Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-292/2024 03.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X21 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi X11 və cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair ilkin iddia üzrə və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(018)-617/2023 saylı qətnaməsi X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün qət edilmiş 110 manat sabit pul məbləğində alimentin azaldılaraq 80 manat müəyyən edilməsi barədə və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı birgə nikahdan 18 iyun 2011-ci il təvəllüdlü, X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü təmsil etdiyi şəxsin xeyrinə hər ay 250 manat sabit pul məbləğində aliment tutulması haqqında və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi X11 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, Astara rayon məhkəməsinin 01 mart 2016-ci il tarixli 2(0180- 272/2016 saylı qətnaməsinə əsasən 08 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment təmsil etdiyi şəxsdən alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra ailədə və maddi vəziyyətdə heç bir dəyişiklik olmamasına baxmayaraq cavabdeh yenidən alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Astara rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(018)-617/2019 saylı qətnaməsilə alimentin məbləği artırılaraq hər ay 110 manat müəyyən edilmişdir. Beləliklə heç bir yerdə işləməsə də atanın pensiyası ilə hər iki qətnamə üzrə hər ay 310 manat vəsaiti vaxtıvaxtında ödənilir. Hazırda həm onun həmdə cavabdehin ailə vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, Cavabdeh başqa şəxsə ərə getmiş və Bakı şəhəri, Masasız qəsəbəsində yaşayır. Təmsil etdiyi şəxs X17 ilə faktiki 2018-ci ildə ailə həyatı qurmuşdur. Nikahları isə xx.xx.2023-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2023-cü il tariuxdə X3 adında uşaqları anadan olmuşdur. İş axtaran kimi X4 X1 Filialında qeydiyyatdadır. Bu səbəbd işləmir. Belə bir vəziyyətdə ailəni maddi vəziyyətinin təmin edilməsi və məhkəmənin müəyyən etdiyi alimenti ödəməyi qeyri mümkündür. Odur ki, hazırki tələb ilə məhkəməyə müraciət etməli olmuşdur. Astara rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(018)-617/2023 saylı qətnaməsi X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün qət edilmiş 110 manat sabit pul məbləğində alimentin azaldılaraq 80 manat müəyyən edilməsi barədə və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi X12 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddianı qəbul etməyərək bildirdi ki, Astara rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(018)-292/2024 saylı qərardadından görünür ki, icraatınızda olan iş üzrə cavabdeh onlara qarşı iddia qaldıraraq Astara rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(018)-617/219 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının azadılmasmı xahiş etmişdir. Həmin mülki işin Sizin tərəfinizdən məhkəmə baxışı 11 mart 2024-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Belə ki, Astara rayon məhkəməsinin 15 iyul 2019-ci il tarixli (hakim M.Məmmədov) qətnaməsinə əsasən birgə nikahdan olan 18 iyun 2011-ci il təvəllüdlü X6 mənim yanımda saxlanılmış, eyni zamanda cavabdehdən birgə nigahdan olan uşaqın yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay, 110 (bir yüz on) manat aliment alınıb ona verilməsi qət edilmişdir. Bu da hazırki çətin iqtisadi şəraitdə uşağın aylıq normal həyat şəraitlərini təmin etmir. Cavabdeh İddiaçı birgə nikahdan 18 iyun 2011-ci il təvəllüdlü, X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü təmsil etdiyi şəxsin xeyrinə hər ay 250 manat sabit pul məbləğində aliment tutulması haqqında və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi X11 və cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi X8 dinləyib,iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən ilkin iddia və qarşılıqlı iddia təmin edilməmə lidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-617/2019 saylı qətnaməsinə əsasən ilkin iddianın qismən təmin edilməsi, (Rəsulova) Cavabdeh X9 ilə birgə nikahlarından doğulmuş 08 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı Astara Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixdə 2(018)-272/2016 saylı qətnaməsi əsasında ondan tutulan hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay 110 (yüz on) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq İddiaçı tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Astara rayon İHB-nin Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı Astara şəhəri, Qum küçəsi 191 saylı evdə qeydiyyatdadır və yaşayır. İş materiallarında olan nikah haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X17 arasında xx.xx.2023-cü il tarixli 389 № nikah aktı bağlanılmışdır. İş materiallarında olan doğum haqqında AZ № 885267 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 bigə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaqları dünyaya gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST mərkəzinin arayışının surətindən görünür ki, İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. Astara rayon İHB-nin Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Cavabdeh Astara şəhəri, Azərbaycan küçəsi 73-də qeydiyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2023cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmədə ilkin iddia üzrə iddiaçı-cavabdeh tərəf və qarşılıqlı iddia üzrə iddiaçı-cavabdeh tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədilər. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki,ilkin iddia rədd edilərək iddiaçıcavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməməli və qarşılıqlı iddia rədd edilərək, cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməməlidir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İlkin iddia rədd edilsin. İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-292/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-292/2024
03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver