Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-260/2024 10.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı məhkəmənin müəyyən etdiyi alimentin və uşağın müalicəsi üçün müəyyən edilmiş vəsaitin miqdarının azaldılması tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı məhkəmənin müəyyən etdiyi alimentin və uşağın müalicəsi üçün müəyyən edilmiş vəsaitin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(018)-795/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş X1 müalicəsi ilə bağlı hər ay 200 manat vəsaitin azaldılaraq 100 manat müəyyən edilməsi və Astara Rayon Məhkəməsinin xx.xx.2019-cı il tarixli, 2(018)-617/2019 saylı qətnaməsi ilə X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 110 manat sabit pul məbləğində alimentin azaldılaraq 80 manat müəyyən edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun tərtib etməmişdir. Belə ki, iddia ərizəsində müxtəlif vaxtlarda qəbul edilmiş və biri biri ilə əlaqədar olmayan Astara Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(018)-795/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş X1 müalicəsi ilə bağlı hər ay 200 manat vəsaitin azaldılaraq 100 manat müəyyən edilməsi və Astara Rayon Məhkəməsinin xx.xx.2019-cı il tarixli, 2(018)-617/2019 saylı qətnaməsi ilə X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 110 manat sabit pul məbləğində alimentin azaldılaraq 80 manat müəyyən edilməsini xahiş etmişdir. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152.1.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı məhkəmənin müəyyən etdiyi alimentin və uşağın müalicəsi üçün müəyyən edilmiş vəsaitin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-260/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-260/2024
10.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver