Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-268/2025 17.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı, Maraqlı şəxs X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı Cavabdehna qarşı maraqlı şəxs X6 cəlb edilməklə “bağışlama müqaviləsinin etibarsız hesab edilib ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehna qarşı maraqlı şəxs X6 cəlb edilməklə “bağışlama müqaviləsinin etibarsız hesab edilib ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Notariat Ofisi tərəfindən 18 yanvar 2024-cü il tarixdə təsdiq edilmiş və reyestrdə 4Ə- 45 nömrə ilə qeyd olunmuş fərdi yaşayış evinin və torpaq sahəsinin X3 bağışlanmasına dair daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bağışlama müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs X1 müqavilənin Astara Rayon Məhkəməsinin 2(018)- 137/2025-ci il tarixli qətnaməsi ilə etibarsız hesab olunduğunu, hazırda həmin qətnamədən tərəfindən şikayət verildiyini qeyd etmiş, iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iddianın təmin edilməsini, bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflərin izahatatı, iş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki, İddiaçı X10 cavabdehlər X7,X4, İddiaçı, X6 və maraqlı şəxs Astara rayon Notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Astara rayon Notariat Ofisi tərəfindən 18 yanvar 2024-cü il tarixdə təsdiq edilmiş ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 143,6 m2, yaşayış sahəsi 60,6 m2 yardımçı sahəsi 83 m2 03 (üç) otaqlı fərdi yaşayış evinin və 0,06 ha olan torpaq sahəsinin X3 bağışlanmasına dair daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara rayon Məhkəməsinin 2(018)-137/2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 18 yanvar 2024-cü il tarixdə Astara rayon notariat ofisində rəsmiləşdirilmiş 4Ə-45 N ilə qeyd edilmiş ünvan 1ində yerləşən ümumi sahəsi 143,5 kv.metr yaşayış sahəsinin X3 bağışlanması müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. Hazırda həmin iş üzrə cavabdeh X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, ərizənin baxılmadan saxlanması üçün 3 şərt müəyyən edilmişdir. 1. Mübahisənin eyni tərəflər (cavabdeh və iddiaçı) arasında olması; 2. Mübahisənin eyni predmetlə bağlı olması; 3. Hər iki (əvvəlki və sonrakı) mübahisənin əsaslarının eyni olması. İşin hallarından da göründüyü kimi, eyni tərəflər arasında, eyni iddia predmet və eyni əsasla mülki işə baxılmış, qətnamə qəbul edilmiş, qətnamə hazırda qanuni qüvvəsini almamış və həmin mülki iş üzrə apellyasiya qaydasında mübahisələndirilməkdədir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla mövcud mübahisə üzrə məhkəmənin icraatında iş olduğundan hazırkı iddia ərizəsinə baxıla bilməz, iddia baxılmadan saxlanılmalıdır. Həmin Məcəllənin 260.1-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, iş üzrə iddianın baxılmamış saxlanması qərara alındığından, iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehna qarşı maraqlı şəxs X6 cəlb edilməklə “bağışlama müqaviləsinin etibarsız hesab edilib ləğv edilməsi” tələbinə dair iddiası baxılmamış saxlansın. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-268/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-268/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver