Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1761/2025 27.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2010-cu il tarixdə X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 450 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə mülki işi ilə əlaqədar iddianı müdafiə etdiyini bildirərək, prosesi iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməmiş, işə iddiaçının iştirakı ilə baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı X2 təkrar məhkəmə hazırlıq iclasına gəlməmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi barədə ərizə vermiş, ərizəsində məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbini göstərməmiş, buna dair sübut təqdim etməmişdir. İddiaçının 27 noyabr 2025-ci il tarixli məhkəmə iclasının iştirakı olmadan keçirilməsi barədə ərizəsi poçt vasitəsi ilə məhkəməyə daxil olmamış, iddiaçının adından verilən ərizə xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə təqdim edilmiş, ərizəyə iddiaçının şəxsiyyət vəsiqəsi əlavə edilmişdir. Lakin, ərizəyə əlavə edilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindəki imza ilə, xx.xx.2025-ci il tarixli ərizədəki imzanın tamamilə fərqli imzalar olması müəyyən olunmuşdur. Məhkəmə qeyd edilənləri nəzərə alıb belə nəticəyə gəlir ki, iddiaçı X2 xx.xx.2025-ci il tarixdə ümumiyyətlə məhkəməyə gəlməmiş, həmin ərizəni imzalamamış, ərizə onun adından məhkəməyə təqdim edilmiş, iş materillarında isə iddiaçının adından məhkəməyə ərizə vermək səlahiyyəti olan şəxs müəyyən edilməmişdir. Beləliklə, iddiaçı təkrarən üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə müvafiq olaraq, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 268, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-1761/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1761/2025
27.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver