Məhkəmə qərarları › İş №2(018)-292/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-292/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-292/2023 24.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X3 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsinə” kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Oqtay Şeydabəyov iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 555 (beş yüz əlli beş) manat məbləğində vurulmuş zərər və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «DAF FTXF YÜK» markalı, **-JY-*** dövlət nömrə nişanlı avtomobil 02 iyun 2022-cİ ildən 02 iyun 2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 25 may 2022-ci il tarixli PBA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. Cavabdeh idarə etdiyi «DAF FTXF YÜK» markalı, **-JY-*** dövlət nömrə nişanlı avtomobil 22 oktyabr 2022-ci il tarixdə saat 19:00 radələrində Qaradağ rayonu, Bakı-Astara yolunun 14 km-də “Daewoo Gentra” markalı, **- MX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirli bilinmiş və həmin hadisə ilə bağlı 01 noyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Zərərin hesablanması aktından görünür ki, hadisə nəticəsində “Daewoo Gentra” markalı, **-MX-*** dövlət nömrə nişanlı avtomobilə 555 manat məbləğində zərər dəymişdir. İddiaçı 06 dekabr 2022-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs Məmişov Sabir Məmməd oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir.

1. “BakıSığorta müqaviləsinə dair” məlumatından görünür ki, «DAF FTXF YÜK» markalı, **-JY-*** dövlət nömrə nişanlı avtomobil 02 iyun 2022-cİ ildən 02 iyun 2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır.

2. Sığorta aktından görünür ki, 22 oktyabr 2022-ci il tarixdə «DAF FTXF YÜK» markalı, **- JY-*** dövlət nömrə nişanlı avtomobillə Qaradağ rayonu, Bakı-Astara yolunun 14 km-də “Daewoo Gentra” markalı, **-MX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə “Daewoo Gentra” markalı, **-MX-*** dövlət nömrə nişanlı avtomobilə 555 (beş yüz əlli beş) manat maddi ziyan vurmuşdur.

3. 01 noyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir.

4. 06 dekabr 2022-ci il tarxili ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 555 (beş yüz əlli beş) manat məbləğində olan sığorta ödənişi Məmişov Sabir Məmməd oğlunun hesabına köçürülmüşdür. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinin 1 və və 2-ci hissələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikası MM-in 936-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında zərərin ödənilməsinə dair onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 555 (beş yüz əlli beş) manat məbləğində vurulmuş zərər "xxxx" ASC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində olan dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsinə dair» iddiası təmin edilsin. Cavabdeh 555 (beş yüz əlli beş) manat məbləğində vurulmuş zərər və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamin İbrahimov

AZƏRBAYCAN RESPUBLİKASİ ASTARA RAYON MƏHKƏMƏSİ

AZ-0700 Astara şəhəri H.Əliyev prospekti 7 Tel: (025) 225-24-30 Fax: (025 ) 225-24-40

№ 2(018)-1667/2021 “20” 12 2021-ci il

İddiaçı: "xxxx" ASC-yə Bakı şəhəri, İnşaatçılar prospekti, 22 L Cavabdeh: X2 oğluna Astara rayonu, Seləkəran kəndi

Astara Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(018)-1667/2021 nömrəli qətnamənin surəti məlumat ücün Sizə göndərilir.

Qoşma: qətnamənin surəti “__” vərəqə.

Astara rayon Məhkəməsinin hakimi: Zamin İbrahimov..

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ BAXİŞ İCLASİNİN PROTOKOLU

20 dekabr 2021-ci il İş №-2(018)-1667/2021 Astara şəhəri

Astara rayon Məhkəməsi

Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi ilə məhkəmənin baxış iclası keçirilir. Sədrlik edən saat 16:30-da məhkəmə iclasını açıb iddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı «pul tələbi barədə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılacağını elan edir. Sədrlik edən mülki işin materiallarını nəzərdən keçirib məhkəmənin müşavirə otağına getdiyini elan edir. Sədrlik edən müşavirəyə gedir. Sədrlik edən müşavirədən qayıdır. Sədrlik edən qətnaməni elan edib saat 16:45-də məhkəmə iclasını bağlı elan edir.

Sədrlik edən: Zamin İbrahimov.

Məhkəmə iclas katibi: İlqar Həbibov.

Tərtib edildi: 20 dekabr 2021-ci il

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar