Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-196/2025 06.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4, Cavabdeh5 və maraqlı şəxs Astara rayon notariat ofisinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4, Cavabdeh5 və maraqlı şəxs Astara rayon notariat ofisinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı vəsatət ilə məhkəməyə müraciət edərək iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 işə baxılmasını tələb etmədiklərini bildirdilər. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh5 və maraqlı şəxs Astara rayon notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4, Cavabdeh5 və maraqlı şəxs Astara rayon notariat ofisinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, hazırki 2(018)-196/2025 saylı mülki iş üzrə iddia ərizəsi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1-cı, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və maraqlı şəxs Astara rayon notariat ofisinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-196/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-196/2025
06.02.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver