atası İddiaçı, anası isə Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan Astara RİHB-nın Pensər kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 670 saylı arayışından görünür ki, 2014-cü il təvəllüdlü X15 faktiki olaraq hal-hazırda Astara rayonu Pensər kəndində atası İddiaçı yaşadığı evində yaşayır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 7E-505 reyestr nömrəli etibarnamə sənədindən görünür ki, Cavabdeh etibarnamədə qeyd edilən hüquqlarının həyata keçirilməsini 01 il müddətinə X5 etibar etmişdir. İş materiallarında olan AZE000***** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Astara rayonu Pensər kəndində anadan olmuşdur. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE08163218 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1960-cı il tarixdə Astara rayonu Pensər kəndində anadan olmuşdur. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 50 (əlli) manat, mediasiya sessiyasında iştirak üçün 150 (yüz əlli) manat dövlət rüsumu ödənilmişdir. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 113-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə, aliment ödənilən uşaq övladlığa götürüldükdə, aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda, aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə, əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduğu hallarda xitam verilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Məhkəmə qeyd edilən işin halları və qanunvericilik normalarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, İddiaçı aliment öhdəliklərinə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. X3 İddiaçı himayəsində olması, həmçinin İddiaçı ailə və maddi vəziyyətində olan dəyişiklik nəzərə alınaraq İddiaçı Xatirə Nəsirzadə üçün aliment ödəməkdən azad edilməsi məqsədə müvafiq hesab edilir. Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Astara rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-795/2019 saylı qətnaməsinə əsasən İddiaçı 28 yanvar 2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 (doxsan) manat məbləğdə sabit pul məbləğində alimenti ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən, Ailə Məcəlləsinin 112-ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-795/2019 saylı qətnaməsinə əsasən İddiaçı 28 yanvar 2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 (doxsan) manat məbləğdə sabit pul məbləğində alimenti ödəməkdən azad edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-149/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-149/2025
27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver