Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1755/2025 11.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zalı oğluna qarşı “aliment” tələbinə dair ilk, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zalı oğlunun iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zalı oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zalı oğlundan birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla (hər illər üzrə artırılacaq olan ölkə üzrə minimum əmək haqqına münasibətdə) hər ay hər uşağa 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin və ödədiyi 60 manat mediasiya xərcinin alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Zalı oğlu el-adət ilə ona elçi göndərmiş və xx.xx.2019-cü il tarixdə nişan və toy etmişlər. Aralarında olan nikahı 06 may 2019-cü il tarixdə 85 nömrəli akt ilə Astara rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Ər-arvad olaraq 05 may 2025-ci il tarixə kimi bir təsərrüfatda yaşamışlar. Bu münasibətdən xx.xx.2019-cü il tarixdə X3 və xx.xx.2023-c il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Uşaqlar sağ və salamt olmaqla yanında yaşayırlar. Cavabdeh ilə evləndiyi ilk günlərdə ər-arvad münasibətləri normal olmuş və mehriban ailə münasibətləri ilə birgə yaşamışlar. Lakin, son vaxtlar səbəbsiz olaraq ailəyə qarşı münasibətləri dəyişmişdir. Bundan əlavə səbəbsiz olaraq xx.xx.2025-ci il tarixdən ayrılmışlar və uşaqlarının saxlanılması üçün heç bir maddi yardım etməmişdir və uşaqları ilə maraqlanmamışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkil) Vəkil əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçi İddiaçı Cavabdeh Zalı oğluna qarşı sabit pul məbləğində aliment tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsində qeyd olunur ki, "Cavabdeh Zalı oğlundan birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa 250 manat, cami 500 manat sabit pul məbləğində alimentin və ödədiyi 60 manat mediasiya xərcinin alınaraq xeyrinə verilməsi barədə" qətnamə çıxarılmasını xahiş etmişdir. Nəzərə çatdırır ki, cavabdeh Əlizadə X6 Respublikasında gəmidə işləyir onun aylıq gəliri 2500 Amerika dollarıdır. Ona görə də, iddia predmetini artırmaq istəyir. Bu barədə onlarda olan diski sübut kimi məhkəməyə təqdim edir və iddia predmetinin aşağıdakı kimi qəbul edilməsini istəyir. "Cavabdeh Zalı oğlundan birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alımmaqla hər ay hər uşağa 500 manat, cami 1000 manat sabit pul məbləğində alimentin və ödədiyi 60 manat mediasiya xərcinin alınaraq xeyrinə verilməsi barədə" qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zalı oğlu iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında olan 16 may 2019-cu il tarixdə qeydə alınmış nikahın bağlanması haqqında 85 nömrəli akt qeydinin pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zalı oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tələbinə dair" iddia ərizəsi üzrə mülki iş icraatdadır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qanuna zidd hərəkətləri nəticəsində iddiaçı ilə ər-arvad münasibəti pozulmuş, qanunla qorunan konstitutsion hüquq və azadlıqlarımın məhkəmə qaydasında müdafiə və təmin edilməsinə zəruriyyət yarandığından, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edərək, hazırki qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək bildirir ki, İddiaçı ilə arasındakı nikahı xx.xx.2019-cu il tarixdə müvafiq icra hakimiyyəti orqanında qeyd etdirməklə ər-arvad kimi birlikdə yaşamış, birgə nikahdan iki uşağı doğulmuşdur. Qeyd etmək istəyir ki, cavabdeh İddiaçı ilə ər-arvad münasibəti pozulmuşdur. İddiaçı ona qarşı hörməksizlik etmiş, ailədə tez-tez dava-dalaş salmış, onu ailənin üzvü kimi qəbul etməmişdir. Bundan sonra cavadeh İddiaçı ilə barışıb yenidən ər-arvad kimi yaşamağı, ailənin saxlanması qeyri-mümkün olduğundan aralarındakı nikah formal xarakter daşıyır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil ilkin iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etdiyini bildirərək, İddiaçı ilə Cavabdeh arasında olan 16 may 2019-cu il tarixdə qeydə alınmış nikahın pozulması, Cavabdeh Zalı oğlundan birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla (hər illər üzrə artırılacaq olan ölkə üzrə minimum əmək haqqına münasibətdə) hər ay hər uşağa 500 manat, cəmi 1000 manat sabit pul məbləğində alimentin və ödədiyi 60 manat mediasiya xərcinin alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etdiyini bildirərək, Cavabdeh ilə aralarında olan 16 may 2019-cu il tarixdə qeydə alınmış nikahın pozulması, Cavabdeh Zalı oğlundan birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla (hər illər üzrə artırılacaq olan ölkə üzrə minimum əmək haqqına münasibətdə) hər ay hər uşağa 500 manat, cəmi 1000 manat sabit pul məbləğində alimentin və ödədiyi 60 manat mediasiya xərcinin alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zalı oğlunun nümayəndəsi (vəkil) X7 xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianı müdafiə etdiyini, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, iştirakı olmadan işə baxılıb qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin və onun nümayəndəsinin (vəkil) izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi tam təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, yaşayış yeri barədə Astara rayon İHB-nin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 oktyabr 2025-ci il tarixli 1987 saylı arayışdan görünür ki, İddiaçı Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, 25 iyun 2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh Zalı oğlu ilə X5 arasında Astara rayon Qeydiyyat şöbəsində 16 may 2019-cu il tarixdə 85 saylı nikah aktı qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əlizadə soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli arayışdan görünür ki, 25 dekabr 2019-cu il təvəllüdlü X1 anası X5, atası Cavabdeh Zalı oğludur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli arayışdan görünür ki, 16 may 2023-cü il təvəllüdlü X2 anası İddiaçı, atası Cavabdeh Zalı oğludur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, “İlkin mediasiya sessiyasında iştirak etdilməməsi barədə” Arayışdan görünür ki, 09 oktyabr 2025-ci il tarixində, saat 10:30-da keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh Zalı oğlu iştirak etməmişdir. İddiaçı 60 manat İMS xərci ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, yaşayış yeri barədə Astara rayon İHB-nin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 avqust 2025-ci il tarixli 1283 saylı arayışdan görünür ki, Əlizadə X9 rayonu Kijəbə qəsəbəsində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, “İlkin mediasiya sessiyasında iştirak etdilməməsi barədə” Arayışdan görünür ki, 20 avqust 2025-ci il tarixində, saat 14:30-da keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh Zalı oğlu iştirak etmiş, İddiaçı iştirak etməmişdir. İddiaçı 60 manat İMS xərci ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh Zalı oğlu tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında əlavə və məhkəmə iclasında tədqiq edilmiş yaddaş kartında olan şəkillərdən görünür ki,sözügedən şəkillərdə Cavabdeh Zalı oğlu gəmidə təsvir olunmuşdur. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Ailə Məcəlləsinin 21-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmçinin, həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Həmin Məcəllənin 52-ci maddəsində müəyyən edilmişdir ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmçinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumunun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə isə valideynlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.3-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 uşağa görə— qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əməkhaqqının miqdarı 400 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, ilkin iddia üzrə iddiaçı ilə cavabdehin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 adlı övladları var. Yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının himayəsindədir. Uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İddiaçı iki uşaq üçün hər ay 1000 manat aliment tələb edir. Tələbini cavabdehin gəmidə işləməsi ilə əlaqələndirir. Lakin, cavabdehin əmək haqqı və iş yeri barədə məlumatlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəf hər uşaq üçün 150 manat aliment ödəyə biləcəyini qeyd emişdir. Cavabdeh qarşılıqlı iddia tələbi ilə müraciət edib ilkin iddia üzrə iddiaçı ilə aralarındakı nikahın pozulmasını istəyir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmalıdır. Tərəflərin maddi, əmlak və s. vəziyyətlərini, həmçinin uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla 2025-ci il üçün minimum əmək haqqının 0.625 misli həddində müəyyən edilməlidir. Belə ki, iddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 500 manat aliment tələb etsə də, iddiaçı tərəfindən cavabdehin əmək haqqı, kifayət qədər gəliri olması ilə bağlı hər hansı bir əsas gətirilməmiş, bu barədə sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən cavabdehin gəmidə görüntülərini əks etdirən şəkillər isə onun əmək haqqı və kifayət qədər gəlirini təsdiq edən hal deyil. Belə olan halda, alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib deyildir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan aliment hər ay sonrakı artımlar nəzərə alınmaqla 2025-ci il üçün minimum əmək haqqının 0.625 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, bu halda alimentin miqdarı hazırki işin faktiki hallarına və sadalanan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Əks halda, hazırki işdə xeyrinə aliment tutulan uşağın marağı əhəmiyyətli dərəcədə pozulmuş olar. Məhkəmə nikahın pozulmasına dair qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə tərəflərə iddiaçı nikahın pozulmasını tələb etdiyindən, məhkəmə tərəfindən barışıq üçün verilmiş vaxt ərzində barışıq əldə edilmədiyindən, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh nikahın pozulmasına razı olduğundan nikah pozulmalıdır. Belə ki, tərəflər ayrıayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq mövcud olan tərəflərin nikahlarının davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Məhkəmə hesab edir ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri ilə bağlı mübahisə olmadığından, uşaqlar hazırda anasının himayəsində olduğundan və uşaqların üstün mənafeyi əsas götürülməklə tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında saxlanılmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti ilkin iddia üzrə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə məyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün əmək haqqının 0.625 misli miqdarında alimentin tutulması qərara alındığından bir il ərzində ödəmələrin məcmusu 6000 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 80 manat təşkil edir. Odur ki, cavabdehdən 80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mediasiya xərci olaraq ilkin iddiaçı tərəfindən ödənilmiş 60 manatın isə 30 manat hissəsi ilkin iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 30 manat hissə isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Zalı oğluna qarşı “aliment” tələbi barədə ilkin iddiası qismən təmin edilsin. 17 oktyabr 2025-ci il tarixindən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.625 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 60 manatın 30 manat hissəsi Cavabdeh Zalı oğlundan İddiaçı xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin olunmasın. Cavabdeh Zalı oğlunun İddiaçı qarşı “nikahın pozulması” tələbi barədə qarşılıqlı iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Astara rayon Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə 85 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə 80 (səksən) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Alimentin tutulması hesablanarkən Astara rayon Məhkəməsinin 16(018)-42/2025 saylı 15 dekabr 2025-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadı nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-1755/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1755/2025
11.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver