Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-162/2023 02.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Astara Notariat Kontoruna qarşı "bağışlama müqaviləsi və ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 xx.xx.2012-ci il tarixində X4 ilə X5 arasında bağlanmış bağışlama müqaviləsi və ondan yaranan hüquqi nəticələrin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, mərhum əri X4 ilə 1966-cı ildə nikaha daxil olmuşdur. Birgə nikah dövründə onlar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini əldə etmişlər. İddiaçı 2022-ci il tarixə qədər həmin evdə tək yaşamışdır. 2022-ci il tarixin fevral ayında iddiaçı müalicə ilə əlaqədar Flora Həsənovaya məxsus Astara şəhərində yerləşən fərdi yaşayış evinə köçmüşdür. İddiaçı müalicəsi bitdikdən sonra evə qayıtmaq istəyən zaman iddiaçının digər qızı hazır ki, iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 ona evə daxil olmağa məhdudiyyətlər yaratmışdır. Ofeliya Hüseynova qeyd olunan evin ona məxsus olduğunu və həmin evdə qızı Günelin öz ailəsi ilə yaşayacağını bildirmişdir. Öz sözlərinin təsdiqi kimi cavabdeh iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nişanlı çıxarışı təqdim etmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, mərhum əri ilə birgə nikah ərzində əldə edilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hazırda paylı mülkiyyət formasında onun iki övladı Cavabdeh1 və Cavabdeh2 mülkiyyətindədir. Belə ki, ev cavabdehlərdən biri Ofeliya Hüseynovaya atası tərəfindən 2012-ci il tarixdə bağlanmış, Ofeliya Hüseynova isə evin bir hissəsini 2022-ci il tarixdə qardaşı Cavabdeh2 bağışlamışdır. İddiaçının qeyd olunan evin onun mərhum əri tərəfindən uşaqlarına bağışlanması haqqında isə heç bir məlumatı olmamış və o, yalnız mübahisə yaranan zaman bundan xəbər tutmuşdur. Daha sonra o, vəkilə müraciət etmiş və Astara şəhər notariat ofisinə göndərilmiş vəkil sorğusuna verilmiş 25 noyabr 2022-ci il tarixli cavabdan bəlli olmuşdur ki, sözügedən mülkiyyət 04 may 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən Ofeliya Hüseynovanın mülkiyyətinə keçmişdir. Lakin, 25 noyabr 2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş ərizədən bəlli olur ki, 2012-ci il tarixdə bağışlama müqaviləsi bağlanan zaman İddiaçı notarial qaydada razılıq ərizəsi alınmamışdır. Sənədləri əldə edəndən sonra məlum olmuşdur ki, İddiaçı qeyri-qanuni formada bağlanmış əqdin nəticəsində mülkiyyət hüququndan məhrum edilmiş və qoca yaşda evsiz qaldığını bildirmişdir. Odur ki, Cavabdeh3 xx.xx.2012-ci il tarixində X4 ilə X5 arasında bağlanmış bağışlama müqaviləsi və ondan yaranan hüquqi nəticələrin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, bildirdi ki, iddia ərizəsində qeyd olunur ki, İddiaçı 2022-ci il tarixə qədər həmin evdə tək yaşamışdır. 2022-ci il tarixin fevral ayında iddiaçı müalicə ilə əlaqədar Flora Həsənovaya məxsus Astara şəhərində yerləşən fərdi yaşayış evinə köçmüşdür. İddiaçı müalicəsi bitdikdən sonra evə qayıtmaq istəyən zaman iddiaçının digər qızı hazır ki, iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 ona evə daxil olmağa məhdudiyyətlər yaratmışdır. Cavabdeh1 qeyd olunan evin ona məxsus olduğunu və həmin evdə qızı Günelin öz ailəsi ilə yaşayacağını bildirmişdir. Öz sözlərinin təsdiqi kimi cavabdeh iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nişanlı çıxarışı təqdim etmişdir. Qeyd edilən sözlərin həqiqətə uyğun olmasına dair İddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Evin Cavabdeh1 mülkiyyətində olması həqiqətdir. X2 həmin evi anası İddiaçı razılığı ilə, bütün ailə üzvlərinin razılığına əsasən 04 may 2012-ci il tarixdə bağışlama müqaviləsinə əsasən ona bağışlamışdır. Sonradan o, könüllü olaraq onun mülkiyyətində olan evin bir hissəsini qardaşı Cavabdeh2 bağışlamışdır. Daha sonra iddia ərisəsində qeyd olunur ki, guya bağışlama müqaviləsi bağlanarkən İddiaçı razılıq ərizəsi alınmamışdır. Bu xüsusatda həqiqəti əks etdirmir. Onun sorğusuna əsasən Astara notariat ofisindən almış notariat işi sübut kimi məhkəməyə təqdim olunmuşdur. Həmin notariat işində İddiaçı tərəfindən imza edilmiş ərizəsi vardır. Deməli İddiaçı evin qızı Cavabdeh1 bağışlanmasında məlumatlı olmuş və bu barədə öz razılıq ərizəsini imzalayıb notariata təqdim etmişdir. Daha sonra iddia ərizəsində qeyd olunur ki, qoca vaxtında evindən məhrum olmuş və küçədə qalmışdır. Bu sözlərdə əsassız sözlərdir. Cavabdeh1 heç vaxt öz anasını evdən qovmamış və ya gəlib həmin evdə yaşamasına mane olmamışdır. O, özü qızı Flora Həsənovanın evinə getmiş və onun öz evinə gəlib yaşamasına heç bir maneə yoxdur. Daha sonra iddia ərizəsində qeyd olunur ki, bu məsələ mülkiyyət hüququna aid olduğu üçün və müqavilənin etibarsız məsələsi qaldırıldığı üçün həmin məsələlərə iddia müddəti şamil edilmir. İddiaçının bu dəlili də həqiqəti əks etdirmir. Çünki iddiaçı müqavilənin etibarsızlığını deyil müqavilənin ləğv olunmasını tələb edir. Odur ki, göstərilənləri nəzərə alaraq ona qarşı verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2 və Astara Notariat Kontoruna qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh2 və Astara Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx xxxxxx 1945-ci il tarixdə Astara şəhərində anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Astara şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanda qeydiyyatda olmaqla, halhazırda ünvan 3 materiallarında olan AZE 09178217 seriya və nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, vəsiqəsindən görünür ki, Cavabdeh2 28 iyun 1973-cü il tarixdə Astara şəhərində anadan olmuşdur. İş materiallarında olan 04 may 2012-ci il tarixdə fərdi yaşayış evinin bağışlanması müqaviləsindən görünür ki, “bağışlayan” X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən 28 aprel 2012-ci il tarixdə verilmiş 22-28-061 saylı arayışa əsasən ona məxsus olan Astara şəhəri, Qum küçəsi ünvanında istifadəsində olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91.4 kv.m ümumi, o cümlədən 53.9 kv. yaşayış, 37.5 kv.m köməkçi sahədən ibarət 107 nömrəli fərdi yaşayış evini “Bəxşişi qəbul edən”ə qızı Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, X1 şəhəri, Qum küçəsi ünvanında istifadəsində olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91.4 kv.m ümumi, o cümlədən 53.9 kv. yaşayış, 37.5 kv.m köməkçi sahədən ibarət 107 nömrəli fərdi yaşayış evini “Bəxşişi qəbul edən”ə qızı Cavabdeh1 bağışlanılmasına etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti Hüququların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrinin çıxarışından görünür ki, Astara şəhəri, Qum küçəsi ünvanında istifadəsində olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91.4 kv.m ümumi, o cümlədən 53.9 kv. yaşayış, 37.5 kv.m köməkçi sahədən ibarət 107 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 130 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 92.9 kv.m olan fərdi yaşayış evinin 25.2 kv.m hissəsi Cavabdeh1, 67.7 kv.m hissəsi Cavabdeh2, orada yerləşən ümumi sahəsi 0.06808 hektar torpaq sahəsinin 0.025 hektar hissəsi Cavabdeh1, 0.0431 hektar hissəsi isə Cavabdeh2 xüsusi paylı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reystri tərəfindən verilmiş arayışdan görünür ki, X1 şəhəri, Qum küçəsi ev 107 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 130 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668-ci maddəsinə əsasən Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh3 xx.xx.2012-ci il tarixdə X4 ilə X5 arasında bağlanmış bağışlama müqaviləsi və ondan yaranan hüquqi nəticələrin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslanmışdır ki, onun daşınmaz əmlakın cavabdehə bağışlanmasına razılığı olmamışdır. Astara rayon Notariat kontorundan sorğu əsasında alınmış notariat işinin materiallarında olan İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, o, X1 şəhəri, Qum küçəsi ünvanında istifadəsində olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91.4 kv.m ümumi, o cümlədən 53.9 kv. yaşayış, 37.5 kv.m köməkçi sahədən ibarət 107 nömrəli fərdi yaşayış evini “Bəxşişi qəbul edən”ə qızı Cavabdeh1 bağışlanılmasına etiraz etmir. Məhkəmə şərh edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Astara Notariat Kontoruna qarşı "bağışlama müqaviləsi və ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Astara Notariat Kontoruna qarşı "bağışlama müqaviləsi və ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-162/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-162/2023
02.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver