Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-180/2025 15.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı, vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü xx.xx.2024-cü il tarixdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimenti və mediasiya şurasına ödədiyi 60 (altmış) manat pulu cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmasından ötru cavabdehdən xx.xx.2024-cü il tarixdən hər ay uşağa 235 manat sabit pul məbləğində alimenti və mediasiya şurasına ödədiyi 60 manat pulu cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə hüquqi savadı olmadığı üçün Lənkəran Rayon Vəkil Bürosunun hesabına 320 manat pul köçürmüşdür. Odur ki, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü cavabdehdən xx.xx.2024-cü il tarixdən hər ay uşağa 235 manat sabit pul məbləğində alimenti, xx.xx.2023-cü il təvəllüdlü X5 üç yaşa qədər qulluq etməyə görə 100 manat və mediasiya şurasına ödədiyi 60 manat pulu və hüquqi yardıma görə 320 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı vəkili X6 iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iş üzrə Cavabdeh razılığı ilə ailə qurmuşlar. Cavabdeh ilə birgə faktiki yaşadıqları dövrdə xx.xx.2023-cü il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə 2020-ci ildən 2024-cü ilin aprel ayına kimi bir yerdə Lənkəran şəhərində kirayə ev tutub yaşamışlar, 2024-cü ilin aprel ayında Lerik rayonunda başqa qadınla tanış olub və bir yerdə yaşayırlar. Həmin dövrdən əlaqəni kəsmişlər. Bu səbəbdən 2024-cü il aprel ayında Lənkəran şəhərində uşağı ilə kirayədə yaşayır. Dəfələrlə cavabdehə uşağın saxlanmasına köməklik edilməsini xahiş etsə də əhmiyyət verməmişdir. Bu barədə xx.xx.2024-cü il tarixdə cavabdehə aliment verilməsi üçün mediasiya təklifi göndərmişdir. Hal hazırda övladıonun yanında yaşayır. Uşağı özü saxlayır. O, uşağın maddi təminatını özü və qonşularının köməkliyi ilə ödəyir. Cavabdehin yardımına ehtiyacı vardır. Ona görə aliment tələb edir. Cavabdeh bal satışı ilə məşğul olur. Lakin heç bir uşaqla maraqlanmır və ya maddi yardım etmir. Cavabdeh mediyasiya prosessində iştirak etsə də, uşağa aliment verməsinə razı olmamışdır. Uşaq üçün ayda 235 manat aliment tələb edir. Çünki uşağın ayda 600 manatdan çox xərci vardır. Uşağı vaxtaşırı həkimə aparır. Cavabdeh ilə bir yerdə yaşadıqları vaxtda o, Astarada saxladığı balları Lənkəranda satırdı. Aylıq gəliri 4000-5000 manatdan çox idi. Həmin vaxtı ballın satılmasında iştirak edirmişdir. Hazırda 150 ədəd bal yeşiyi vardır. Hətta şəxsi kənd təsərrüfatında mandarin və limon ağacları vardır. Ona görə aliment tələbinə dair məhkəməyə müraciət etməyə qərarına gəlmişdir. Cavabdeh xx.xx.2023cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü cavabdehdən xx.xx.2024-cü il tarixdən hər ay uşağa 235 manat sabit pul məbləğində alimenti və Mediasiya Şurasına ödədiyi 60 manat pulu cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı, vəkili X3 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 879180 nömrəli doğum haqqında şəhadətnamə sənədindən görünür ki, X7 xx.xx.2023-cü ildə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 452085 seriya və nömrəli xx.xx.2023-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023cü ildə İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. İş materiallarında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Astara rayonu, Siyakü kəndində anadan olmuşdur. İş materiallarında olan AA5164607 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli EO-947VK-8695/24 nömrəli vəkil orderindən görünür ki, X1 Kəklik Zülfüqar qızına alimentin sabit pul məbləğində müəyyən olunması ilə bağlı iddiaçının hüquqlarının müdafiəsində kömək edir. Mülki işə əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞL-01359 nömrəli arayışdan görünür ki, İddiaçı və Cavabdeh mediasiya prosesində iştirak etsələr də, barışıq əldə etməmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ******** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmək üçün 60 (altmış) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, hüquqi yardım göstərilməsi üçün Lənkəran rayon Vəkil Bürosuna İddiaçı tərəfindən 321 (üç yüz iyirmi bir) manat ödənmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 10 oktyabr 2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü xx.xx.2024-cü il tarixdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimenti və mediasiya şurasına ödədiyi 60 (altmış) manat pulu cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi hüququndan istifadə edərək Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü xx.xx.2024-cü il tarixdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, xx.xx.2023-cü il təvəllüdlü X5 03 (üç) yaşına qədər qulluq etməyə görə 100 (yüz) manat, mediasiya şurasına ödədiyi 60 (altmış) manat pulun və hüquqi yardıma görə 320 (üç yüz iyirmi) manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10 oktyabr 2024-cü il tarixdən başlayaraq, 21 may 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, Cavabdeh 21 iyun 2023-cü il təvəllüdlü X5 üç yaşı tamam olanadək hər ay 100 (yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməli, Cavabdeh mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat, hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10 oktyabr 2024-cü il tarixdən başlayaraq, 21 may 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh 21 iyun 2023-cü il təvəllüdlü X5 üç yaşı tamam olanadək hər ay 100 (yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Cavabdeh mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat, və hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-180/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-180/2025
15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver