Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-286/2025 12.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman qızının katibliyi, Maraqlı şəxs Təyyub oğlunun iştirakı ilə, İddiaçı X2 Maraqlı şəxs Təyyub oğlu maraqlı şəxs cəlb edilməklə, cavabdeh Astara rayon Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilib ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X1 Bəhruz Təyyub oğlu maraqlı şəxs cəlb edilməklə, cavabdeh Astara rayon Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilib ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Maşxan kənd ərazisində yerləşən ümumisahəsi 0.63 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh Maraqlı şəxs Təyyub oğluna bağışlanmasına dair reyestr nömrəsi 437 qeydiyyata alınma tarixi xx.xx.2022-ci il olan bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Maraqlı şəxs Təyyub oğlu məhkəmə iclasında iştirak edərək işin baxılmadan saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə müvafiq olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda iddiaçıya izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etməmənin və bu haqda məhkəməyə məlumat verməmənin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdiyi təqdirdə hakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,268, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı X2 Maraqlı şəxs Təyyub oğlu maraqlı şəxs cəlb edilməklə, cavabdeh Astara rayon Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilib ləğv edilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-286/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-286/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver