Məhkəmə qərarları › İş №2(018)-204/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-204/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-204/2025 16.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, 01 yanvar 2008-ci il təvəllüdlü X3, 25 oktyabr 2009-cu il təvəllüdlü X4 və 17 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz oyuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona verilməsi, habelə ödənilmiş 55 (əlli beş) manat rüsumun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və iddiasını müdafiə etdiyini bildirmiş, iclasın iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı X2 iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 2005-ci il tarixdə rəsmi nikah münasibətinə girməklə ailə qurmuşdur. Bu nikahdan onların 19 mart 2006-cı il təvəllüdlü İsmayıl, 01 yanvar 2008-ci il təvəllüdlü Kəbirə, 25 oktyabr 2009-cu il təvəllüdlü Səbirə və 17 oktyabr 2011-ci il təvəllüdlü İbrahim adlı dörd uşaqları doğulmuşdur. Cavabdehlə aralarında ər-arvad münasibətləri pisləşdiyi üçün nikahları məhkəmə qaydasında pozulmuşdur. İsmayıl adlı uşaqları hərbi xidmətdədir. Digər uşaqlar isə onun himayəsindədir. Cavabdeh hal-hazırda həbsdədir və uşaqların saxlanması naminə heç bir maddi köməklik göstərmir. Ona görə də cavabdehdən uşaqların saxlanılması üçün aliment tələb edir. 01 yanvar 2008-ci il təvəllüdlü X3, 25 oktyabr 2009-cu il təvəllüdlü X4 və 17 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz oyuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona verilməsi, habelə ödənilmiş 55 (əlli beş) manat rüsumun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3-16-5/8-2508/2024 nömrəli arayış sənədindən görünür ki, Astara rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş və xx.xx.2016-cı il tarixdə Astara rayon qeydiyyat şöbəsində 68 nömrəli akt qeydi aparılmış, aravada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 029613 nömrəli doğum haqqında şəhadətnamə sənədindən görünür ki, X8 01 yanvar 2008-ci ildə anadan olmuş, atası Cavabdeh, anası isə X5 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 327247 nömrəli doğum haqqında şəhadətnamə sənədindən görünür ki, X9 25 oktyabr 2009-cu ildə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 746008 nömrəli doğum haqqında şəhadətnamə sənədindən görünür ki, X6 17 oktyabr 2011-ci ildə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara RİHB-nın Səncərədi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndilinin xx.xx.2024-cü il tarixli 1386 saylı arayışından görünür ki, İddiaçı Astara rayonu, Səncərədi kəndində yaşayır. Mülki işə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024cü il tarixli MŞL-01474 nömrəli arayışdan görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********4 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmək üçün 55 (əlli beş) manat dövlət rüsumu ödəmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 30 oktyabr 2024-cü il tarixdə təqdim edilmişdir. Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30 oktyabr 2024-cü il tarixdən başlayaraq, 01 yanvar 2008-ci il təvəllüdlü X8, 25 oktyabr 2009-cu il təvəllüdlü X9 və 17 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, həmçinin Cavabdeh mediasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 30 oktyabr 2024-cü il tarixdən başlayaraq, 01 yanvar 2008-ci il təvəllüdlü X8, 25 oktyabr 2009-cu il təvəllüdlü X9 və 17 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh mediasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar