Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-152/2023 07.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı hamiləlik dövründə sabit pul məbləğində maddi yardım tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh hamiləliyi dövrdə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh ilə faktiki nikah münasibətlərində olub, kəbinləri var, lakin kəbin kağızı cavabdehin anasındadır. İddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Cavabdeh ilə 2017-ci il tarixdə faktiki olaraq ailə həyatı qurmuşdur. Ər-arvad olaraq 17 noyabr 2022-ci il tarixə qədər birgə yaşamışlar. Əvvəllər cavabdeh ailəyə diqqət və qayğı göstərdiyini, həmçinin ailənin bütün xərcini ödədiyini, münasibətləri normal olsa da, son vaxtlar ona məlum olmayan səbəblərdən maddi cəhətdən köməklik göstərmədiyini bildirmişdir. Halbuki, cavabdeh ona maddi cəhətdən kömək göstərməlidir. Hazırda cavabdehdən hamilə olduğunu, Tibbi Ərazi bölmələrindərinin idarəetmə Birliyi Astara rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin Poliklinika Şöbəsinin 23 noyabr 2022-ci il tarixli, 8959 nömrəli arayışı ilə təsdiq olunur ki, 10 həftəlik hamiləlik diaqnozu ilə Astara rayon X2 şöbəsinin qadın kabinetində dispanser qeydiyyatında durmuşdur. Qeyd etmişdir ki, cavabdeh sürücü işləyir və xarici dövlətlərə yük daşıyır. Cavabdeh qazancı kifayət qədər olduğunu və o könüllü olaraq hamiləlik dövründə ona maddi köməklik göstərmədiyini bildirmişdir. Odur ki, Cavabdeh hamiləliyi dövrdə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan Astara rayonu İHB-nin Astara şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X1 şəhəri, S.Vurğun küçəsi 5/21-də yaşayır. İş materiallarında olan Tibbi Ərazi bölmələrindərinin idarəetmə Birliyi Astara rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan görünür ki, xx xxxxxxxx 1987-ci il təvəllüdlü X1 rayon X2 şöbəsinin qadın kabinetində 10 həftəlik hamiləlik diaqnozu ilə dispanser qeydiyyatında durmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx xxxxxxxx 1987-ci il tarixdə anadan olmuşdur. Məhkəmədə İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o barədə sübutları təqdim etmədi.. Göstəriləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı hamiləlik dövründə sabit pul məbləğində maddi yardım tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanıb Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı hamiləlik dövründə sabit pul məbləğində maddi yardım tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-152/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-152/2023
07.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver