Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1535/2023 06.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2019cü ildə X3 və xx.xx.2021-cı il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 400 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə ailə quraraq uzun müddət birlikdə yaşamışlar. Ər-arvad münasibətindən xx.xx.2019-cü ildə X3 və xx.xx.2021-cı il təvəllüdlü X4 adh övladları olmuşdur. Nikahları rəsmi qaydada xx.xx.2019-cü il tarixdə qeyd etdirmişlər. Hal-hazırda da uşaqlar onun himayəsindədirlər.İzah edir ki, evləndikdən sonra aralarında olan narazılıqlara görə ayrılmışlar. O, heç yerdə işləməsə də, çətinliklədə olsa anasının köməkliyi ilə uşağlarını böyüdür. Uşaqlarının atası ona heç bir köməklik etmir. Dəfələrlə bu məsələni könüllü qaydada həll etməyinə çalışmağına baxmayaraq bu günə kim heç bir nəticəsi olmamışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir ki, qanunla müəyyən edilmiş qaydada cavabdehdən uşağların saxlanılması üçün hər ay 400 manat pul alıb ona verilməsi barədə qətnamə çıxarasınız.Cavabdeh bu müddət ərzində uşağları ilə maraqlanmamış və heç bir maddi yardım etməmişdir. Ümumiyyətlə hesab edir ki, ailə münasibətləri kəskin surətdə pozulduğundan ailənin saxlanılması və bərpası mümkün deyildir. Belə ki,ayrı yaşadığı müddət cavabdeh ailənin saxlanılması üçün heç bir cəhd etməmişdir.Bundan başqa qeyd etdiyi kimi cavabdeh uşağlarının saxlanılması üçün bir valideyin kimi heç bir maddi köməklik etmir. Cavabdehin qazancı qeyri-müntəzəmdir, daimi iş yeri yoxdur. Qazancından müəyyən hissə kimi aliment tutulması mümkün deyildir. Ona görə də, məhkəmə tərəfindən sabit pul məbləğində aliment qət edilməlidir.Odur ki, iddianın təmin edilməsi, Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2019-cü ildə X3 və xx.xx.2021-cı il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 400 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul etməyərək bildirdi ki, iddiaçı uşaqları götürüb aparıb, ona imkan vermir ki, uşaqlarına baxsın. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA №-3149996 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Astara rayonunda anadan olmudur. İş materiallarında olan Astara rayon İHB-nın Şüvi kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu, Deqədi kəndində yaşayır. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-cı il təvəllüdlü X1 şəhərində doğulmuş və doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 618 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cü il təvəllüdlü X7 Astara şəhərində doğulmuş və doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixində 644 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Astara rayonu Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə bağlanmış və 31 nömrə ilə qeyd edilmişdir İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞL-02153 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən aliment tələbinə dair mübahisə üzrə İddiaçı xx.xx.2023-cü il tarixində saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 (əlli beş) manat ödəniş etmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, Cavabdeh 30 oktyabr 2023-cü il tarixdən başlayaraq, 20 sentyabr 2019-cu il təvəllüdlü X3 və 06 iyun 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 30 oktyabr 2023-cü il tarixdən başlayaraq, 20 sentyabr 2019-cu il təvəllüdlü X3 və 06 iyun 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1535/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1535/2023
06.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver